Bu gün, 00:59- Aktyordan Avropa rəsmilərinə müraciət: “İnsan hüquqları enerji maraqlarına qurban verilməməlidir”
Dünən, 00:58- “Toplum TV işi”: “İstəyirlər media, məhkəmə müstəqil olmasın”
20-07-2026, 00:56- Bəxtiyar Hacıyev: “Leyenin səfərindən sonra mənə və digər məhbuslara qarşı təzyiqlər artıb”
19-07-2026, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb
19-07-2026, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz
18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”
18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”
16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”
15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib
15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"
14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...
14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb
13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?
7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə
29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib
29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək
28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”
17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib
16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb
15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb
Ölkəni belə acınacaqlı duruma salanlar utanmalı və bunun hesabatını verməlidir
Milli Şuranın sədri Cəmil Həsənli növbəti fb statusunda ölkədə mövcud olan dərin sosial-iqtisadi böhran və vətəndaşların ağır maddi həyatı haqqında fikirlərini bölüşüb:
2017-ci il sona çatır. Əvvəlcə ilin siyasi yekunları ilə bağlı silsilə başlamağı düşünürdüm. Lakin minimum əmək haqqının artırılıb 130 manata çatdırılması xəbərini eşidib, iqtisadi dəyərləndirməni önə keçirdim. Bu 130 manatın möhkəm valyuta ilə dəyəri nə qədərdir? 76 dollar. Deməli, 25 ildən artıqdır müstəqiilik dövrünü yaşayan vətəndaşın aylıq əmək haqqı 76 dollardır. Utancvericidir. Yəni Azərbaycanda minimum əmək haqqı alan vətəndaşın günlük gəliri 2 dollar 53 sentdir.
Әliyev siyasәtinin iflası
Son 14 ildə 150 milyard dollar neft gəliri olan, ölkə iqtisadiyyatına 225 milyard dollar yatırıldığı iddia edilən Azərbaycanda 2018-ci ildə günlük minimum əmək haqqı nə az, nə çox – 2 dollar 53 sent olacaq. Bu, son 14 ildə ölkəyə rəhbərlik edən İlham Əliyevin nəinki iqtisadi, bütövlükdə siyasətinin iflası deməkdir. XXI əsrdə vətəndaşa 2 dollar 53 sent günlük muzd verən bir pezidentin, onun rəhbərlik etdiyi hökumətin görəvdə qalmağa siyasi, iqtisadi və mənəvi haqqı varmı? İqtisadi göstəricilərinə, təbii ehtiyatlarına, insan resurslarına görə Azәrbaycandan geri qalan Ermənistanda aylıq minimum əmək haqqı 130 dollar, günlük minimum hədd isə 4 dollar 33 sentdir. Buna görə ölkəni belə acınacaqlı duruma salanlar utanmalı və bunun hesabatını verməlidir.
Ölkә niyә belә acınacaqlı duruma düşdü?
Böyük təbii ehtiyatları, xidmət potensialı, işçi qüvvəsi resursları olan ölkə neyə belə acınacaqlı duruma düşdü? Bu ilk növbədə ölkəyə soyğunçuluq meyarları ilə yanaşılması, korrupsiyanın idarəçilik şəbəkəsinə çevrilməsi, xalq qarşısında hesabatlılıq hissinin itirilməsi, səriştəsiz, bacarıqsız, istedadsız, pul oğurlamaq, büdcəni talamaq, korrupsiya vəsaitləri hesabına qara kassalar yaratmaqda nəzəri və praktiki hazırlığı olan adamların yüksək vəzifələrə təyin edilməsi, uzun illər boyü həmin vəzifələrdə oturması ilə bağlıdır. Belə acınacaqlı durumun ikinci mühüm səbəbi islahatların keçirilməməsi, qeyri-neft sektorunun yaradılmaması, orta və xırda biznesin boğulması, kənd təsərrüfatının çökürdülməsi, inzibatı orqanların iqtisadiyyata müdaxiləsi, monopoliya, rüşvət və korrupsiyanın çiçəklənməsidir. Nəticə nədən ibarətdir? Ölkənin ən etibarlı iqtisadçısı, hörmətli Qubad İbadoğlunun rəsmi statistik məlumatlara əsasən ortaya qoyduğu təhlillərə görə, 2014-cü illə müqayisədə ÜDM 2017-ci ildə 75 milyard 239 milyon dollardan 37 milyard 847 milyon dollara enib. Buna müvafiq olar 2014-cü ildə adambaşına milli gəlir 7920 dollar təşkil etdiyi halda, hazırda 3900 dollara qədər azalıb. Deməli vətəndaş nə az, nə çox – 50 faiz yoxsullaşıb.
Real göstәricilәrin acı mәnzәrәsi
Tanınmış iqtisadçı Nemət Əliyevin hesablamalarına görə, ötən illə müqayisədə başa çatan 2017-ci ildə ölkədə real əmək haqqı 7 faiz azalıb. Qiymətlər 13,4 faiz yüksəlib, sənaye istehsalı 3,8 faiz, ÜDM 0,2 faiz azalıb, 50 minə qədər iş yeri bağlanıb. Son iki ildə bankalrın ziyanı 317,8 milyon manatdır. Başa çatan ildə 11 bank bağlanıb, məhkəmələrdə baxılan işlərin 85 faizə qədəri bank sektoru ilə bağlıdır. Büdcəyə daxilolmalarda neftin xüsusi çəkisi artıb, 2017-ci ildə büdcə gəlirləri artımının 96,8 faizi Dövlət Neft Fondunun transfertlərinə hədəflənib. Deməli, 2017-ci ildə də iqtisadiyyat geri getməkdə, qiymətlər artmaqda, real əmək haqqı azalmaqda davam edib. Real iqtisadi göstəricilərin acı mənzərəsi bundan ibarətdir. Bax, İlham Əliyev və onun komandası ölkəni belə acınacaqlı bir duruma salıb və belə bir komandanın ölkəyə rəhbərlik etməyə haqqı varmı?
Yol xәritәlәri yolda qaldı
Ötən ilin dekabrında tərifi ərşü-əlayə qaldırılan yol xəritələrinin axırı nə oldu? Gecə-gündüz təbliğatı aparılan 10 yol xəritəsi böhrandan çıxış, milli iqtisadi inkişaf konsepsiyası kimi təqdim edilirdi. Hərə əlinə bir çomaq alıb onların iqtisadi səmərəsindən gecə gündüz dəm vururdu. Orta və kiçik biznesin sürətli inkişafı ilə bağlı həmin yol xəritələrində xalqa vəd edilənlər elə yolda da qaldı. Hələ bu xəritələrdən əvvəl regionların sosial-iqtisadi inkişaf proqramları üzrə 63 milyard manat vəsait xərclənmişdi. Bu il kənd təsərrüfatına ayrılan vəsaitlər onun iqtisadi səmərəsindən 2 dəfə yüksəkdir.
Don vurmuş kollarda pambıq axtarışı vә ofşorlara qaçırılan 3 milyard
Ölkənin pambıqçılıq tarixində ilk dəfədir dekabr ayında Azərbaycan kəndlisi, həkimi, müəllimi şaxta vurmuş kollarda pambıq axtarır. Vaxtı ilə Azərbaycanda gec yetişən Misir pambığı əkiləndə də belə rüsvayçılıq olmamışdı. 2017-ci ilin büdcəsində regionlardan büdcə daxilolmaları nə qədərdir? Bu qədər vəsait xərcləndiyi halda hanı 63 milyardın iqtisadi səmərəsi? Bunun әvəzində London ofşorlarına natəmiz yollarla qaçırılmış 3 milyard dollar həcmində oğurluq pul aşkarlandı. 2017-ci İl başa çatır. Bütün bunlar haqqında cənab İlham Əliyevin xalqa hesabat verməsinin vaxtıdır.