Anons

29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib

29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək

28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”

17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib

16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb

15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb

13-05-2026, 21:06- Həbsdə olan jurnalistin anasının ölkədən çıxışına qadağa qoyulduğu bildirilir

13-05-2026, 21:05- Paşinyan: “Robert Koçaryan 1 mart hadisələrinə görə cəzalandırılmalıdır”

12-05-2026, 21:04- İnanclı məhbusun bacısı həbsxana şəraitindən şikayət edir: “Qardaşım sakit ölümə tərk edilib”

10-05-2026, 21:02- Hacı Vəliyev: “Həbsimin, mənə qarşı işgəncələrin sifarişçisi Azərbaycan hakimiyyətidir”

9-05-2026, 21:01- Avropa Parlamentində Azərbaycandakı repressiyalar və siyasi məhbuslar müzakirə olunub

8-05-2026, 20:59- “Amerikanın Səsi”nin prezidenti Ülviyyə Əlinin azadlığa buraxılmasına çağırıb

7-05-2026, 20:59- Dözülməz ağrılardan şikayətlənən Tofiq Yaqubluya lazımi tibbi yardım göstərilmədiyi deyilir

7-05-2026, 12:30- 2026-ci ildə Azərbaycanda ən az 17 hərbçi qeyri-döyüş şəraitində həyatını itirib

7-05-2026, 11:38- İran rəsmisi: "ABŞ SEPAH-a hörmətsizlik etməsə, dünya çempionatında iştirak edəcəyik"

6-05-2026, 11:36- Hacı Vəliyevə 2 il 6 ay həbs cəzası verildi

6-05-2026, 11:35- ABŞ Senatı Sevinc Vaqifqızı və Fərid Mehralızadənin azadlığını tələb edən qətnamə qəbul edib

5-05-2026, 11:34- Milli Onkologiya Mərkəzində müalicə almış şəxs: “Bəzi dərmanlar yalnız həkimin yönləndirdiyi apteklərdə və baha satılırdı”

4-05-2026, 13:30- Ülviyyə Əli təcridxanadan yazır: “Keyfiyyətli tibbi yardımdan məhrum buraxılmaq siyasi sui-qəsddir”

4-05-2026, 11:30- Prezidentin eşitmək istəmədiyi suallar - Abzasçılar yazır

Haqqımızda Əlaqə

Güllü Cahangir: “Biz Azərbaycan haqda həqiqətləri söyləyirik”

Tarix:13-12-2017, 14:35 Baxış Sayı:151

Güllü Cahangir: “Biz Azərbaycan haqda həqiqətləri söyləyirik”

Ötən gün Almaniyanın Düsseldorf şəhərində AND (Azərbaycan Naminə Demokratiya) Azərbaycan diaspor təşkilatının konfransı keçirilib.

Görüşün təşəbbüsçüləri təşkilatın həmsədri, keçmiş diplomat Arif Məmmədov və “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahiddir.

Konfransın fəxri qonaqları – Azərbaycan prezidentliyinə keçmiş namizəd, Demokratik Qüvvələrin Milli Şurasının sədri, professor Cəmil Həsənli və Müsavat Partiyasının sədr müavini Tofiq Yaqublu məruzə ilə çıxış ediblər.

Konfransın birinci hissəsi açıq keçirilib. İkinci hissə qapalı olub və təşkilatdaxili məsələlər müzakirə olunub.

Tədbir iştirakçısı, siyasi mühacir, DTK-MTN-in keçmiş zabiti Ramin Nağıyev konfransı “uğurlu və perspektivli” adlandırıb.

“Biz hərəkata 4-6 nəfərlə başladıq. Düsseldorfda isə Avropa ölkələrindən milliyyətindən, partiya mənsubiyyətindən aslıl olmayaraq 50-dən çox adam toplandı”, – o, Turan-a bildirib.

Öz növbəsində A.Məmmədov deyib ki, gələn il Brüsseldə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş böyük konfrans keçiriləcək. Tədbirə Avropa siyasətçiləri və aparıcı KİV-lər dəvət ediləcək.

“Əminik ki, həmin vaxta qədər minlərlə adam AND-a üzv olacaq. Almaniyada konfransdan sonra iki gün ərzində 200-dən çox adam bizim təşkilata üzv olmaq istədiyini bildirib.

Gələn həftə elektron anket yaradacağıq. Biz AND üzvləri üçün yeni üzvlük kartlarının layihəsini işləyib hazırlamışıq. Bunlar elektron ştrix kodlarla təchiz edilib. Aİ və AŞ strukturlarında üzvlük kartlarının tanınması üzərində iş aparırıq”, – A.Məmmədov əlavə edib.

AND katibliyinin rəhbəri Güllü Cahangir Turan-ın başqa suallarını cavablandırıb.

– Mümkünsə, təşkilatınız haqda danışın

– Bildiyiniz kimi, АND müstəqil siyasi hərəkatdır, 2016-cı ilin sentyabrında Avropada yaşayan bir qrup mühacir tərəfindən yaradılıb. Qeyd edək ki, AND özündə müxtəlfif siyasi baxışlara malik, müxtəlif yaşda insanları birləşdirir. Bizim aramızda Avropaya təhsil almağa və ya işləməyə gedənlər, əcnəbi ilə ailə quranlar var. Ancaq bizi bir şey birləşdirir – Vətənə məhəbbət. Azərbaycanı demokratik prinsipləri olan, insan hüquqlarına əmək edilən, insanın yox, qanunun şah olduğu ölkə kimi görmək istəyirik.

Azərbaycanda Avropa qanunlarına analoq olan qanunlar var, ancaq onlar işləmirlər, hətta işləsələr belə, ancaq ayrı-ayrı şəxslər üçündür. Mən Avropada bizim hüquqlarımız necə qorunursa hər bir Azərbaycan vətəndaşının da hüquqlarının o cür qorunduğunu görmək istərdim. Burada əcnəbilərin daha çox hüquqları var, nəinki Azərbaycandakı azərbaycanlıların. Biz bundan ötrü sonadək mübarizə aparacağıq.

– AND-ın vəzifələri hansılardır?

– Bizim hərəkatın vəzifələrindən biri avropalı siyasətçilərin bizim ölkələrin Avropa İttifaqı və Avropa Şurasındakı nümayəndələrilə daimi iş aparmasıdır. Baş verənlərlə bağlı həqiqətləri çatdırmaq lazımdır. Bu, həm Qarabağ məsələsinə, həm də Azərbaycanda insan hüquqlarının kobud pozulmasına aiddir.

Bizim işimiz Azərbaycana ləkə vurmaq deyil. Biz həqiqəti söyləyirik və istəyirik ki, Avropada Azərbaycanı “kürü diplomatiyası” terminini tətbiq edən ölkə kimi yox, zəngin mədəniyyətə, tarixə, tanınmış adamlara, demokratik dəyişikliklər və islahatlara malik ölkə kimi tanısınlar. Buna “Eurovision” musiqi müsabiqəsi, Avropa oyunları, “Formula-1” ilə nail olmaq mümkün deyil. Bundan ötrü təhsil, səhiyyə, sosial müdafiənin keyfiyyətini artırmaq lazımdır.

Azərbaycan vətəndaşları ölkə kanalları ilə xəbərlərə baxırlar və onlara Avropanın “yaşamaq üçün pis olduğunu” göstərirlər. Ancaq Kopenhagen və Malmanın küçələrinə çıxmaq kifayət edər ki, hər yerdə gülərüz, sevinc içində olan yaşlıları, uşaqları, əcnəbiləri və yerli əhalini görəsiniz. Burada hər kəs özünü təhlükəsiz hiss edir.

Odur ki, Azərbaycandakı soydaşlarımıza da Avropa haqqında gerçəkləri çatdırmağı vacib sayırıq. İstəyirik ki, Azərbaycan rifah səviyyəsinə və insan hüquqlarına görə heç olmasa Almaniya, Danimarka, Belçika, İsveç, Norveç kimi ölkələrdə olanın 30% səviyyəsinə çatsın.

Azərbaycanda əsas problem korrupsiyadır. Təəssüf ki, korrupsiya Avropadan da yan keçmədi. Məlum “Azərbaycan landromatı” buna yaxşı nümunədir. Avropa parlamentində korrupsiyanın yayılmasının və Avropa siyasətçilərinin Azərbaycan hakimiyyəti tərəfindən lobbiləşdirilməsinin qarşısının alınması üçün avropalı siyasətçilərlə danışıqlar aparırıq.

Avropalıları inandırmağa çalışırıq ki, əgər Azərbaycanda hakimiyyət korrupsiyanın, insan hüquqlarının pozulmasının və ölkənin müxalifətyönlü özgə cür düşünən vətəndaşlarını qanunsuz saxlanmasının qarşısını almasa Avropa ölkələri Maqnitski qanununa oxşar bir qanun qəbul etməlidirlər.

– AND-da necə insanlar toplaşıb?

– Sevinirəm ki, AND-da müxtəlit millətlərdən olan təhsilli, çətinlikdən qorxmayan insanlar toplaşıb. Komandanın hər bir üzvünün ölkənin kadr potensialı olduğunu görmək xoşdur. Çünki biz gələcəkdə hamımız vətənimizə dönəcəyik və öz bilik və təcrübəmizlə ölkəmizi yüksəklərə qaldırmalıyıq.

– AND digər müxalifətyönlü diaspor təşkilatlarından nə ilə fərqlənir?

– Ənənəvi mübarizə üsullarından istifadə etməməyimiz ilə. Biz mitinqlər keçirmiriq, baxmayaraq ki, hərəkat üzvləri dəfələrlə müxtəlif diaspor təşkilatlarının etiraz aksiyalarında iştirak edib.

Biz Azərbaycan və Avropa ölkələri arasındakı fərqləri göstərən dinc etirazlar təşkil edirik. Avropa ölkələrindəki müxtəlif siyasi təşkilatlar və partiyalar ilə daim əlaqə saxlayırıq. Bizim avropalı müşavirlərimiz var – keçmiş və hazırki siyasətçilər və diplomatlar.

– Kimlərlə əlaqəniz var və əməkdaşlıq edirsiniz?

– Qeyd etmək istəyirəm ki, AND Azərbaycanda heç bir siyasi qüvvə ilə əlaqəli deyil. Bizim aramızda “cəbhəçilər” (Azərbaycan Xalq Cəbhəsi Partiyası), “klassiklər” (Azərbaycan Klassik Xalq Cəbhəsi Partiyası), müsavatçılar, Milli Şuranın üzvləri və digərləri var. Biz həmişə bütün siyasi partiyalar və hərəkatlarla əməkdaşlığa açıq olduğumuzu bəyan edirik. O təşkilatlar üçün ki, onların da məqsədi bizimlə eynidir – Azərbaycanı çiçəklənən, hüquqi, demokratik dövlət kimi görmək.

Biz hamıdan yaxşı olmağa can atmırıq. Bizim üçün yaşadığımız cəmiyyətdə, Azərbaycanın demokratikləşməsi işində fəal olmaq vacibdir.

– Düsseldorfda keçirilən son konfrans haqda danışardınız

– Sonuncu konfransda Bakıdan qonaqlar oldu, tanınmış alim, tarixçi, professor Cəmil Həsənli və keçmiş siyasi məhbus Tofiq Yaqublu. Onlar Azərbaycandakı vəziyyətdən və AND-ı necə görmək istədiklərindən danışdılar. Hörmətli professor qeyd etdi ki, o, bizi 1918-20-ci illərdə Azərbaycan Xal Cümhuriyyətinin liderlərinin ideyalarının əsl davamçıları kimi görür. Bizim üçün bundan böyük iltifat ola bilməz.

Konfransda hərəkatın ilk 10 sertifikatı təqdim edilib. Yaşadıqları ölkələrdə yaxşı potensiala malik gənc azərbaycanlıları hərəkata cəlb edə bildik. Onları bizim sıralarımızda görməkdən şadam. Biz bu cür gəncləri cəlb etməyə davam edəcəyik.

AND Azərbaycanın bütün siyasi qüvvələrini əməkdaşlığa çağırır.

Biz müttəfiqlərik və məqsədimiz birdir – tərkibində Qarabağın və digər ətraf rayonların olduğu, zülmdən azad, yüksək sosial və iqtisadi səviyyədə olan demokratik, hüquqi Azərbaycan.

 

скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL