Anons

Bu gün, 00:59- Aktyordan Avropa rəsmilərinə müraciət: “İnsan hüquqları enerji maraqlarına qurban verilməməlidir”

Dünən, 00:58- “Toplum TV işi”: “İstəyirlər media, məhkəmə müstəqil olmasın”

20-07-2026, 00:56- Bəxtiyar Hacıyev: “Leyenin səfərindən sonra mənə və digər məhbuslara qarşı təzyiqlər artıb”

19-07-2026, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb

19-07-2026, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz

18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”

18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”

16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”

15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib

15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"

14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...

14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb

13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?

7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə

29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib

29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək

28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”

17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib

16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb

15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb

Haqqımızda Əlaqə

Əfqan Muxtarlı: “Gözümü açanda gördüm ki…”

Tarix:5-01-2018, 17:24 Baxış Sayı:220

Əfqan Muxtarlı: “Gözümü açanda gördüm ki…”

Həbsdə olan jurnalist Əfqan Muxtarlının ev dustaqlığına buraxılması üçün növbəti dəfə məhkəmə qarşısında məsələ qaldırılıb. Yanvarın 5-də jurnalistin vəkilləri məhkəmədə bu haqda vəsatət qaldırarkən əsaslardan biri kimi, dekabrın 31-də Ə.Muxtarlının bacısı Nuranə Muxtarlı, onun 2 yaşlı övladı və 12 yaşlı qardaşı qızının ölümünü göstəriblər.

Ə.Muxtarlının işinə Balakən Rayon Məhkəməsində hakim Hümbət Səlimov baxır.

Yanvarın 5-də keçirilən məhkəmədə Ə.Muxtarlının vəkili Nemət Kərimli bildirib ki, jurnalistin ailəsindəki faciə ilə əlaqədar onun yas mərasimində iştirakına icazə verilməsi üçün elə hadisə günü Penitensiar Xidmətə rəsmi məktubla müraciət olunub. Amma bu günə qədər müraciətə cavab verilməyib. Müdafiəçi bu faciə ilə əlaqədar humanizm prinsiplərinin nəzərə alınmasını istəyib. Həmçinin xatırladıb ki, Ə.Muxtarlı barəsində həbs-qətimkan tədbiri seçilərkən və uzadılarkən istintaq orqanının göstərdiyi əsaslar aradan qalxıb. N.Kərimli söyləyib ki, artıq araşdırmalar başa çatıb, şahidlər də dindirilib, Əfqanın kiməsə, nəyəsə təsir göstərmək imkanı yoxdur. Vəkil bütün bunların nəzərə alınıb, məhkəmənin hökmü çıxarılana qədər Ə.Muxtarlının ev dustaqlığına buraxılması haqda vəsatət qaldırıb.

Jurnalist özü də vəsatətin təmin olunmasını istəyib, amma hakim «yox» cavabı verib.

Məhkəmədə Ə.Muxtarlı ailəsindəki faciə haqda danışarkən ağır günlərdə ona və yaxınlarına dəstək olanlara minnətdarlığını bildirib. Deyib ki, yas mərasimində iştirakı üçün artıq vəkilləri müraciət edib və bu kifayətdir. Yenidən özünün də müraciət etməsinə ehtiyac yoxdur.

Ardından vəkillər məhkəməyə Ə.Muxtarlının həbsinin ilk günlərində Gürcüstanın Daxili İşlər Nazirliyi və Baş Prokurorluğunun bu hadisə ilə bağlı rəsmi açıqlamalarının Azərbaycan dilinə tərcüməsini təqdim ediblər. Həmin sənədlər tərcümə olunduqdan sonra notarial qaydada təsdiqlənib. Sözügedən açıqlamalarda həm də Ə.Muxtarlının Gürcüstandan oğurlanması ilə əlaqədar qonşu ölkədə cinayət işi başlanmasından bəhs olunur.

İttihamda iddia olunur ki, Ə.Muxtarlı Gürcüstan-Azərbaycan sərhədini Balakən ərazisindən qanunsuz keçərkən onu saxlamağa çalışan əsgər Qafur Məmmədovu vurub. Ona görə də Məmmədov iş üzrə zərərçəkmiş qismində tanınıb. Ötən məhkəmə iclasında o, ifadə vermişdi. Yanvarın 5-də onun dindirməsi davam etdirilib. Ə.Muxtarlı bildirib ki, bu adamın danışdıqları yalandır, o, nə sərhədi keçməyə cəhd göstərib, nə də bu adamı vurub. Jurnalist bir daha təkrarlayıb ki, onu Tbilisidə yaşadığı evin yaxınlığında mülkigeyimlilər tutub maşına mindirərək, Azərbaycana gətiriblər.

Daha sonra məhkəmədə sənədlərin tədqiqi mərhələsi başlanıb. Cinayət işinin materiallarındakı sənədlər, o cümlədən tutma, axtarış və s. haqda protokollar elan olunarkən Ə.Muxtarlı deyib ki, bu sənədlərin heç biri onun yanında hazırlanmayıb. Jurnalist bugünkü məhkəməsində də deyib ki, onun Gürcüstandan oğurlanıb gətirilməsi, şərlənməsində iki nəfərin xüsusi rolu olub. Ə.Muxtarlının sözlərinə görə, bunlardan biri Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyevin köməkçisi Azər Şirinov, digəri də Sərhəd Qoşunlarının komandanının Ceyhun adlı köməkçisidir.

«Məni Gürcüstandan oğurlayıb gətirəndə Azərbaycan tərəfdən təhvil alanlar bu adamlar idi. Mənim gözlərimi də bunlar açdılar. Gözümü açanda üzərimdən çıxdığı iddia olunan o pulları stolun üstündə gördüm. Yolboyu gözlərim də, əllərim də bağlı olduğuna görə ciblərimə nəzarət eləmək imkanım yox idi», – Ə.Muxtarlı bildirib.

Cinayət işinin materiallarındakı bəzi sənədlərin elanı yanvarın 12-də keçiriləcək növbəti məhkəmə iclasına qalıb. 

скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL