Anons

Bu gün, 00:59- Aktyordan Avropa rəsmilərinə müraciət: “İnsan hüquqları enerji maraqlarına qurban verilməməlidir”

Dünən, 00:58- “Toplum TV işi”: “İstəyirlər media, məhkəmə müstəqil olmasın”

20-07-2026, 00:56- Bəxtiyar Hacıyev: “Leyenin səfərindən sonra mənə və digər məhbuslara qarşı təzyiqlər artıb”

19-07-2026, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb

19-07-2026, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz

18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”

18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”

16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”

15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib

15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"

14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...

14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb

13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?

7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə

29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib

29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək

28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”

17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib

16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb

15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb

Haqqımızda Əlaqə

Niyə Prezident Admistrasiyasına 4 dəfə çox pul ayrılıb?

Tarix:23-11-2017, 13:04 Baxış Sayı:203

Niyə Prezident Admistrasiyasına 4 dəfə çox pul ayrılıb?

Deputatlar pul azlığındn şikayət etdilər, xaricə gedə bilmədiklərini söylədilər

 

Bu gün davam etdirilən büdcə müzakirəsində millət vəkilləri Milli Məclisə və digər dövlət qurumlarına ayrılan büdcə vəsaitlərinin həcmini müzakirə edib.

 

Müzakirələrdə çıxış edən millət vəkilləri parlamentin fəaliyyətinə ayrılacaq vəsaitlərlə bağlı öz təkliflərini səsləndirib. Milli Məclisin fəaliyyəti, itkiləri və deputatlara ayrılan ezamiyyət xərclərinin azlığından gileylənən millət vəkilləri bu vəsaitlərin artırılmasını təklif edib.

Siyavuş Novruzov: "Maliyyə çatışmazlığı ucbatından 2016-2017-ci illərdə ezamiyyətin effektivliyi əvvəlki kimi olmayıb və bəzi məsələlərdən imtina edilib"

 

Müzakirədə çıxış edən millət vəkili Qüdrət Həsənquliyev qeyd edib ki, parlamentin deputatlardan başqa işçi heyətinin genişliyinə baxmayaraq, dövlət büdcəsindən Prezident Administrasiyasına 94 milyon manat ayrılıb və bu da parlamentə ayrılan vəsaitdən 4 dəfə çoxdur.

 

Millət vəkili maliyyə naziri Samir Şərifovdan məsələnin aydınlaşdırılmasını xahiş edib. O, bildirib ki, aradakı fərqin 4 dəfə olması anlaşılan deyil.

 

Daha sonra müzakirədə çıxış edən millət vəkili Siyavuş Novruzov da Milli Məclisin ezamiyyət üçün nəzərdə tutduğu xərcləri artırmasını təklif edib:

 

“Maliyyə çatışmazlığı ucbatından 2016-2017-ci illərdə ezamiyyətin effektivliyi əvvəlki kimi olmayıb və bəzi məsələlərdən imtina edilib. Bu da istənilən Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması üçün səfərləri və qonaq qəbul etmək imkanlarını xeyli məhdudlaşdırıb”.

скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL