Anons

11-05-2025, 16:09- UEFA Rusiyanın arzusunu gözündə qoydu

10-05-2025, 12:00- Qızartma toyuq sevdası: siyasi bağlantılı azərbaycanlı maqnat Britaniyada KFC restoranlar şəbəkəsinə gizli milyonları belə yatırdı

9-05-2025, 18:00- Bərdədə çayda batan Əlinin - Fotosu

9-05-2025, 17:30- Ezginin evini “bomj”lar ələ keçirdi

9-05-2025, 17:30- “Azərbaycanla müharibə olmayacaq” - Paşinyan

9-05-2025, 17:00- DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var

9-05-2025, 17:00- Tofiq Yaqublu ilə bağlı Prezidentə müraciət olundu

9-05-2025, 17:00- Macarıstan iki ukraynalı diplomatı ölkədən çıxarır

9-05-2025, 16:30- Orta məktəbdə bıçaqlanma - Yaralı var

9-05-2025, 16:30- ABŞ Rusiya və Çini birləşdirir: Trampdan ümudi kəsilən Kreml yenə Pekinə sığınır

9-05-2025, 16:00- Məktəb direktorunun səs yazısı yayıldı: Araşdırma başladı

9-05-2025, 16:00- Hindistandan Azərbaycan və Türkiyə ilə bağlı ŞOK QADAĞA

27-04-2025, 16:30- Avropada yaşayan siyasi mühacir Yusif Rəsulov Azərbaycandakı siyasi məhbuslara azadlıqla bağlı mitinqdə iştirak edib

16-04-2025, 01:00- Bakıda qız sərxoş atasını bıçaqladı

15-04-2025, 09:00- Azərbaycanda hakimdən ədalətsiz qərar - Əkiz uşağa hamilə olan arvadını döyən sabiq məmura bəraət verildi!

14-04-2025, 13:00- İlham Əliyevin sosial şəbəkə hesablarında Gürcüstan prezidenti ilə görüşdən görüntülər paylaşılıb

12-04-2025, 12:55- Xəbərdarlıq: Yağ alarkən bunlara diqqət edin!

12-04-2025, 12:53- Ölkəmizin valyuta ehtiyatları: Proqnoz nikbindir, reallıq necə olacaq?

12-04-2025, 12:50- ABŞ Ukrayna qaz kəmərinə nəzarət istəyir – Gərgin danışıqlar ifşa oldu

12-04-2025, 12:46- Platon Karatayev hara, qaçaq Nəbi hara?..

Haqqımızda Əlaqə

Rusiya Azərbaycanla bağlı kartını açdı

Tarix:20-11-2017, 15:35 Baxış Sayı:101

Rusiya Azərbaycanla bağlı kartını açdı

Noyabrın 20-də Rusiya xarici işlər naziri Sergey Lavrovun «ADA» Universitetində tələbələrlə görüşü olub.

Xəbəri AZƏRTAC yayıb.

Universitetin rektoru Hafiz PaşayevRusiya xarici siyasət idarəsi rəhbərinin bu ali təhsil ocağında ikinci dəfədir tələbələrlə görüşdüyünü deyib. H.Paşayev bildirib ki, «ADA» Universiteti Rusiya universitetləri ilə sıx əməkdaşlıq edir.

Azərbaycan və Rusiya arasında diplomatik əlaqələrin 25 ilinin tamam olduğunu söyləyən nazir iki ölkənin strateji tərəfdaşlar olduğunu vurğulayıb.

«Azərbaycan və Rusiya hər sahədə fəal şəkildə əməkdaşlıq edir. Qafqaz, Xəzər dənizində təhlükəsizliyin təmin edilməsinə birgə töhfələr verir», – S.Lavrov bildirib.

QARABAĞA MÜNASİBƏTDƏ HƏMSƏDRLƏR EYNİ CÜR DÜŞÜNÜRLƏR

APA-nın xəbərinə görə, S.Lavrov Qarabağ münaqişəsindən də bəhs edib. O, ABŞ-Rusiya münasibətlərinin bəzi sahələrdə dalana dirəndiyini desə də, Dağlıq Qarabağ münaqişəsinin həlli sahəsində əməkdaşlığa təsir etmədiyini söyləyib. Nazir deyib ki, bu məsələdə ATƏT-in Minsk qrupu həmsədrləri-Rusiya, ABŞ və Fransa ümumi baxışa malikdirlər:

«Həmsədrlər, səfirlər nazirlərlə görüşürlər, tez-tez regiona səfər edirlər. Mən ümid edirəm ki, prezidentlər arasında keçən ay keçirilən görüş münaqişənin həlli istiqamətində irəli addım atmağa kömək edəcək».

Rusiya xarici işlər naziri Moskvanın layihəsi olan Avrasiya İqtisadi İttifaqı (Aİİ) ilə bağlı məsələyə də toxunub:

«Avrasiya İqtisadi İttifaqı açıq inteqrasiya qurumudur. Biz heç kəsə bu təşkilata daxil olmağı diqtə etməmişik».

O, birliyə yeni üzvlərin qəbul edilməsini hər zaman alqışladıqlarını söyləyib.

«Hazırda Tacikistanın təşkilata daxil olması məsələsinə baxılır. Bizə MDB üzvü olmayan ölkələrdən də müraciətlər gəlir. Azərbaycanı da bu təşkilatda görməkdən çox məmnun olarıq», – deyə S.Lavrov vurğulayıb.

Avrasiya İqtisadi İttifaqı 2014-cü ildə yaradılıb. İttifaqa Rusiya, Qazaxıstan, Belarus və Ermənistan daxildir.

Rusiya xarici işlər naziri S.Lavrov noyabrın 19-u Azərbaycana gəlib. Elə həmin gün prezident İlham Əliyevin qəbulunda olub. Bu gün, noyabrın 20-si isə Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovla görüşməlidir.

 

скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL