Anons

Bu gün, 00:59- Aktyordan Avropa rəsmilərinə müraciət: “İnsan hüquqları enerji maraqlarına qurban verilməməlidir”

Dünən, 00:58- “Toplum TV işi”: “İstəyirlər media, məhkəmə müstəqil olmasın”

20-07-2026, 00:56- Bəxtiyar Hacıyev: “Leyenin səfərindən sonra mənə və digər məhbuslara qarşı təzyiqlər artıb”

19-07-2026, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb

19-07-2026, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz

18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”

18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”

16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”

15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib

15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"

14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...

14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb

13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?

7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə

29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib

29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək

28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”

17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib

16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb

15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb

Haqqımızda Əlaqə

Cümhuriyyətin 100-cü ili - tarixi günü necə qeyd etməli?

Tarix:5-01-2018, 08:59 Baxış Sayı:156

Cümhuriyyətin 100-cü ili - tarixi günü necə qeyd etməli?

Fazil Mustafa: “Bizim bundan böyük yubileyimiz yoxdur”; Nəsiman Yaqublu: “ABŞ, Fransa kimi dövlətlərə çatdırmalıyıq ki...”

Bu il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi tamamlanacaq. Böyük yubileyin Azərbaycanda necə qeyd olunması ilə bağlı ən müxtəlif mövqelər var. Xüsusilə prezident İlham Əliyevin 100 illiyin dövlət səviyyəsində qeyd olunması barədə ötən ilin mayında verdiyi sərəncam məsələnin aktuallığını yubileyə doğru zaman keçdikcə artırır. Hazırda yubileylə bağlı göstərilən fəaliyyət qənaətbəxş hesab edilmir.

Böyük Quruluş Partiyasının sədri, deputat Fazil Mustafa bildirdi ki, bu məsələdə Gürcüstan və Ermənistandan xeyli geridə qalırıq: “Onların mətbuatını izləyib, hansı qərarları bu istiqamətdə qəbul etdiklərini bilirəm. Onlar artıq bir ildir bu proseslərə start veriblər. Yüksək səviyyədə də yüz illiyi keçirəcəklər. Təəssüflər olsun ki, biz də bu məsələdə xeyli laqeydlik hökm sürür. Ölkə prezidenti öz üzərinə düşəni edib və sərəncam verib. Amma ayrı-ayrı strukturlar məsələ ilə bağlı layihələrini ortaya qoymayıblar. Bu da onu göstərir ki, Cümhuriyyətin yüz illiyinə ümumi bir laqeydlik havası hökm sürür. Bu məsələni parlamentin son iclaslarında bir daha qaldırdım ki, belə hazırlıq olmaz. İndiyə qədər çoxsaylı işlər görülməli idi. Mədəniyyət nazirinə hətta film layihəsi belə təqdim etmişəm, artıq təqdim etməmdən iki il ötüb. Heç bir reaksiya verilməyib. Ola bilsin ki, havaya fişəng atıb, deyəcəyik ki, Cümhuriyyətimizin yüz illiyidir. Bu tarixə insanlara bu tarixin mahiyyətini anlatmaq kimi baxılmalıdır. Bunlar edilməyincə yaxşı bir ənənə qoyulmayacaq. Çünki bundan böyük tariximiz, yubileyimiz yoxdur. Açığı, bu məsələdə xeyli məyusam.

Fazil Mustafa ile ilgili görsel sonucu

Əhəmiyyətli bir işlərin görüldüyünün izlərini də görmürəm. Biz təkliflər qaldırırıq, bir şəxs çağırıb soruşmur ki, nə edə bilərik. Məsələn, parlamentdə məsələ qaldırdım ki, Rəsulzadənin ata evi uşaq baxçasıdır. Bunun Rəsulzadənin ev muzeyinə çevrilməsi təklifi ilə çıxış etdim. Bu olarsa, Rəsulzadəyə aid olanlar ora yığılarsa, xaricdən materiallar gətirilərsə, Cümhuriyyətin yüz illiyində bundan gözəl hədiyyə olar? Ən azından Rəsulzadənin ruhu öz torpağında ona haqq verildiyinin şahidi olar. Elementar bir şeyləri etmiriksə, başqa nə edə bilərik? Bu il Bakının işğaldan azad olunmasının da yüz illiyidir. Bu şəhəri azad edən Nuru Paşanın xatirəsinin əbədiləşdirilməsi üçün atılan bircə addım göstərə bilərsiniz? Heç bir məmur bu məsələdə milli fədakarlıq nümayiş etdirib, ən azından buna milli borc kimi baxmır. Gürcüstan və Ermənistanda dövlət qurucularına qarşı münasibətin cüzi hissəsi bizdə yoxdur”.

Nəsiman Yaqublu ile ilgili görsel sonucu

Rəsulzadə Araşdırmalar Mərkəzinin rəhbəri, tarixçi alim Nəsiman Yaqublu bu bayramın bütün Azərbaycan xalqına aid olduğunu söylədi: “Bunun bir nümunəsi də tarixdə olub, yəni bütün xalq birləşib, bu bayramı birlikdə qeyd edib. Bu da 1919-cu il mayın 28-də istiqlal bayramının bir illiyində olub. Düşünürəm ki, bu ilki yüz illiyi də həmin 1919-cu ildəki bir illiyə əsaslanıb, onun ənənələrindən yararlanıb qeyd etmək lazımdır. Bunun belə olması mütləq vacibdir. Çünki bu zaman qazanan dövlətimiz, xalqımız olur. Azərbaycan dövlətçiliyi üçün Cümhuriyyətimizin bütün dünyaya təbliğ olunmasının böyük əhəmiyyəti var. Bu, ona görə vacibdir ki, Şərq, müsəlman, türk dünyasında ilk demokratik dövləti bizim yaratdığımızı dünyaya sübut edək. Biz parlamentli respublika yaratmaqla, bütün Şərq və türk dünyasında yeni bir dövlətçilik sisteminin əsaslarını qoymuşuq. Eyni zamanda Qafqazda dövlətçilik ənənələrinin qurulmasında böyük xidmətlərimiz var. Bu məqamları dünya ictimaiyyətinə çatdırmalıyıq. Mən bilirəm ki, bunları gürcülər edəcək, çünki onların da bu il yüz illik bayramlarıdır. Bəzi məlumatlar almışam ki, ermənilər də buna ciddi hazırlaşırlar. Biz hələ bir az  gecikmişik. Bu gündən başlayaraq, Cümhuriyyət geniş şəkildə təbliğ olunmalıdır, özü də çox sürətlə. Bu imkanı əldən verməmək üçün çox işlər görülməlidir. Yığışıb, toplaşıb, əl çalmaqdan ibarət yubiley olmamalıdır. Bundan ötrü olduqca ciddi işlər görülməlidir. Cümhuriyyətin dəyərləri dünyanın aparıcı dillərinə tərcümə olunmalı və yayılmalıdır. Eyni zamanda vaxtilə Cümhuriyyətimizi tanıyan dövlətlərlə təmaslara girilməlidir. Amerika, Fransa, bu kimi dövlətlərə çatdırmalıyıq ki, siz 100 il əvvəl Qarabağ, Zəngəzur kimi ərazilərin bizə məxsus olmasını təsdiq edib, dövlətimizi də belə tanımısınız”.

скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL