Anons

Bu gün, 00:59- Aktyordan Avropa rəsmilərinə müraciət: “İnsan hüquqları enerji maraqlarına qurban verilməməlidir”

Dünən, 00:58- “Toplum TV işi”: “İstəyirlər media, məhkəmə müstəqil olmasın”

20-07-2026, 00:56- Bəxtiyar Hacıyev: “Leyenin səfərindən sonra mənə və digər məhbuslara qarşı təzyiqlər artıb”

19-07-2026, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb

19-07-2026, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz

18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”

18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”

16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”

15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib

15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"

14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...

14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb

13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?

7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə

29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib

29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək

28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”

17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib

16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb

15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb

Haqqımızda Əlaqə

Rusiya Donbas problemi üzrə Ukrayna ilə birgə təmsil olunduğu mərkəzdən çıxıb

Tarix:18-12-2017, 16:45 Baxış Sayı:160

Rusiya Donbas problemi üzrə Ukrayna ilə birgə təmsil olunduğu mərkəzdən çıxıb

Rusiya Ukrayna ilə birlikdə daxil olduğu Donbasdakı vəziyyətlə bağlı yaradılmış Nəzarət və Koordinasiya üzrə Birgə Mərkəzdən çıxmağa qərar verib.

Bu barədə Rusiya XİN-in bəyanatında deyilir.

Bəyanatda bildirilir ki, Rusiyanın bu mərkəzdən çıxması Ukrayna hökumətinin mövqeyi ilə əlaqədar qarşılaşdığı çətinliklərlə bağlıdır. Qeyd olunur ki, Ukrayna mərkəzin fəaliyyəti barədə istənilən sənədləşmə reqlamentindən imtina edib: “Ukrayna mərkəzdə fəaliyyət göstərən rusiyalı hərbçilər üçün gərgin mənəvi-psixoloji vəziyyət yaradıb, onların öz hərbi xidmətlərini həyata keçirməsinə maneə törədib. Əsasən rusiyalı zabitlərin təmas xəttinə daxil ola bilməsinə, Ukraynanın nəzarəti altında olan ərazilərdə yerləşdirilən birgə müşahidə postlarında xidmətin yerinə yetirilməsini yoxlamasına əngəl törədilib”.

Sənəddə deyilir ki, 2018-ci ilin yanvarından Ukraynaya gedən bütün Rusiya vətəndaşları özləri barədə ətraflı məlumat təqdim etməlidirlər, bu isə rusiyalı hərbçilər üçün qəbuledilməzdir: “Bu şərtlər altında Rusiyanın Nəzarət və Koordinasiya üzrə Birgə Mərkəzdə təmsil olunması qeyri-mümkündür. Dekabrın 19-da bu mərkəzdə olan rusiyalı hərbçilər Ukrayna ərazisini tərk edəcəklər”.

Qeyd edək ki, Nəzarət və Koordinasiya üzrə Birgə Mərkəz 2014-cü ilin sentyabrında Rusiya və Ukrayna prezidentlərinin razılaşması əsasında qurulub. Onun tərkibində Rusiya və Ukrayna hərbçiləri təmsil olunur.

скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL