Bu gün, 00:59- Aktyordan Avropa rəsmilərinə müraciət: “İnsan hüquqları enerji maraqlarına qurban verilməməlidir”
Dünən, 00:58- “Toplum TV işi”: “İstəyirlər media, məhkəmə müstəqil olmasın”
20-07-2026, 00:56- Bəxtiyar Hacıyev: “Leyenin səfərindən sonra mənə və digər məhbuslara qarşı təzyiqlər artıb”
19-07-2026, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb
19-07-2026, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz
18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”
18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”
16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”
15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib
15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"
14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...
14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb
13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?
7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə
29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib
29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək
28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”
17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib
16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb
15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb
İŞİD bitir, kürd məsələsi başlayır? Sammit ərəfəsi Bəşər Əsədin Rusiyaya gözlənilməz səfərinin pərdəarxası
Suriya prezidenti Bəşər Əsəd Rusiyaya səfər edib. Bu, müharibə başlayandan sonra Suriya prezidentinin ikinci xarici səfəridir. Soçidə Əsəd Rusiya prezidenti Putinlə görüşüb. Əsədin Rusiyaya səfəri həm də İŞİD-in Suriya ərazisindəki sonuncu əsas istehkamı olan İraq-Suriya sərhədində yerləşən Əbu Kamal şəhərinin İŞİD-dən geri alınması ilə eyni günə təsadüf edib.
Putin Bəşər Əsədlə generalların iştirakı ilə görüş keçirib və Suriya prezidentini terrorla mübarizəsinə görə təbrik edib. Putin eyni zamanda əlavə edib ki, Suriyada artıq terrora qarşı müharibə başa çatmaqdadır. Bəşər Əsəd isə bildirib ki, Rusiyanın Suriyada hərbi əməliyyatlara qoşulduğu son iki ildə həm cəbhədə, həm də siyasi baxımdan böyük nailiyyətlər əldə olunub. Qaçqın düşmüş bir çox suriyalı vətəninə geri dönə bilib. Əsəd bildirib ki, Suriya münaqişəsinin həlli ilə bağlı Rusiyanın dəstəyinə güvənirlər, eyni zamanda sülh və həll istəyən bütün tərəflərlə danışıqlarla işləməyə hazırdırlar. O, Rusiyaya minnətdarlığını da bildirib.
Əsədin Soçi ziyarəti Türkiyə, İran və Rusiya prezidentlərinin birgə sammitindən bir gün öncəyə təsadüf edib. Noyabrın 22-də liderlər Soçidə bir araya gəlib Suriya münaqişəsini müzakirə edəcəklər. Rusiya, Türkiyə və İran Astana prosesini aparan, Suriyada atəşkəs bölgələrinin qurulması planını həyata keçirən ölkələrdir.
Artıq Suriyada böyük müharibə başa çatır və indi liderlər bundan sonrakı proseslə bağlı “yol xəritəsi” müəyyən edəcəklər. Yeri gəlmişkən, bazar günü Antalyada 3 ölkənin xarici işlər nazirləri heyətlərin iştirakı ilə toplantı keçirilib. Və prezidentlərin görüşü ilə bağlı detallar razılaşdırılıb. Həmin görüşdən sonra Rusiya XİN rəhbəri Lavrov deyib ki, 3 ölkənin nazirləri mövqeləri uzlaşdırıblar.
Bundan başqa, Suriyanın cənubunda İordaniya sərhədinin yenidən Suriya ordusunun nəzarətinə keçməsi ilə bağlı Rusiya, İordaniya və ABŞ arasında danışıqlar da yekunlaşıb. Artıq Suriya ordusu sərhədin böyük hissəsini nəzarət altına alır. Ötən gün Əbu Kamal şəhərinin azad edilməsindən sonra İŞİD məsələsi də böyük ölçüdə həll olunub. İndi qalır, cənubda İsrail sərhədindəki silahlıların taleyi və şimalda Suriya-Türkiyə sərhədi, daha dəqiqi İdlib vilayəti. İdlibin şimal hissəsini Türkiyə ordusu nəzarətə götürsə də, iç ərazilər hələ də silahlıların nəzarətindədir. Görünür, Soçi toplantısında həm də İdlibin taleyi ilə bağlı qərar veriləcək.
Bundan sonrakı mərhələ isə Suriyanın şimalında böyük bir əraziyə nəzarət edən ABŞ-ın dəstəklədiyi Suriya Demokratik Qüvvələri alyansı, ya da başqa adla kürdlərlə Dəməşq arasında siyasi anlaşmanın əldə olunmasıdır.
Yeri gəlmişkən, Rusiya noyabr ayında Soçidə Suriyada mövcud olan etnik- dini və siyasi qrupların hamısının iştirak etdiyi konfrans təşkil etməyi planlaşdırır. Doğrudur, konfransa kürdlərin dəvət olunmasına Rusiyanın müttəfiqi Türkiyənin razılaşması mümkün görünmür. Ancaq Moskva bununla bütün tərəflərin iştirak etdiyi vahid bir həll variantına ümid edir.
Suriyada İŞİD problemi başa çatsa da, indi əsas ciddi mövzu kürdlərdir. Çünki kürdlər hazırda Suriya hökumətindən sonra ölkədə ən çox əraziyə nəzarət edən qüvvədir. Üstəlik, aprel ayından bu yana Pentaqon kürdləri davamlı olaraq silahlandırır. Raqqa əməliyyatı da artıq başa çatıb və kürdlər indi Suriyada ikinci əsas güc kimi çıxış edir. Ancaq kürdlər özləri də etiraf edir ki, Dəməşqlə anlaşmaya getməsələr, savaşın növbəti səbəbkarı olacaqlar. Hələlik Dəməşq kürdlərə ayrıca status verməyə həvəsli görünmür. Kürdlər isə artıq 3 ildən çoxdur ki, formal olaraq muxtariyyət elan ediblər, məclis formalaşdırıblar.
Kürd liderlər Türkiyə ilə savaş riskini də gözə alırlar. Bu səbəbdən də indi kürdlərin yeganə ümidi ruslardır. Çünki ruslar kürdlərə Dəməşqdən status ala bilər, həm də onları Türkiyədən qoruya bilərlər. Bunun üçünsə ehtimal ki, Rusiya kürdlərin ələ keçirdikləri bölgələrdən çıxmasını tələb edəcək. Soçi prosesi məhz bu məsələlərə aydınlıq gətirməlidir. Bu baxımdan terror başa çatsa da, Suriyada savaşın bitdiyini düşünmək tez olardı. Hər şey həm də rusların kürd mövzusunda ortaya qoyacağı plandan və onun qəbul edilməsindən asılı olacaq.