Anons

Bu gün, 00:59- Aktyordan Avropa rəsmilərinə müraciət: “İnsan hüquqları enerji maraqlarına qurban verilməməlidir”

Dünən, 00:58- “Toplum TV işi”: “İstəyirlər media, məhkəmə müstəqil olmasın”

20-07-2026, 00:56- Bəxtiyar Hacıyev: “Leyenin səfərindən sonra mənə və digər məhbuslara qarşı təzyiqlər artıb”

19-07-2026, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb

19-07-2026, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz

18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”

18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”

16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”

15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib

15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"

14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...

14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb

13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?

7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə

29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib

29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək

28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”

17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib

16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb

15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb

Haqqımızda Əlaqə

Bu həftə İlqar Məmmədovla bağlı qərar veriləcək - gözlənti

Tarix:27-11-2017, 09:17 Baxış Sayı:146

Bu həftə İlqar Məmmədovla bağlı qərar veriləcək - gözlənti

Fazil Mustafa: “Ümid edək ki, noyabrın 29-na qədər müsbət addım atılar”; Əliməmməd Nuriyev: “Bu məsələdə anlaşma olacaq”


Həbsdə olan REAL sədri İlqar Məmmədovun azadlığa buraxılması ilə bağlı Avropa Şurasının Azərbaycana növbəti dəfə verdiyi vaxt noyabrın 29-da başa çatır. Bu baxımdan rəsmi Bakı üçün kritik həftənin başlandığını demək olar. Vicdan məhbusu azad edilməsə, AŞ-ın Nazirlər Komitəsi Azərbaycanın Avropa Konvensiyasının 46.4 maddəsi ilə öhdəliyini yerinə yetirib-yetirməməsi məsələsi üzrə dekabrın 5-də Avropa İnsan Haqları Məhkəməsinə müraciət etmək niyyətindədir.


İ.Məmmədov məsələsinin çözülməsi tələbləri getdikcə artmaqdadır. Bu iddia da var ki, gedən proseslər Azərbaycanın Avropa Şurasından çıxarılması təhlükəsini artırır.

Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin üzvü, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa bildirdi ki, Avropa qurumlarının müxtəlif adlarla tanıdığı, tələb etdiyi şəxslərlə bağlı qərar vermək lazımdır: “Bəhanə verməmək, ölkənin hər hansı bir qlobal probleminin həllində əngəllərlə qarşılaşmamaq üçün addımlar atılmalıdır. Çox güman ki, bu addımlar düşünülür. Açığı, son müzakirələrin mahiyyəti barədə məlumatsızam. Amma bildiyim odur ki, bu addımlar atılsa yaxşı olar. Belə olan təqdirdə Azərbaycan Avropa ilə diskussiya aparmaq üçün daha geniş imkanlar qazanar. Hər dəfə ”bu tutulub onu burax, o tutulub bunu burax" kimi bəhanələrlə əsas problemlərdən yayınmamız baş verir. Məncə, buna yol vermək olmaz. Hər halda ümid edək ki, noyabrın 29-a qədər müsbət addım atılar".

Əfv Komissiyasının üzvü, hüquqşünas Əliməmməd Nuriyev məsələnin bu şəkildə qoyulmasının əleyhinədir: “Kritik bir həftənin Azərbaycan üçün olduğunu düşünmək doğru deyil. Təbii ki, Avropa Şurası Azərbaycan üçün önəmli platformalardan biridir. Azərbaycan bu platformaya daxil olmaqla, yeni bir dövlət olaraq özünün baxışlarını təqdim etmək üçün o zaman imkanlar qazandı. Eyni zamanda, Avropa standartlarının milli maraqlarımıza uyğun olaraq tətbiq edilməsi üçün imkanlar əldə etdi. Avropa Şurasının nizamnaməsini qəbul etməklə, müəyyən öhdəliklər götürməklə yanaşı, Avropa Şurası da ölkəmiz qarşısında müəyyən öhdəliklər götürmüş oldu. Bu illərə ərzində normal əməkdaşlıq qurulmuşdu. Düzdür, son illərdə təəssüflər olsun ki, Avropa Şurasında müəyyən qüvvələr peyda oldu ki, ölkəmizə qarşı yanaşmalarında qərəzli münasibət nümayiş etdirdilər. Siyasi mənfəətlərini ortaya qoymağa diqqət yetirdilər. İkilisandartdan çıxış etmələrin şahidi də olmuşuq. Yeri gəldi gəlmədi, əsaslı oldu olmadı, yanlış yanaşmalar ortaya qoyuldu. Avropa Şurasının rəsmi şəxslərinin Azərbaycana münasibətləri nəticəsində bütövlükdə qurumun öz maraqlarını hər şeydən üstün tutduqlarının da şahidi az olmadıq. Bunlar təəssüf doğuran hallardır. Bir sıra məsələlər var ki, tərəfləri qane etmir. Bunun da müzakirələr yolu ilə həllinə nail olmaq mümkündür. Amma təəssüf edirəm ki, Avropa Şurasının bəzi rəsmiləri tamam fərqli münasibət göstərməyə cəhdlər edirlər. Azərbaycan prezidenti cənab İlham Əliyev bu məsələlərlə bağlı Yeni Azərbaycan Partiyasının 25 illik yubileyinə həsr edilmiş tədbirdə çıxışı zamanı mövqeyini nümayiş etdirdi. Bildirdi ki, Azərbaycan milli maraqlarının təmin edilməsi istiqamətində addımları ardıcıl olaraq atacaq. Azərbaycan qurumları, AŞ PA-dakı nümayəndə heyətimiz, ölkəmizin xarici siyasət təsisatları çalışır ki, münasibətlər normallaşsın”.

Ə.Nuriyev ümumi anlaşmanın olacağına ümid edir: “Avropa İnsan Haqları Məhkəməsinin müxtəlif ölkələrlə bağlı çıxardığı qərarların vaxtında icra edilməməsinin indinin özündə də şahidi olmaqdayıq. Hətta Avropa Şurasına üzv ölkələrdən bəzi Qərbi Avropa ölkələrinin Avropa Məhkəməsinin qərarlarını icra etmədiyinin şahidiyik. Söhbət on illərlə qərarın icra edilməməsindən gedir. Azərbaycanla bağlı bir qətnamənin icra edilməməsini bütövlükdə ölkənin Avropa Şurasından çıxarılması ilə təhdid edilməsinin özü adekvat bir davranış deyil. Mübahisəli olan bir məsələ ilə bağlı bu qədər dərinə gedilmənin özünü izah etmək çox çətindir. Bu Avropa Şurasına üzv ölkələrin rəyi kimi qəbul edilə bilməz. İnanıram ki, bu məsələdə anlaşma olacaq. Çünki Azərbaycan üçün Avropa Şurası nə qədər əhəmiyyətlidirsə, Avropa Şurası üçün də ölkəmiz o dərəcədə dəyərli bir müttəfiqdir, tərəfdaşdır. Günlər öncə cənab prezident ”Şərq Tərəfdaşlığı" sammitində iştirak etdi. Ölkəsinin Avropa İttifaqı ilə əlaqələrinin daha dərinləşdirilməsi üçün atdığı addımların mühümlüyü barədə fikirlərini səsləndirdi, mövqeyini ortaya qoydu. İnanıram ki, Avropa Şurası öz mənfəətlərindən çıxış edərək, qərəzli mövqelər səsləndirən ayrı-ayrı şəxslərin mövqeyindən çıxış etməyəcək, öz dəyərlərinə sadiq qalıb, bu yöndə addımlar atacaq".

скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL