Bu gün, 00:59- Aktyordan Avropa rəsmilərinə müraciət: “İnsan hüquqları enerji maraqlarına qurban verilməməlidir”
Dünən, 00:58- “Toplum TV işi”: “İstəyirlər media, məhkəmə müstəqil olmasın”
20-07-2026, 00:56- Bəxtiyar Hacıyev: “Leyenin səfərindən sonra mənə və digər məhbuslara qarşı təzyiqlər artıb”
19-07-2026, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb
19-07-2026, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz
18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”
18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”
16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”
15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib
15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"
14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...
14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb
13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?
7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə
29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib
29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək
28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”
17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib
16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb
15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb
“The Guardian” yazır ki, Angela Merkel zəif hökumətə rəhbərlik etməkdənsə, yeni seçkiyə getməyin daha yaxşı olduğuna işarə edib.
Məqalədə deyilir ki, Almaniyada koalisiya hökumətinin qurulması üçün aparılan danışqılar iflasa uğradıqdan sonra on il bundan əvvəl kansler olmuş Merkelin siyasi hakimiyyəti üçün ən ciddi təhlükə yaranıb.
2005-ci ildən bəri üç koalisiya hökumətinə rəhbərlik etmiş Merkel deyib ki, azlıq hökumətinin hakimiyyətinə “skeptik” yanaşır və keçiriləcək yeni seçkilərdə namizədliyini bir daha irəli sürmək niyyətindədir. Koalisiya danışıqları bazar günü gecə, Azad Demokratik Partiya (ADP) Merkelin Xristian Demokrat İttifaqı (CDU) ilə danışıqları tərk etdikdən sonra iflasa uğrayıb.
Almaniya prezidenti Frank-Walter Steinmeier danışıqlarda iştirak edən bütün partiyaları razılığa gəlməyə çağırmışdı.
Merkel sentyabrda keçirilmiş seçkilərdə qalib gəlsə də, onun partiyası çoxluq hökuməti yaradacaq qədər səs toplaya bilməmişdi. Nəticələrə görə qalib CDU koalisiya danışıqlarına yalnız ADP və Yaşıllar Partiyası ilə girə bilərdi.
“The Guardian” yazır ki, Almaniyada yeni seçki perspektivi Britaniyanın Avropadan ayrılma danışıqları üçün də qeyri-müəyyənlik yaradır. Qeyri-müəyyənlikdən Fransa da narahatdır. Emmanuel Macron avrozonada nəzərdə tutulan islahatları güclü alman hökuməti ilə birlikdə həyata keçirməyi planlaşdırırdı.
Steinmeier koalisiya danışqılarının iştirakçısı olan siyasətçiləri ilk növbədə Avropanın taleyini düşünməyə çağırmışdı.
Prezidentlə görüşü zamanı Merkel deyib ki, o bir kansler kimi ölkəsinin qarşıdan gələn çətin həftələrdə lazımınca idarə olunmasına çalışacaq.
Yaşıllar Partiyası da danışıqları tərk edən ADP-ni tənqid edib. Partiyanın veteranlarından Jürgen Trittin ADP-ni fərarilikdə ittiham edib.
Lakin ADP bildirir ki, danışıqların davam etdirilməsi onun əsas siyasi xəttini qurban verməsi demək olardı.
“The Guardian” yazır ki, indi artıq 2018-ci ilin yazında keçiriləcək yeni seçkilərin üfüqləri görünür.
Bundan əvvəlki seçkidə CDU-nun koalisiya şəriki olmuş sosial-demokratlar indiki vəziyyətdə belə bir ittifaqın mümkünlüyünü istisna ediblər.
Martin Schulz deyib ki, CDU digər iki partiya ilə birlikdə Almaniyanı çətin duruma salıb və alman xalqına yeni seçim imkanı verilməlidir.