Anons

Bu gün, 00:59- Aktyordan Avropa rəsmilərinə müraciət: “İnsan hüquqları enerji maraqlarına qurban verilməməlidir”

Dünən, 00:58- “Toplum TV işi”: “İstəyirlər media, məhkəmə müstəqil olmasın”

20-07-2026, 00:56- Bəxtiyar Hacıyev: “Leyenin səfərindən sonra mənə və digər məhbuslara qarşı təzyiqlər artıb”

19-07-2026, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb

19-07-2026, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz

18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”

18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”

16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”

15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib

15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"

14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...

14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb

13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?

7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə

29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib

29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək

28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”

17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib

16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb

15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb

Haqqımızda Əlaqə

“Hakimiyyət vəkillik institutunu iflic edir” – Milli Şuradan sərt etiraz

Tarix:24-11-2017, 16:10 Baxış Sayı:162

“Hakimiyyət vəkillik institutunu iflic edir” – Milli Şuradan sərt etiraz

Milli Şura hakimiyyətin müstəqil hüquqşünasları vəkillik fəaliyyətindən məhrum etmək siyasətinə etirazını bildirən bəyanat qəbul edib. Bəyanatda deyilir:

Azərbaycan hakimiyyəti ölkədəavtoritar idarəçiliyi möhkəmləndirmək istiqamətindənövbəti addımlarını atır. İndi dəhədəf cəmiyyəti peşəkar və vicdanlı vəkillərin müdafiəsindən məhrum etməkdir. Hakimiyyət müstəqilliyini qoruyub saxlayan, polis-prokurorluq-məhkəmə üçlüyünün növbətçi vəkilinə çevrilməyən hüquqşünasları cəzalandırmaq prosesinə çoxdan başlayıb. İndəyədək bir sıra tanınmış hüquqşünas məhz hakimiyyətin cızdığı çərçivələrə yerləşmədiyi üçün sifarişlə Vəkillər Kollegiyasından xaric və vəkillik fəaliyyətindən məhrum edilib. Bu proses indi də davam etdirilir. Təəssüf ki, bu işdə rol alan Vəkillər Kollegiyası da siyasi hakimiyyətin eybəcəəlavəsinə çevrilib.

Bugünlərdə ölkənin daha bir tanınmış, savadlı, peşəkarlığı, vəzifəsinə vicdanlı yanaşması və cəsarəti ilə müsbət mənada fərqlənən vəkili Yalçın İmanov da Vəkillər Kollegiyasından xaric edilib və onun vəkillik fəaliyyəti dayandırılıb. Yalçın İmanovu vəkillik hüququndan tamamilə məhrum etmək üçün də məhkəməyə müraciət olunub vəAzərbaycan praktikası məhkəmənin hansı qərar çıxaracağını məlum edir.

Hakimiyyət bu mərhələdə Yalçın İmanovla yanaşı daha bir neçə nüfuzlu vəkili öz peşəsindən məhrum etmək niyyətindədir. Fəxrəddin Mehdiyevi, Əsabəli Mustafayevi, Nemət Kərimovu, Aqil Layıcovu və Elçin Sadıqovu da Vəkillər Kollegiyasından uzaqlaşdırmaq istəyirlər. Bu məqsədlə prokurorluq Vəkillər Kollegiyasına artıq rəsmən müraciət göndərib. Yalçın İmanov da daxil olmaqla, bu vəkillərin hər biri əsasən siyasi motivlərlə həbs edilmiş şəxslərin hüquqi müdafiəsini çəkinmədən öz üzərlərinəgötürən insanlardır. Bu vəkillər müdafiə etdikləri şəxslərlə bağlı bütün qanunsuz əməlləri, o cümlədən mənəvi-fiziki işgəncə hallarını ictimailəşdirir, xüsusən də siyasi məhbuslara qarşı cinayət işlərinin necə qondarma olduğunu məhkəmə proseslərində vəictimaiyyət üçün çıxışlarında çılpaqlığı ilə ifşa edirlər. Hakimiyyəti narahat edən dəməhz bu məsələlərdir və indi həmin vəkilləri peşə fəaliyyətlərindən məhrum etməkləhəm onlardan qisas almaq, həm də özünün törətdiyi qanunsuzluqların gizli qalmasını təmin etmək istəyir.

Hadisələrin gedişi göstərir ki, hakimiyyətin məqsədi müstəqilliyini qoruyub saxlayan bütün vəkilləri özünün əlavəsinə çevirdiyi Vəkillər Kollegiyasından çıxarmaq, vəkillik institutunu tamamilə nəzarətə alıb, iflic etməkdir. Hakimiyyətin ölkə vətəndaşlarını keyfiyyətli və etibarlı hüquqi müdafiə imkanından məhrum etmək istiqamətində atdığı daha bir adım da nümayədəlik institutuna xitam verməsi oldu. Prezident Administrasiyasının “notariat kontoruna” çevrilmiş Milli Məclis yüzminlərlə insanın lazımi hüquqi yardım imkanını əlindən alan bu mürtəce müddəanı gözüyumulu qəbul etdi və ölkə başçısı da tələn-tələsik onu imzalayıb qüvvəyə mindirdi. Məhkəməproseslərində müdafiə tərəfin nümayəndə ilə təmsilçiliyini qadağan edən bu addım həm də minlərlə hüquqşünası işsiz qoyur.

Milli Şura ölkədə vəkillik institutunu siyasi hakimiyyətin əlavəsinə çevirmək üçün atılan bu addımları qətiyyətlə pisləyir, müstəqilliyini saxlayan, peşəsinə vicdanla qulluq edən hüquqşünaslara qarşı diskriminasiyanı durdurmağı tələb edir. Hakimiyyət dərk etməlidir ki, ölkəni adambaşına düşən vəkilərin sayına görə sonuncu, siyasi məhbusların sayına görə isə ilk yerlərə çıxarması ilə onsuz da hörmətdən salıb və indi atdığı addımlar dövlətimizin imicinə əlavə zərbədir.

Milli Şura bildirir ki, hakimiyyətin indi deyilən istiqamətdə gördüyü tədbirlər bötüvlükdə cəmiyyətə qarşıdır və ölkə ictimaiyyəti buna layiqli cavabını verməlidir. Milli Şura hədəfə alınan vəkillərin və hüquqşünasların müdafiəsini bütün demokratik vasitələrlə davam etdirəcək. Milli Şura vətəndaş cəmiyyətini hakimiyyətin bu alçaldıcı münasibətinə qarşı səfərbər olmağa çağırır. Milli Şura həmçinin beynəlxalq birliyəçağırış edir ki, Azərbaycan xalqı qarşısında üzrəinə götürdüyü öhdəliyə əməl etsin, Azərbaycanda ədalət mühakiməsinin məhv edilməsinə seyrçi qalmasın.

 

скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL