Anons

Bu gün, 00:59- Aktyordan Avropa rəsmilərinə müraciət: “İnsan hüquqları enerji maraqlarına qurban verilməməlidir”

Dünən, 00:58- “Toplum TV işi”: “İstəyirlər media, məhkəmə müstəqil olmasın”

20-07-2026, 00:56- Bəxtiyar Hacıyev: “Leyenin səfərindən sonra mənə və digər məhbuslara qarşı təzyiqlər artıb”

19-07-2026, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb

19-07-2026, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz

18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”

18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”

16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”

15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib

15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"

14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...

14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb

13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?

7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə

29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib

29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək

28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”

17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib

16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb

15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb

Haqqımızda Əlaqə

Avropa Məhkəməsi İlqar Məmmədova məktub göndərib

Tarix:22-12-2017, 15:39 Baxış Sayı:130

Avropa Məhkəməsi İlqar Məmmədova məktub göndərib

Avropa Şurası Nazirlər Komitəsinin Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) qərarının Azərbaycan tərəfindən icra edilib-edilməməsi məsələsinə dair sorqusu ilə bağlı Avropa İnsan Hüquqları Məhkəməsi Nazirlər Komitəsinə, Azərbaycan hökumətinə və İlqar Məmmədova məktub göndərib. Bu barədə vəkil Fuad Ağayev facebook səhifəsində yazıb.

 Vəkil bildirir ki, məktubda sorğuya baxılması üçün məhkəmənin sədri Qvido Raymondi başda olmaqla Böyük Palatanın tərkibi elan edilir.“Avropa Şurası Nazirlər Komitəsinə, hökumətə və bizə sorğu ilə bağlı yazılı şərhlərin 31 mart 2018-ci il tarixinə kimi təqdim edilə bilməsi haqqında məlumat verilir”, Ağayev qeyd eidb.

Xatırladaq ki, Avropa İnsan Haqları Məhkəməsi (AİHM) Azərbaycanın müxalifət siyasətçisi İlqar Məmmədov barədə AİHM-in 2014-cü il hökmünü icra etməməsi ilə əlaqədar rəsmi Bakıya qarşı xüsusi prosedura başladığı barədə bu ilin dekabrın15-də mətbuat üçün açıqlama yayıb.

Bu prosedurdan məqsəd Azərbaycanın hazırda həbsxanada olan İlqar Məmmədov barədə AİHM-in hökmünün icrasından imtina edib-etmədiyinin bir daha müəyyənləşdirilməsidir.

Bu da qeyd olunur ki, Avropa İnsan Haqları Konvensiyasına 2010-cu ildə daxil edilmiş bu prosedur Avropa Şurası Nazirlər Kabinetinə üzv ölkənin məhkəmə qərarını yerinə yetirməməsi barədə AİHM-ə müraciət səlahiyyəti verir.

Nazirlər Komitəsi Azərbaycan hakimiyyətinin Məmmədovun qeyd-şərtsiz azadlığa buraxılmasına dair AİHM hökmünü icra etməkdən inadkarlıqla imtina etməsi ilə bağlı dekabrın 5-də Azərbaycana qarşı xüsusi prosedura başlamaq qərarına gəlib. AİHM Komitənin bu barədə müraciətini dekabrın 11-də aldığını bildirir.

Bu prosedur AİHM-in Böyük Palatası tərəfindən keçirilir.

Mətbuat məlumatında xatırladılır ki, 1970-ci ildə anadan olmuş Məmmədov 2013-cü ildə İsmayıllı şəhərində baş vermiş etirazların ardınca həbs edilib. O 2014-cü ildə kütləvi iğtişaş və dövlət nümayəndələrinə qarşı zorakılıq ittihamı ilə 7 illik həbsxana cəzasına məhkum edilib.

AİHM 2014-cü ildə bu qərara gəlib ki, cənab Məmmədov, cinayət törətməsinə dair heç bir ağlabatan sübut olmadan həbs edilib və onun həbsindən əsas məqsəd hökuməti tənqid edən Məmmədovun cəzalandırılması və ya susdurulması olub.

AİHM-in gəldiyi nəticəyə görə, Azərbaycan bu həbslə Avropa Konvensiyasının 5-ci maddəsinin 1 və 4-cü bəndlərini (azadlıq və təhlükəsizlik hüququ), 6-cımaddəsinin 2-ci bəndini (təqsirsizlik prezumpsiyası hüququ) və 18-ci maddəsini (hüquqların məhdudlaşdırılması) pozub.

Bununla əlaqədar Nazirlər Kabineti Konvensiyanın 46-cı maddəsinin 4-cü bəndinə (hökmlərin icrasının icbariliyi) uyğun olaraq Azərbaycana qarşı xüsusi prosedura başlayıb.

Konvensiyanın bu maddəsi Komitəyə Azərbaycanın məhkəmə hökmünü yerinə yetirməməsi ilə əlaqədar AİHM-ə müraciə etmək səlahiyyəti verir.

Bu halda Nazirlər Komitəsi əvvəlcə sözü gedən ölkəyə xəbərdarlıq bildirişi təqdim etməlidir. Bu bildiriş artıq oktyabr ayında verilib. Bundan sonra Nazirlər Komitəsi üzvlərin üçdə ikisinin razılığı ilə AİHM-ə müraciət edir.

AİHM bu məsələyə Böyük Palata qismində baxacaq. Nazirlər Komitəsinə və cavabdeh ölkəyə bu işlə əlaqədar şərhlərini bildirmək üçün Böyük Palatanın sədri tərəfindən vaxt təyin ediləcək.

Böyük Palata bu iş üzrə ayrıca dinləmənin keçirilməsi barədə də qərar qəbul edə bilər.

Böyük Palata Azərbaycanı AİHM-in hökmünü yerinə yetirməkdıən imtina etməkdə təqsirli bilərsə, bundan sonra məsələ növbəti tədbirlərin görülməsi üçün təkrar Nazirlər Kabinetinə göndərilir.

скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL