Anons

Bu gün, 00:59- Aktyordan Avropa rəsmilərinə müraciət: “İnsan hüquqları enerji maraqlarına qurban verilməməlidir”

Dünən, 00:58- “Toplum TV işi”: “İstəyirlər media, məhkəmə müstəqil olmasın”

20-07-2026, 00:56- Bəxtiyar Hacıyev: “Leyenin səfərindən sonra mənə və digər məhbuslara qarşı təzyiqlər artıb”

19-07-2026, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb

19-07-2026, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz

18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”

18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”

16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”

15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib

15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"

14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...

14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb

13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?

7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə

29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib

29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək

28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”

17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib

16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb

15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb

Haqqımızda Əlaqə

Putin Qarabağ məsələsini Təhlükəsizlik Şurasına çıxarıb: “Azı iki il heç nə dəyişməyəcək”

Tarix:23-11-2017, 15:26 Baxış Sayı:167

Putin Qarabağ məsələsini Təhlükəsizlik Şurasına çıxarıb: “Azı iki il heç nə dəyişməyəcək”

Rusiya prezidenti Vladimir Putin noyabrın 13-də Soçidə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla keçirdiyi görüşün ardınca Qarabağ məsələsini Kremldə Təhlükəsizlik Şurasının iclasında müzakirəyə çıxarıb. Bu barədə virtualaz.org-a Moskvadakı mötəbər diplomatik qaynaqlardan məlumat daxil olub.

Məlumata əsasən Rusiya Təhlükəsizlik Şurasında müzakirələrin nəticəsi olaraq belə yekun qənaət ortaya qoyulub ki, Moskvanın regiondakı maraqları nəzərə alınmaqla ən azı qarşıdakı iki il ərzində Dağlıq Qarabağ münaqişəsi ətrafındakı mövcud situasiya dəyişməz qalmalıdır. Çünki bu münaqişənin vasitəsilə Ermənistanı və Azərbaycanı nəzarətdə saxlamaq çox asandır.

Ərdoğan Soçidə Putinlə danışıqlar zamanı Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının zəruriliyi və Rusiyanın rolu barədə məsələ qaldırıb. Lakin Türkiyə prezidenti bəyan edib ki, Putin məsələnin həllinə dair o qədər də ümidli deyil. Daha sonra regiona səfəri zamanı Rusiya xarici işlər naziri Sergey Lavrov eyni ruhda bəyanat verib, danışıqlardan yaxın gələcəkdə nəticə gözləmədiyini bildirib.

Ermənistan diplomatik mənbələri də Lavrovun Bakıya və İrəvana dörd günlük səfəri zamanı Qarabağa dair hər hansı sürprizlər və sensasiya baş vermədiyini təsdiqləyir. “168 jam” qəzeti iddia edir ki, erməni tərəfi Madrid prinsiplərindən bir qədər fərqlənən “Lavov planı” üzrə irəliləməyə hazırdır. Lakin Rusiyadan qarantiya tələb edir ki, ətraf ərazilərin qaytarılmasından sonra Azərbaycan daha Qarabağa iddia etməyəcək. Plana əsasən Dağlıq Qarabağa əvvəlcə aralıq status verilir, daha sonra referendum keçirilir.“Bizim mənbələrimiz bildirir ki, Azərbaycan planın bir neçə bəndinə, o cümlədən referendumun keçirilməsinə qarşıdır”-məlumatda deyilir.

скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL