Bu gün, 00:59- Aktyordan Avropa rəsmilərinə müraciət: “İnsan hüquqları enerji maraqlarına qurban verilməməlidir”
Dünən, 00:58- “Toplum TV işi”: “İstəyirlər media, məhkəmə müstəqil olmasın”
20-07-2026, 00:56- Bəxtiyar Hacıyev: “Leyenin səfərindən sonra mənə və digər məhbuslara qarşı təzyiqlər artıb”
19-07-2026, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb
19-07-2026, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz
18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”
18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”
16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”
15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib
15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"
14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...
14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb
13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?
7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə
29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib
29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək
28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”
17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib
16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb
15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb
Azərbaycan siyasi mühacirətinin liderlərindən biri, Azərbaycan Naminə Demokratiya təşkilatının (AND) həmsədri, keçmiş diplomat Arif Məmmədov təklif edir ki, Azərbaycanda həm ölkədə, həm də onun hüdudlarından kənarda qanunsuz əldə edilmiş əmlakın aşkar edilməsi üzrə xüsusi komissiya yaradılsın.
A.Məmmədov qanunsuz əldə edilmiş (korrupsiya nəticəsində, vəzifədən şəxsi məqsədlər üçün istifadə etməklə və s.) əmlakın və maliyyə vəsaitinin aşkar edilməsi və Milli Fonda qaytarılması üçün güc qurumları, parlament üzvləri, ictimai təşkilatlar və QHT nümayəndələrindən ibarət xüsusi komissiyanın yaradılmasını təklif edir.
Qrup peşəkar hüquqşünaslar, yüksək səviyyəli maliyyəçilər və iqtisadçılardan ibarət olmalıdır. Bu sahədə təcrübəsi olan beynəlxalq ekspertlər də qrupa dəvət olunmalıdır, A.Məmmədov Facebook səhifəsində yazır.
Komissiya İnterpol, Avropa İttifaqı antikorrupsiya xidməti (OLAF), İsveçrə, Böyük Britaniya və digər ölkələrdə maliyyə kəşfiyyatının şöbələri (Financial Intelligence Unit) ilə sıx əməkdaşlıq etməlidir.
Komissiya öz işinin nəticələri ilə bağlı ölkənin Təhlükəsizlik Şurasına və Milli Məclisə hesabat verməlidir.
Görülən işlər barədə həftəlik hesabat TV və digər KİV vasitəsilə ictimaiyyətə təqdim edilməlidir. Rüblük tam hesabat isə Milli Məclisə təqdim olunmalıdır. Qaytarılmış vəsaitlər Milli Fonda (xalqa) daxil olmalıdır.
Keçmiş dövlət məmurları və onların qohumları qanunsuz əldə etdikləri vəsaiti və əmlakı könüllü qaytararsa maliyyə amnistiyası çərçivəsində həmin vəsaitin 10%-ə qədərini və daşınmaz əmlakı (1 ev, 1 bağ) özündə saxlaya bilər.
Bu zaman keçmiş dövlət məmurları və onların qohumları saziş imzalayacaqlar. Sazişdə nəzərdə tutulur ki, əgər yalnış məlumat verilərsə dövlət onların bütün əmlakını müsadirə etmək və Milli Fonda vermək hüququna malikdir.
Komissiyanın qərarı ilə bütün dövlət bağları, idarələrin pansionatları, fərdi villalar və iqamətgahlar uşaq evləri, internat məktəbləri, qocalar evi, xüsusi məktəblər, reabilitasiya mərkəzləri, şəhid ailələri, repressiya və özbaşınalıqdan əziyyət çəkənlərin ailələrinə veriləcək, A.Məmmədov təklif edir.
A.Məmmədov öz təklifini Turan-a şərh edərkən deyib ki, hakimiyyət etiraf edir ki, keçmiş nazirlər F.Məmmədov, E.Mahmudov, Z.Məmmədov, ABB- nin rəhbəri C.Hacıyev ümumilikdə 20 mlrd.-dan çox dollar oğurlayıblar. Bu, digərlərinin də oğurladığından xəbər verir. Ölkədə 40-a yaxın nazirlik və nazirlik səviyyəsində komitə var. Bura rayonların icra başçılarını, polis rəislərini, məhkəmə sədrlərini, prokurorları və digərlərini əlavə edək. Hətta hesab etsək ki, onlar oğurladıqlarının böyük hissəsini “yuxarılar”a veriblər, bütün hallarda ümumilikdə 50-70 mlrd. dollar qalır. Bu da sosial problemlərin həllinə yetər.
Gürcüstanda M.Saakaşvili hakimiyyətə gəldikdən sonra dövlət külli miqdarda oğurlanmış pulun qaytarılmasına nail oldu. Üstəlik, hər şey şəffaf edildi, xalq nə qədər pulun qaytarıldığını və hara daxil olduğunu gördü.
İndiki hakimiyyət “özünü dağıtmaq” mərhələsinə keçib və bir qədər gözləmək lazımdır. “Biz buna hazır olmalıyıq, yeni komanda düşünmək və formalaşdırmalıyıq. Artıq bu iş gedir”, – A.Məmmədov qeyd edib.