Bu gün, 00:59- Aktyordan Avropa rəsmilərinə müraciət: “İnsan hüquqları enerji maraqlarına qurban verilməməlidir”
Dünən, 00:58- “Toplum TV işi”: “İstəyirlər media, məhkəmə müstəqil olmasın”
20-07-2026, 00:56- Bəxtiyar Hacıyev: “Leyenin səfərindən sonra mənə və digər məhbuslara qarşı təzyiqlər artıb”
19-07-2026, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb
19-07-2026, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz
18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”
18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”
16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”
15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib
15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"
14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...
14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb
13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?
7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə
29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib
29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək
28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”
17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib
16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb
15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb
Ekspertlərə görə, Qüds məsələsi Vaşinqtonla Ankara münasibətlərinə təsir etsə də, Bakı üçün bunu demək olmaz...
Rəsmi Vaşinqton prezident Donald Trampın Qüdsü İsrailin paytaxtı kimi tanıyan qərarına qarşı olanları qisasla hədələyib. Bu həftənin əvvəlində BMT Təhlükəsizlik Şurasında Misirin təqdim etdiyi qətnamə layihəsi səsverməyə çıxarılıb və Təhlükəsizlik Şurasının 15 üzvündən yalnız ABŞ qətnamənin əleyhinə çıxıb. Nəticədə qaydaya əsasən daimi üzv olan ABŞ-ın vetosu nəticəsində qətnamə qəbul olunmayıb.
Bu hadisədən iki gün sonra məlum olub ki, ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Heyli TŞ üzv ölkələrin diplomatlarına elektron məktub göndərərək Qüdslə bağlı səsvermədə ABŞ əleyhinə səs verənlər barədə Donald Trampa məruzə edəcəyini bildirib.
Heyli diplomatlara yazıb ki, “səs vermək barədə düşünərkən prezidentin və ABŞ-ın bunu şəxsi məsələ olaraq qəbul edəcəyini bilməyini istəyirəm. Prezident səsvermənin gedişi ilə yaxından maraqlanacaq. Məndən bizə qarşı səs verən ölkələr barədə məruzə istəyib. Bu barədə bütün səsləri qeyd edəcəyik”.
Qeyd edək ki, prosedura əsasən TŞ-də rədd edilən qətnamə layihəsi Baş Assambleyaya çıxarılır. Ötən gün isə ABŞ prezidenti Donald Tramp Qüds qətnaməsinə dəstək verəcək dövlətləri təhdid edib. ABŞ prezidenti deyib ki, BMT Baş Assambleyasında Qüds qərarı əleyhinə səs verən ölkələrə maliyyə dəstəyi dayandırılacaq.
Maraqlıdır ki, Heylinin hədə məktubu daha çox BMT TŞ-nin üzvlərinə ünvanlansa da, prezidentin çıxışı daha sərt və təhdidkar olub. Söhbət Qüds qətnaməsinə qarşı çıxan ölkələrin hədələnməsindən gedir. Əgər BMT TŞ-də bu ölkələrin sayı 14 idisə, Baş Assambleyada Qüds qərarını dəstəkləyən ölkələrin sayı daha çox ola bilər. Üstəlik də, söhbət Qüds qərarına münasibətdən gedir və ABŞ prezidenti səsvermədən öncə konkret olaraq bu siyasətə qarşı olanları hədələyib, yardımı kəsəcəyi ilə təhdid edib.
Məsələ ondadır ki, Trampın Qüds qərarı İsrail və Çexiya istisna olmaqla, heç bir ölkə tərəfindən açıq şəkildə dəstəklənmədi. Bu isə faktiki olaraq BMT səviyyəsində belə Tramp hökumətinin təklənməsi ilə nəticələndi. Əlbəttə, ABŞ prezidentinin açıqlaması bir təhdiddir, qərara qarşı çıxan bütün ölkələrə təzyiq etməsi və ya onlara yardımı dayandırması real deyil. Ancaq istənilən halda aydındır ki, Vaşinqton bunu nəzərə alacağını bildirməklə münasibətlərdə bunu diqqətə alacaq.
Heç şübhəsiz ki, Qüds qərarına görə, Türkiyə və ABŞ münasibətləri də zədələnəcək. Çünki məlum olduğu kimi, Trampın qərarına qarşı ən sərt reaksiyanı məhz Ankara göstərdi. Türkiyə dövləti başçısı qərarı sərt şəkildə tənqid edib, üstəlik, İslam Əməkdaşlıq Təşkilatının İstanbulda növbədənkənar toplantısını təşkil edərək, Qüds qərarını pisləyən birgə bəyanat qəbul edib. Ehtimal ki, bu reaksiyanı Tramp unutmayacaq.
Azərbaycana gəlincə, yerli ekspertlər hesab edir ki, Azərbaycan verdiyi bəyanatlarda və səsləndirdiyi rəsmi mövqelərdə əsasən BMT-nin bu günə qədər Ərəb-İsrail münaqişəsi ilə bağlı qətnamələrinə istinad edib. Yəni dolayısı ilə burda diplomatik olaraq Azərbaycan özünə qarşı hər hansı təzyiq və ittiham üçün əsas yaratmayıb.