Anons

Bu gün, 00:59- Aktyordan Avropa rəsmilərinə müraciət: “İnsan hüquqları enerji maraqlarına qurban verilməməlidir”

Dünən, 00:58- “Toplum TV işi”: “İstəyirlər media, məhkəmə müstəqil olmasın”

20-07-2026, 00:56- Bəxtiyar Hacıyev: “Leyenin səfərindən sonra mənə və digər məhbuslara qarşı təzyiqlər artıb”

19-07-2026, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb

19-07-2026, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz

18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”

18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”

16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”

15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib

15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"

14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...

14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb

13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?

7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə

29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib

29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək

28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”

17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib

16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb

15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb

Haqqımızda Əlaqə

Avropa İttifaqından qaçmağın arxasında çox təhlükəli planlar ola bilər

Tarix:6-12-2017, 17:05 Baxış Sayı:157

Avropa İttifaqından qaçmağın arxasında çox təhlükəli planlar ola bilər

Nəsimi Məmmədli

“Azərbaycan Avropa İttifaqına inteqrasiyanın tərəfdarı deyil” fikiri ölkə ictimaiyyətinə “soyuq düş” olmalıdır. Bu fikirin müəllifi Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, habelə Azərbaycanın Avropa Şurasında nümayəndə heyətinə rəhbərlik edən Səməd Seyidov olmasaydı, bəlkə də üzərindən sükutla keçmək olardı.

Azərbaycanın gələcək taleyi və digər əsaslı səbəblər hamılıqla bu fikirlərə münasibət bildirməyimizi zəruri edir. Ölkəmizin və xalqımızın keçmişini və bu coğrafiyada tarixən başımıza gələn müsibətlərin gerçək səbəblərini, habelə bu günkü durumumuzu soyuqqanlı şəkildə analiz etdikcə, gələcəyimizlə bağlı dərin təşviş keçirməmək mümkün deyil. Vətənimizi sevən hər bir normal insan müəyyən səbəbdən bu gerçəkləri açıq ifadə edə bilməsə də, əminəm ki əksəriyyəti mənim kimi düşünür.

Avropa barədə qədim və müasir tarix bilgilərimə əsasən formalaşmış təsəvvürlərim məndə nə onlara nifrət, nə də sevgi yaradıb. Avropanı real olaraq üstün siyasət, elm və mədəniyyət mərkəzi kimi qəbul edirəm. Etiraf edim ki, onların yaratdıqları idarəetmə sisteminin öz vətəndaşlarına münasibətini heyranlıqla və rəğbətlə izləyirəm. Avropanın bizdən və qonşularımızdan iqtisadi, siyasi, hüquqi, elm-təhsil və sosial baxımdan çox öndə olduqlarına əminəm ki kimsənin şübhəsi olmaz.

Ölkəmizin özünü normal hesab edən bütün vətəndaşlarına üzümü tutub sual edirəm. Niyə Azərbaycan Avropa İttifaqına inteqrasiyanın tərəfdarı olmamalıdır? Doğrudanmı xalqımızın və dövlətimizin mənafeyi baxımından buna getmək olmaz? İnsan haqlarının və sosial-siyasi dəyərlərin ən üstün olduğu bir məkana yaxınlaşmaqdan nə itirəcəkdik? Bu sualların hər birinə ayrıca cavab vermək üçün geniş yazılar yazmaq da olar, ancaq elə bir cümlə ilə ifadə etmənizi xahiş etsəm, əminəm ki çoxunuz mənim düşündüyüm cavabı verərdiniz.

Hələ keçən əsrin əvvəllərində babalarımız min müşkülatla şərqdə ilk demokratik cumhuriyyət yaradarkən, milli kimliyin və dini inancın müasirliklə bağlantılı olmasının önəmini bayrağın rəmzlərində gələcək nəsillərə miras olaraq qoydular. İstər o zaman istərsə də indi, müasirlik dedikdə bizdən elmi, tərəqqi, sənaye baxımından çox öndə olan Avropanı açıq işarə etdilər. Məhz ölkəmizin varlığını, insanlarımızın təhlükəsizliyi və firavanlığını bu istiqamətdə tapacağımıza yol göstərdilər.

Səməd Seyidovun Avropa İttifaqı ilə bağlı bu fikirlərini oxuyanda ölkəmizin necə bir təhlükəyə düçar olduğunu sözlə ifadə edə bilmirəm. Onun taleyində mühüm rol alan insanların niyə belə düşündüklərini sağlam məntiqlə anlamaq çətindir. Ölkəmizin geosiyasi durumu bizi Avropa siyasi məkanına daha həssas yanaşmağa vadar etdiyi bir vaxtda, əsassız şəkildə Aİ-dan qaçmaq istəyinin arxasındakı səbəb ölkəmizlə bağlı çox təhlükəli planların hazırlanması ola bilər. Xalqımızı getdikcə cəhalətə yuvarlamaq istəyən və növbəti faciələrimizə zəmin hazırlayan xarici düşmənlərimizə geniş fürsətlər yaratmaq istəyən bəzi daxili qüvvələr vətəndaşlarımızın passivliyinə görə özlərini çox rahat hiss edir. Bu gedişi dərk edib, onu durdurmaq gücündə olmayan hər kəsin daxili narahatlıq içərisində olması şübhəsizdir.

Azərbaycan prezidentinin 23 may 2007-ci il tarixli, 2198 saylı Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Konsepsiyası” ölkəmizin Avropaya inteqrasiya istiqamətində öncəliklərini sadalayır. Bu, dövlətin iradəsinin ifadəsidir. Habelə, ölkə prezidenti Avropa Birliyinin (AB) Brüsseldə keçirilən 24 noyabr 2017-ci il tarixli “Şərq Tərəfdaşlığı”sammitində çıxışı zamanı Avroineqrasiyanın ölkəmiz üçün böyük önəmini ifadə etmişdi. Heç uzağa getməyək, dünən ölkə prezidenti Aİ-nın Cənubi Qafqaz üzrə yeni təyin edilmiş xüsusi nümayəndəsi Toivo Klaarın başçılıq etdiyi nümayəndə heyətini qəbul edərək “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi”nin hazırkı vəziyyəti və həlli ilə bağlı danışıqlar prosesi ətrafında fikir mübadiləsi apardılar.

Maraqlıdır, Səməd Seyidovun bu fikirləri prezidentin iradəsini nəzərə almamaqdır, yoxsa kimlərinsə gerçək iradəsini fərqli dildən ifadə etmək zərurətidir? Hər halda bu suala yüksək səlahiyyət sahibləri aydınlıq gətirməlidir. Mənim inanmağım gəlmir ki S.Seyidov kimi məlumatlı bir şəxs Azərbaycan-Avropa münasibətləri ilə bağlı belə düşünsün. Yəqin ki onu belə danışmağa vadar edən çox ciddi subyektiv səbəblər var. İstənilən halda bu yanaşma cəmiyyətimizi silkələmək üçün çox ciddi “SOS” siqnalı olmalıdır. Bəlkə elə S.Seyidov cəmiyyətə bunu vermək istəyib?

скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL