Anons

Bu gün, 00:59- Aktyordan Avropa rəsmilərinə müraciət: “İnsan hüquqları enerji maraqlarına qurban verilməməlidir”

Dünən, 00:58- “Toplum TV işi”: “İstəyirlər media, məhkəmə müstəqil olmasın”

20-07-2026, 00:56- Bəxtiyar Hacıyev: “Leyenin səfərindən sonra mənə və digər məhbuslara qarşı təzyiqlər artıb”

19-07-2026, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb

19-07-2026, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz

18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”

18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”

16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”

15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib

15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"

14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...

14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb

13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?

7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə

29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib

29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək

28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”

17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib

16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb

15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb

Haqqımızda Əlaqə

Zərrab məhkəmədə Erdoğanın adını çəkdi

Tarix:1-12-2017, 10:57 Baxış Sayı:169

Zərrab məhkəmədə Erdoğanın adını çəkdi

Əslən İran azərbaycanlısı olan qızıl taciri Reza Zərrab ABŞ məhkəməsində verdiyi şahid ifadəsində bildirib ki, İrana ABŞ sanksiyalarından yan keçmək imkanı verən 1 milyard dollarlıq pulyuma sxeminin tranşlarından birinə Türkiyə prezidenti Recep Tayyip Erdoğan şəxsən sərəncam verib.

Zərrab bu iddiaları noyabrın 30-da Türkiyənin Halkbankının direktorlarındam Mehmet Hakan Atillanın işinə dair üçüncü dinləmədə səsləndirib.

ABŞ prokurorları Atillanı İranın neft və qaz qaçaqmalçılığından gələn pullarını ABŞ-ın bank sistemindən keçirərək yumaqda və beləliklə də Tehranın Amerika sanksiyalarından yan keçməsinə kömək etməkdə ittiham edirlər. Atilla bu ittihamları rədd edir.

Zərrab oktyabrın 2-də bank fırıldaqçılığı, çirkli pulların yuyulması və başqa ittihamlar üzrə təqsirini etiraf edərək ABŞ-ın ədliyyə sistemi ilə əməkdaşlığa başlayıb. Bu, onun müttəhimdən əsas şahidə çevrilməsinə imkan verib.

Nyu Yorkdakı federal məhkəmədə verdiyi şahid ifadələrində iranlı tacir İran hökumətinə sanksiyalara baxmayaraq Tehranın beynəlxalq bazarlardakı maliyyə fondlarından istifadə edə bilməsi üçün yüksək səviyyəli Türkiyə rəsmilərinə necə rüşvət və “pay” verməsini izah edib.

Zərrab bundan əvvəl məhkəməyə bildirmişdi ki, Türkiyənin ovaxtkı iqtisadiyyat naziri Zafer Çağlayan ona İran sxemində birbaşa Türkiyənin dövlət bankı Halkbankla işləmək imkanı yaradıb. O buna görə qazancının 50 faizini Çağlayana rüşvət verdiyini deyib.

Erdoğan ittihamları rədd edir

Erdoğan ittihamları rədd edir

Zərrab bildirib ki, Çağlayandan bu tranşlar üçün birbaşa Erdoğanın və ovaxtkı maliyyə naziri Ali Babacanın razılıqlarının alındlığını öyrənib.

Erdoğan deyib ki, sözü gedən məhkəmənin hansı nəticəyə gəlməsindən asılı olmayaraq heç bir qanunsuzluğa yol verməyib: “Biz bu məhkəmə işinin nəticəsindən asılı olmayaraq düz iş görmüşük. Biz embarqonu pozmamışıq”.

Zərrab deyib ki, sxemin həyata keçirilməsi üçün Çağlayana 50 milyon dollar ödəyib.

Hazırda nazir olmayan Çağlayan bu ittihamları rədd edir. Nyu Yorkda aparılan məhkəmə işində o və daha 6 Türkiyə rəsmisi qiyabi olaraq müttəhim kimi keçirlər.

Hazırda bu işlə bağlı ABŞ-da həbsdə olanlar yalnız Zərrab və Atilladır.

Zərrab deyib ki, Halkbankda əmanət saxlanan pullardan İranın qızıl almaq üçün istifadə etməsinə kömək edib. Bundan sonra qızıl Dubaya nəql olunaraq orada nəqd pula mübadilə olunub.

İranlı bildirib ki, bu sxemin işləməsində Atilla ona kömək edib.

скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL