Anons

Bu gün, 00:59- Aktyordan Avropa rəsmilərinə müraciət: “İnsan hüquqları enerji maraqlarına qurban verilməməlidir”

Dünən, 00:58- “Toplum TV işi”: “İstəyirlər media, məhkəmə müstəqil olmasın”

20-07-2026, 00:56- Bəxtiyar Hacıyev: “Leyenin səfərindən sonra mənə və digər məhbuslara qarşı təzyiqlər artıb”

19-07-2026, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb

19-07-2026, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz

18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”

18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”

16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”

15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib

15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"

14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...

14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb

13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?

7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə

29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib

29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək

28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”

17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib

16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb

15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb

Haqqımızda Əlaqə

BMT ekspertləri jurnalistə səyahət qadağasını götürməyə çağırırlar

Tarix:5-12-2017, 15:04 Baxış Sayı:134

BMT ekspertləri jurnalistə səyahət qadağasını götürməyə çağırırlar

Azərbaycan araşdırmaçı jurnalist Xədicə İsmayılovaya səyahət qadağasını qaldırmalı, ölkədə media müstəqilliyini gücləndirməlidir. Bunu BMT-nin insan haqları ekspertləri dekabrın 5-də verdikləri birgə bəyanatda deyirlər.

Bəyanat BMT-nin fikir və ifadə azadlığının qorunması üzrə xüsusi məruzəçisi David Kaye və hüquq müdafiəçilərinin durumu üzrə xüsusi məruzəçi Michel Forst-un adından verilib.

Bəyanatda deyilir ki, İsmayılovaya araşdırmasına görə mükafat verilib, ancaq onu almaqdan ötrü dekabrda İsveçdə keçiriləcək tədbirə gedə bilmir.

“ELƏ HƏMİN İŞƏ GÖRƏ…”

“Xədicə İsmayılovanın araşdırmaçı jurnalist kimi cəsarətli işi ona ‘Dürüst Həyat’ mükafatını qazandırıb, amma o, mükafatı ala bilmir. Çünki elə həmin işinə görə ona səyahət qadağası qoyulub”, – ekspertlər deyirlər.

“Bu qadağa jurnalistin ifadə azadlığını boğur, çünki məqsəd onun xaricə səyahət edərək insan haqlarından danışmasını əngəlləməkdir. Hakimiyyəti qadağanı qaldırmağa, jurnalistikanı saxta bəhanələrdə məhdudlaşdırmamağa çağırırıq”, – bəyanatda daha sonra vurğulanır.

Jurnalist səyahət qadağasının qaldırılmasından ötrü bir neçə dəfə məhkəmələrə müraciət etsə də, buna nail olmayıb.

BMT-nin ekspertləri araşdırmaçı jurnalistin bank hesabının dondurulmasından da narahatlıqlarını bildiriblər.

“Xanım İsmayılovaya hakimiyyətin tədbirləri hüquq çərçivəsini aşır. Bu, jurnalistin fərdi işinə və ölkədə müstəqil jurnalistikaya ziddir”, – ekspertlər bildirirlər.

Qeyd edək ki, hakimiyyət təmsilçiləri ölkədə bütün təməl hüquq və azadlıqların tam qorunduğunu bildirirlər.

скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL