Anons

Bu gün, 00:59- Aktyordan Avropa rəsmilərinə müraciət: “İnsan hüquqları enerji maraqlarına qurban verilməməlidir”

Dünən, 00:58- “Toplum TV işi”: “İstəyirlər media, məhkəmə müstəqil olmasın”

20-07-2026, 00:56- Bəxtiyar Hacıyev: “Leyenin səfərindən sonra mənə və digər məhbuslara qarşı təzyiqlər artıb”

19-07-2026, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb

19-07-2026, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz

18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”

18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”

16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”

15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib

15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"

14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...

14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb

13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?

7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə

29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib

29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək

28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”

17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib

16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb

15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb

Haqqımızda Əlaqə

Lavrovun Bakıdan anti-Qərb mesajları

Tarix:22-11-2017, 09:24 Baxış Sayı:169

Lavrovun Bakıdan anti-Qərb mesajları

Rusiyanın baş diplomatının bəyanatının arxasında nələr dayanır?

Rusiyanın erməni əsilli xarici işlər naziri Sergey Lavrov Bakıya iki gün öncəki səfərində ADA Universitetində tələbə və müəllim heyəti qarşısında çıxışının böyük hissəsini Qərbin tənqidinə həsr edib. Lavrov bildirib ki, başda ABŞ olmaqla, bir qrup Qərb ölkələrinin beynəlxalq həyatın bütün istiqamətləri üzrə öz üstünlüyünü qoruyub saxlamaq cəhdi dövlətlərarası ünsiyyətin həqiqətən demokratikləşməsi, bərabərhüquqluluq, qarşılıqlı hörmət, bir-birinin maraqlarının nəzərə alınması prinsipləri əsasında inkişafı yolunda əsas maneə olaraq qalır: “Bundan bir neçə əsr əvvəl ”tarixi Qərb" bütün dünyaya rəhbərlik edirdi, “musiqi sifariş verirdi” və əlbəttə, bir sıra Qərb ölkələrinin rəhbərliyində, yəqin ki, genetik olaraq kök salmış bu adətlərdən əl çəkmək çox çətindir. Buna görə onlar əvvəlki kimi öz iradələrini diktə etmək, bizim torpaqlarımızda başqaları hesabına öz rifahlarını təmin etmək istəyirlər. Şübhəsiz, suveren dövlətlərin daxili işlərinə müdaxilə, BMT TŞ-dən yan keçməklə gücdən istifadə, birtərəfli sanksiyaların tətbiq edilməsi, öz qanunvericiliklərinin eksterritorial tətbiqi, “soyuq müharibə” institutlarının müasir reallıqlara uyğunlaşdırılması cəhdləri-bütün bunlar əsasən beynəlxalq hüququn və bir çox çoxtərəfli institutların rolunun azalmasına gətirib çıxarıb, qlobal və regional təhlükəsizliyə, sabitliyə ciddi ziyan vurub".

Image result for Qabil Hüseynli

Nazirin fikrincə, birqütblü dünya modeli qurmaq cəhdləri xaos və qeyri-müəyyənliyin artmasına gətirib çıxarıb. Bununla birlikdə, Lavrov deyib ki, bu gün yeni, daha ədalətli və demokratik çoxqütblü dünya sisteminin qurulması prosesi gedir. Lavrov belə fəaliyyəti üçün meydan kimi BRHÇC, ŞƏT, Avrasiya İqtisadi Birliyi, KTMT, MDB və digər beynəlxalq təşkilatları göstərib.

Politoloq Qabil Hüseynli hesab edir ki, Lavrov Azərbaycanda bu cür bəyanatlar verməklə yeni soyuq müharibə dövrünün başlandığını nümayiş etdirir. Bəyanatın verilməsi yerinin də Azərbaycan seçilməsi məqsədlidir. Rusiyanın baş diplomatı bununla Qərbə Bakıdan meydan oxumaq iqtidarında olduqlarını, buraların onların nüfuz dairəsində olduğunu nümayiş etdirmək istəyib: “ABŞ-a mesaj vermək istəyir ki, bu bölgədə hökmran ABŞ yox, Rusiyadır. Lavrov mesaj vermək istəyir ki, dünyanın təkqütblü olmasına imkan vermək niyyətində deyillər, Rusiyanın da ətrafında qüvvələr, dövlətlər var. Avrasiya İttifaqının, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının, MDB-nin adını çəkməsi təsadüfi deyil. Bununla Lavrov demək istəyir ki, sizə alternativ qüvvə kimi artıq formalaşmış birliklər var və burada lider Rusiyadır, Qərbə qarşı dayana biləcək həddə strukturlaşmışıq, bizimlə hesablaşmağa məcbursunuz. Çünki artıq bizim ətrafımızda həm siyasi, həm hərbi güc var, bu güc vasitəsilə Qərbə qarşı dayana biləcək hala gəlmişik. Xüsusilə Avrasiya İttifaqının adını çəkməsi təsadüfi deyil. Bununla Lavrov Avrasiya İttifaqını genişləndirmək, oraya Azərbaycanı da cəlb etmək və bu qurumu daha mükəmməl hala salmaq istəyində olduqlarını nümayiş etdirib. Zənnimcə, burada Azərbaycanı bir şirnikləndirmə niyyəti də güdülüb. O da bundan ibarətdir ki, Azərbaycana xatırlatmaq istəyiblər ki, Rusiyanın orbitində olan ittifaqa qoşulmaq əlavə güc, imkanlar, dəstək əldə etmək imkanları əldə etməkdir və sair.

Halbuki bu bəyanatların və mesajların məhz Azərbaycandan irad edilməsi Azərbaycan üçün əslində o qədər xoş olmayan məqamdır. Azərbaycandan Rusiyanın xarici işlər nazirinin Qərbə mesajlar vermək metodu uğurlu hesab edilə bilməz.

Sergey Lavrov həm də bununla keçmiş SSRİ məkanında olan dövlətlərə yönəlik mesajlar verib. Bununla onlara demək istəyir ki, siz Rusiyanın formalaşdırdığı qütbdəsiniz və belə də qalmalısınız".

Politoloq vurğuladı ki, Rusiyanın dünyanın ikiqütblü olması istəyinin reallaşması mümkün deyil: “Mən zənn etmirəm ki, Bakıdan verilən bəyanat dünyanın ikiqütblü dünyaya çevrilməsinin bünövrəsini qoya biləcək və dünya bundan sonra məhz həmin ikiqütblü dünya kimi inkişaf edəcək. Bu, mümkün deyil. Rusiya getdikcə zəiflədiyi bir zamanda onun ətrafında ciddi bir alyansın yaranması asan məsələ deyil. Sergey Lavrovun Qərbə nümayiş etdirdiyi birliklərin sırasına nəzər saldıqda da həmin dövlətlərdən ibarət ikinci dünya qütbünün formalaşmasının mümkün olmadığı aydın olur. İqtisadiyyatı, hərbi gücü zəif olan Orta Asiya respublikaları, acınacaqlı durumda olan Ermənistan, elə də böyük imkanları olmayan Belarusdan ibarət alyansı Rusiya öz ətrafında hansısa adlar altında toplamaqla Qərbə qarşı təsirli dünya qütbü yarada bilməz. Adını çəkdiyim ölkələrin cəminin gücü, dünyadakı proseslərə təsir imkanları ABŞ-ın öz orbiti ətrafında topladığı Avropa dövlətlərinin ən zəifinin gücündən zəifdir. O dövlətlər öz problemlərini həll etməkdə çətinlik çəkirlər, o ki qaldı dünya gücü formalaşdırsınlar.

Məncə, Lavrovun sözügedən mühazirə xarakterli çıxışı həm də Rusiyanın dünyada təklənmək qorxusundan yaranmış vəziyyətə şərti refleks reaksiyası xarakteri daşıyır. Çünki beynəlxalq aləmdə Rusiyanın mövqeyi getdikcə zəifləyir. Lavrovun tələbələr qarşısında mühazirə xarakterli çıxışı elə tələbə səviyyəsində oxunmuş mühazirə kimi yaddaşlarda qalacaq".

скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL