Anons

Bu gün, 00:59- Aktyordan Avropa rəsmilərinə müraciət: “İnsan hüquqları enerji maraqlarına qurban verilməməlidir”

Dünən, 00:58- “Toplum TV işi”: “İstəyirlər media, məhkəmə müstəqil olmasın”

20-07-2026, 00:56- Bəxtiyar Hacıyev: “Leyenin səfərindən sonra mənə və digər məhbuslara qarşı təzyiqlər artıb”

19-07-2026, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb

19-07-2026, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz

18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”

18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”

16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”

15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib

15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"

14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...

14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb

13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?

7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə

29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib

29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək

28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”

17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib

16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb

15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb

Haqqımızda Əlaqə

ABŞ media qanununa görə Rusiyaya xəbərdarlıq edir

Tarix:17-11-2017, 12:53 Baxış Sayı:198

ABŞ media qanununa görə Rusiyaya xəbərdarlıq edir

ABŞ Dövlət Departamenti Rusiyanın xarici medianı hədəfə alan qanunvericiliyini monitorinq edir və Moskvaya bu qanunun media azadlığını məhdudlaşdırmağa alət kimi istifadə olunmasıyla bağlı xəbərdar edib.

Departamentin sözçüsü Maria Olsonnoyabrın 16-da deyib ki, Vaşinqton bu qanunun “qəbul edilib-edilməyəcəyini, necə icra olunacağını diqqətlə izləyir”.

Rusiyalı deputatlar deyirlər ki, bu qanun Rusiyanın RT televiziya şəbəkəsinin ABŞ-da xarici agent kimi qeydiyyata alınmasıyla bağlı Vaşinqtonun xahişinə cavabdır. RT artıq qeydiyyatdan keçib və ABŞ qanunvericiliyinə uyğun olaraq maliyyə informasiyasını açıqlamalıdır.

İLK HƏDƏFLƏR

Olson-un sözlərinə görə, ABŞ-ın Xarici Agentlərin Qeydiyyatı Aktının (FARA) məqsədi Birləşmiş Ştatlarda siyasi debata təsir göstərməyə çalışan qurumların xarici maliyyəsiylə bağlı informasiyanı ictimaiyyətə açmaqdır.

Media azadlığı və insan haqları qrupları həm Rusiya qanunvericiliyini, həm də ABŞ-ın RT-yə tələbini tənqid ediblər.

Rusiya Ədliyyə Nazirliyi vebsaytında yerləşdirdiyi siyahıda AzadAvropa/AzadlıqRadiosu və Amerikanın Səsi-nə bağlı doqquz media orqanının ilk olaraq hədəfə alınacağını təsdiqləyib.

ABŞ-dan maliyyələşən qurumlara nazirlik daha öncə də qanunvericiliyin təsirinə məruz qalacaqları barədə xəbərdarlıq etmişdi. Rusiya Dövlət Duması noyabrın 5-də yekdilliklə qanunu qəbul etdi. Yuxarı palata qanunu səsverməyə noyabrın 22-də çıxaracaq. Daha sonra onu Prezident Vladimir Putin imzalamalıdır.

Bu qanun hökumətə xaricdən maliyyələşən media orqanlarının “xarici agent” adlandırmaq səlahiyyəti verəcək.

ƏVƏZ-ƏVƏZ REAKSİYASI

Sərhədsiz Reportyorlar Təşkilatı “Rusiyanın Vaşinqtona dərhal cavab verməsindən əndişələndiyini” bildirib. “Bu əvəz-əvəz reaksiyasını pisləyirik, çünki media azadlığı yeganə qurban olacaq”, – qurumun Şərqi Avropa və Orta Asiya bölümünün rəhbəri Johann Bihr deyib.

Təşkilat bildirir ki, bu qanun Rusiyanın 2012-ci ildən xarici qeyri-kommersiya təşkilatlarına qarşı tətbiq etdiyi maddələri xarici mediaya aid edəcək.

Rusiyanın qanunvericiliyi “media azadlığına tam bir hücumdur”, – Human Rights Watch insan haqları təşkilatının Avropa və Orta Asiya üzrə direktoru Hugh Williamson bildirib.

AzadAvropa/AzadlıqRAdiosu noyabrın 15-də verdiyi bəyanatda deyib ki, “RT və Sputnik ABŞ-da azad şəkildə yayılır, AzadAvropa/AzadlıqRadiosu isə administrativ təzyiqlər sonucunda yayım tərəfdaşlarını itirib, kabelə də çıxışı yoxdur. AzadAvropa/AzadlıqRadiosu-nun reportyorları Rusiyada qısnamaya və fiziki hücuma məruz qalırlar, RT-nin reportyorları isə ABŞ-da bu cür təhdidlə üzləşmirlər”.

“AzadAvropa/AzadlıqRadiosu-nun işi Rusiya da daxil olmaqla, bütün dünyada rusdilli izləyicilərimizi dəqiq və obyektiv jurnalistikayla təmin etməkdir. Jurnalist işimizi davam etdirəcəyimiz gözləyirik”.

скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL