Bu gün, 00:59- Aktyordan Avropa rəsmilərinə müraciət: “İnsan hüquqları enerji maraqlarına qurban verilməməlidir”
Dünən, 00:58- “Toplum TV işi”: “İstəyirlər media, məhkəmə müstəqil olmasın”
20-07-2026, 00:56- Bəxtiyar Hacıyev: “Leyenin səfərindən sonra mənə və digər məhbuslara qarşı təzyiqlər artıb”
19-07-2026, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb
19-07-2026, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz
18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”
18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”
16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”
15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib
15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"
14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...
14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb
13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?
7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə
29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib
29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək
28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”
17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib
16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb
15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb
“Qələm” Yazarlar Birliyi ABŞ prezidenti Donald Trampın Qüdsü İsrailin paytaxtı elan eləməsi ilə bağlı bəyanatla çıxış edib. Musavat.com-un məlumatına görə, bəyanatda deyilir:
“İslam aləmi Həzrət Peyğəmbərimizin mübarək mövludu, eləcə də İraq və Suriyada İŞİD üzərində qələbə sevincini yaşadığı günlərdə məhz həmin terror təşkilatının memarı olan ABŞ-İsrail cütlüyünün yeni təcavüzkarlıq planı – Qüdsü sionist rejimin paytaxtı qərar verməsi bərk hiddət doğurub. Əslində çoxdan hazırlanan, sadəcə, dəfələrlə icrasına veto qoyularaq daha münasib fürsət gözlənilən mürtəce niyyətin indi gündəmə gətirilməsi də məhz Yaxın Şərqdəki uğursuzluqları – İŞİD-ə ayrılan milyardları, qədim sivilizasiya məskənlərinin dağıdılmasını, yüz minlərlə günahsız sakinin öldürülməsi, yaralanması, yurd-yuvasından didərgin salınmasını və təbii ki, Təl-Əvivdə xalqın küçələrə axışıb korrupsioner, müharibə canisi, uşaq qatili Netanyahuya istefa tələblərini kölgələmək, unutdurmaq məqsədi daşıyır”.
Bəyanat müəllifləri 100 il öncə imzalanmış bədnam “Balfor” müqaviləsi ilə əsası qoyulan problemin bu günə qədər öz həllini tapmamasına oxşar destruktiv mövqe və qərəzli münasibətlərin mane olduğunu vurğulayaraq növbəti sərsəm addımın da sülhə, əmin-amanlığa, barışa əngəl törədəcəyini, dünyanı qana çalxayacağını bildirirlər:
“Qüds müsəlmanların ilk qibləsi, dini-mənəvi kimliyi və ilahi vəhy məkanıdır. Bundan əlavə, bölgədə yaşayan fələstinlilərə qarşı uzun illər diskriminasiya siyasəti həyata keçirilib, onlar BMT qətnaməsinə uyğun öz dövlətlərini belə, qura bilməyiblər. Dünya hegemonlarının ikili standartlarından qaynaqlanan saysız-hesabsız təcavüzlər, haqsızlıqlar, ədalətsizliklər azmış kimi, müqəddəs şəhərin işğal edilmiş ərazilərdə zora söykənərək yaradılan qanlı rejimin paytaxtına çevrilməsi və ABŞ-ın öz səfirliyini bura köçürmək istəyi xeyli absurd, gülünc və yolverilməzdir. Eyni zamanda bölgədəki həssas durumu, kövrək əlaqələri böyük təhlükəyə atır, necə ki, artıq Fələstin rəsmiləri və xalqı dialoqda rəsmi Vaşinqtonun vasitəçiliyindən imtina etdilər...”
“Qələm” Yazarlar Birliyi birmənalı şəkildə bəyan edir ki, Qüds müsəlmanlarındır: “Allahı köməyi və şəhidpərvər insanların əzmi sayəsində müsəlmanların olaraq da qalacaq!”