Anons

Bu gün, 00:59- Aktyordan Avropa rəsmilərinə müraciət: “İnsan hüquqları enerji maraqlarına qurban verilməməlidir”

Dünən, 00:58- “Toplum TV işi”: “İstəyirlər media, məhkəmə müstəqil olmasın”

20-07-2026, 00:56- Bəxtiyar Hacıyev: “Leyenin səfərindən sonra mənə və digər məhbuslara qarşı təzyiqlər artıb”

19-07-2026, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb

19-07-2026, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz

18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”

18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”

16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”

15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib

15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"

14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...

14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb

13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?

7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə

29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib

29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək

28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”

17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib

16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb

15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb

Haqqımızda Əlaqə

Saakashvili deyir, baş nazir olmağa hazırdır

Tarix:20-11-2017, 11:39 Baxış Sayı:152

Saakashvili deyir, baş nazir olmağa hazırdır

Ukraynanın Odessa regionunun keçmiş qubernatoru Mikheil Saakashvili Kiyevdə etirazçılara deyib ki, “Ukraynada yeni hökumət yaratmağa” və ölkənin baş naziri olmağa hazırdır.

“Ukraynaya təcili yeni hökumət formalaşdırmaq lazımdır”, – Saakashvili noyabrın 19-da bir neçə yüz etirazçının parlament binası qarşısında qurduğu çadır şəhərciyində söyləyib.

“GƏLİN YENİ HÖKUMƏT QURAQ”

“Sizinlə birlikdə bu prosesi irəli aparmağa və lazım gələrsə, hökumətə başçılıq etməyə hazıram”, – o vurğulayıb.

“Gəlin, Ukraynanın yeni hökumətini quraq. Hər şeydən öncə Ukraynanın qayğısına qalan, ona sayqıyla yanaşacaq və inkişaf etdirəcək ukraynalıları tapacağıq”, – Saakashvili bildirib.

Antihökumət etirazçıları oktyabrın 17-də Verkhovna Rada qarşısında çadır şəhərciyi qurublar. Onlar parlament toxunulmazlığının ləğvini, antikorrupsiya məhkəməsinin qurulmasını, seçki qanunvericiliyinə və prezidentin impiçmenti qanununa dəyişiklik tələb edirlər.

Etirazları ilkin olaraq Saakashvili çağırsa da, sonradan ölkənin müxalif siyasi liderlərinin çoxu onlara qoşulub.

Vaxtilə prezident Petro Poroshenko-nun müttəfiqi olmuş Saakashvili Yeni Qüvvələr Hərəkatına rəhbərlik edir. O, etirazçılara söyləyib ki, hakimiyyət tələblərinə əməl etməsə, dekabrın 3-dən Poroshenko-nun və digər liderlərin “xalq impiçmenti”nə başlamalıdırlar.

X GÜNÜ

“Dekabrın 3-ü xalq impiçmentinin başlanğıcı olacaq. Dekabrın 3-dək başlatdığımız işi davam etdirəcəyik. 3 dekabr hamımızdan ötrü X Günüdür. Gəlin təşkilatlanaq. Ölkəni gəzib əhalini dinc yolla ayağa qaldıracağam”, – Saakashvili söyləyib.

O, 2004-2013-cü illərdə Gürcüstanın prezident olub. Hazırda ölkəsində dövlət çevrilişinə cəhdin təşkilində şübhəli bilinir, amma özü ittihamları qəbul etmir.

2015-ci ildə Poroshenko Saakashvili-ni Odessanın qubernatoru təyin edib və ona Gürcüstan vətəndaşlığı verib. Saakshvili 2016-cı ilin noyabrına istefa verib, Poroshenko-nun müttəfiqlərinin onun islahat cəhdlərini əngəllədiyini söyləyib.

2017-ci ilin iyununda Poroshenko Saakashvili-ni vətəndaşlıqdan məhrum edib. Hazırda bu addıma qarşı məhkəmə iddiası qaldırmış Saakashvili sentyabrın 10-da Polşadan Ukraynaya keçib, siyasətə qayıtmağa and içib, etirazlara çağırıb.

Poroshenko etirazların əsl səbəbinin Ukraynada sabitsizlik yaratmaq olduğunu deyir.

Ukraynanın nüfuzlu baş prokuroru olan Yuriy Lutsenko Saakashvili və tərəfdarlarını xarici maliyyə hesabına dövlət çevrilişi planlaşdırmaqda ittiham edib.

скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL