29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib
29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək
28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”
17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib
16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb
15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb
13-05-2026, 21:06- Həbsdə olan jurnalistin anasının ölkədən çıxışına qadağa qoyulduğu bildirilir
13-05-2026, 21:05- Paşinyan: “Robert Koçaryan 1 mart hadisələrinə görə cəzalandırılmalıdır”
12-05-2026, 21:04- İnanclı məhbusun bacısı həbsxana şəraitindən şikayət edir: “Qardaşım sakit ölümə tərk edilib”
10-05-2026, 21:02- Hacı Vəliyev: “Həbsimin, mənə qarşı işgəncələrin sifarişçisi Azərbaycan hakimiyyətidir”
9-05-2026, 21:01- Avropa Parlamentində Azərbaycandakı repressiyalar və siyasi məhbuslar müzakirə olunub
8-05-2026, 20:59- “Amerikanın Səsi”nin prezidenti Ülviyyə Əlinin azadlığa buraxılmasına çağırıb
7-05-2026, 20:59- Dözülməz ağrılardan şikayətlənən Tofiq Yaqubluya lazımi tibbi yardım göstərilmədiyi deyilir
7-05-2026, 12:30- 2026-ci ildə Azərbaycanda ən az 17 hərbçi qeyri-döyüş şəraitində həyatını itirib
7-05-2026, 11:38- İran rəsmisi: "ABŞ SEPAH-a hörmətsizlik etməsə, dünya çempionatında iştirak edəcəyik"
6-05-2026, 11:36- Hacı Vəliyevə 2 il 6 ay həbs cəzası verildi
6-05-2026, 11:35- ABŞ Senatı Sevinc Vaqifqızı və Fərid Mehralızadənin azadlığını tələb edən qətnamə qəbul edib
5-05-2026, 11:34- Milli Onkologiya Mərkəzində müalicə almış şəxs: “Bəzi dərmanlar yalnız həkimin yönləndirdiyi apteklərdə və baha satılırdı”
4-05-2026, 13:30- Ülviyyə Əli təcridxanadan yazır: “Keyfiyyətli tibbi yardımdan məhrum buraxılmaq siyasi sui-qəsddir”
4-05-2026, 11:30- Prezidentin eşitmək istəmədiyi suallar - Abzasçılar yazır
AXCP sədri Əli Kərimli səhiyyə xərclərinə görə ən pis vəziyyətdə olan ölkələrin siyahısında Azərbaycanın yer almasına özünün Facebook səhifəsində münasibət bildirib:
“Artıq bilirsiniz ki, İlham Əliyevin analoqsuz idarəetməsi nəticəsində Azərbaycan dünyada adambaşına ayrılan səhiyyə xərclərinə görə ən pis göstəricisi olan 10 ölkədən biridir. Bu yazıda sizi bu bədnam onluqdakı “qonşularımızla” tanış etmək istəyirəm. Bilin ki, 24 illik ailə hakimiyyəti ölkəmizi hansı dövlətlərlə bir sıraya gətirib. Beləliklə, bizimlə birlikdə “onluqdakı ölkələr bunlardır:
Eritriya – Afrikada yerləşir, 1993-cü ildən müstəqilliyini qazanıb (Efiopiyadan), bir partiyalı siyasi sistemdir, başqa partiyalar yoxdur, dövlət mətbuatından başqa mətbuat da yoxdur, bizim hakimiyyətdən fərqli olaraq, seçki imitasiyası da etmirlər, seçki keçirmirlər.
Kamerun – Afrikada yerləşir. Bədbəxt kamerunluların da “Kamerun Xalqının Demokratik Hərəkatı” adlı öz YAP-ı var. 1961-ci ildən ölkədə hakim partiya dəyişmir. Kamerun xalqının “əvəzedilməz, dahi lideri” Pol Biyya isə 35 ildir ki, hakimiyyətdədir.
Myanma – Asiyada Hindistanla Çinin arasında yerləşən 60 milyonluq ölkədir. 1962-ci ildən 2015-ci ilə qədər ölkəni hərbçilər idarə etmişdilər. Hərbçilərin idarə etdiyi Myanmada əhalinin yalnız bir faizinin internetə çıxışı var idi, onlara da xüsusi xidmət orqanları nəzarət edirdi. Müxalifət lideri 15 il ev həbsində saxlanılmışdı. Yalnız 2015-ci ildə Aung San Suu Kyi-nin rəhbərlik etdiyi Demokratiya Uğrunda Milli Liqa hakimiyyətə gələ bildi. Lakin hələ də ölkənin idarəetməsində hərbçilərin rolu və 44 illik idarәçiliyinin ağır irsi qalır. Myanma sadəcə dünyada öz vətəndaşlarına ən pis səhiyyə xidməti göstərən ölkə deyil, həm də müsəlman əhaliyə qarşı soyqırım siyasətilə məşhurdur.
Laos – Asiyada keçmiş Fransa müstəmləkəsi olub. Laos xalqı çox acı tale yaşamaqdadır. Müstəqilliyini əldə etdiyi 1954-cü ildən 1975-ci ilə kimi vətəndaş müharibəsi yaşayıb, ABŞ-Vyetnam müharibəsində “ayaq altında” qalıb,1975-ci ildən də kommunist tipli Laos Xalq İnqilab Partiyası tərəfindən idarə olunur. Laos çox az ölkələrdəndir ki, onu hələ də Kommunist partiyası (siyasi büro sistemilə) idarə edir. Rəsmən təkpartiyalı, totalitar sistemdir.
Təəssüf ki, bu onluqda Pakistan da var. Pakistan Azərbaycana bütün mənalarda yaxın olan ölkədir. Ancaq təəssüf ki, müstəqillik illərində çoxsaylı hərbi çevrilişlər və müharibələr, hərbi xuntaların idarəetməsi və geniş yayılmış korrupsiya bu ölkənin də iqtisadiyyyatını zəiflətmişdir. Hazırda Pakistanda hökuməti və parlamenti xalq seçir. Ancaq keçmişin irsi olduqca neqativdir. Adambaşına düşən səhiyyə xərclərinin bu qədər az olması isə ölkə iqtisadiyyatının çox zəif olması ilə əlaqəlidir. Pakistanda adambaşına ümumi daxili məhsul hətta Azərbaycanda olduğundan da 3 dəfə azdır.
Onluqdakı digər ölkələri isə yaxşı tanıyırsınız. Suriya, Liviya, Yəmən, Cənubi Sudan diktaturaların və vətəndaş müharibələrinin xaraba qoyduğu ölkələrdir.
Neçə illərdir rejim xalqımızı şantaj edir ki, haqqınızı tələb etməyin, mübarizə aparmayın, yoxsa ölkəmiz Suriyanın, Liviyanın gününə düşər. Ancaq indi məlum olur ki, ölkəmizdə “qəbristanlıq sabitliyi” hökm sürsә dә, biz artıq bir sıra parametrlərə görə Suriya, Liviya, Yəmənlə eyni siyahını bölüşürük. Bəli, vaxt var idi ki, ölkəmiz dünyanın demokratik respublika qurmuş 25 qabaqcıl ölkəsindən biri idi. Ötən əsrin sonlarında isə bütün keçmiş Sovet İttifaqı ərazisində ən kütləvi xalq hərəkatı, sonra da ən demokratik respublika, bizim ölkəmizdə yarandı, o illərdə dünyada ilin xalqı da olmuşduq. 24 illik sülalə hakimiyyəti görün bizi hansı ölkələrlə bir sıraya gətirdi? Nə deyirsiniz, ailə hakimiyyətinin rəhbərliyilə bu siyahıda qalmaqda davam edək, yoxsa nəhayət, ailə hakimiyyətindən də, onun bizi daxil etdiyi bu “kruq”dan da imtina edək?”