Anons

Bu gün, 00:59- Aktyordan Avropa rəsmilərinə müraciət: “İnsan hüquqları enerji maraqlarına qurban verilməməlidir”

Dünən, 00:58- “Toplum TV işi”: “İstəyirlər media, məhkəmə müstəqil olmasın”

20-07-2026, 00:56- Bəxtiyar Hacıyev: “Leyenin səfərindən sonra mənə və digər məhbuslara qarşı təzyiqlər artıb”

19-07-2026, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb

19-07-2026, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz

18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”

18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”

16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”

15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib

15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"

14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...

14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb

13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?

7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə

29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib

29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək

28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”

17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib

16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb

15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb

Haqqımızda Əlaqə

Yeni “ərəb baharı” yenə - Tunis qaynayır...

Tarix:11-01-2018, 17:03 Baxış Sayı:159

Yeni “ərəb baharı” yenə - Tunis qaynayır...

Tunis etirazlarının səbəbləri və mümkün nəticələri...

“Ərəb baharı”nın başlanğıc ölkəsi Tunis yenidən qarışıb. Paytaxt Tunis, Qassarin, əl-Mehdiyə, Qayravan və Qafsa şəhərlərində baş verən etiraz aksiyaları zamanı polislə toqquşmalar baş verib. Küçələrə çıxan əhali bahalaşmaya, sosial-iqtisadi vəziyyətin yaxşılığa doğru dəyişməməsinə etiraz edir. Polis etirazları yatırmaq üçün güc tətbiq edib, gözyaşardıcı qazdan istifadə olunub. Əl-Qıtar rayonunda isə etirazçıların yerli təhlükəsizlik idarəsi binasına soxularaq qarət etdiyi iddia olunub.

Qeyd edək ki, Tunis “ərəb baharı”nın başlandığı və necə deyərlər, yeganə uğurlu nəticə göstərdiyi ölkə hesab olunur. 7 il əvvəl - 2010-cu il dekabrın 18-də Tunisin Sidi Buzid şəhərində küçədə əl arabası ilə satıcılıq edən universitet təhsilli Məhəmməd Buəzizi (1984-cü il təvəllüdlü - K.R.) bələdiyyə məmurlarının arabasını müsadirə etməsinə və işsizliyə etiraz edərək özünü yandırdı. İki həftə sonra yanvarın əvvəlində Buəzizi xəstəxanada ölsə də, etirazlar səngimədi və Tunisdə başlayan kütləvi aksiyalar 2011-ci il yanvarın 14-də 23 il ölkəni fasiləsiz idarə edən Zeynəlabidin bin Əlinin ölkəni tərk edərək Səudiyyə Ərəbistanına qaçması ilə nəticələndi.

Ancaq “ərəb baharı”nın baş verdiyi digər ölkələrdən fərqli olaraq Tunisdə vətəndaş müharibəsi olmadı. Tunisdə 2011-ci il oktyabrın 23-də Tunis Qurucu Məclisi seçkiləri keçirilib və bu zaman mülayim islamçı “Nahda” Partiyası qələbə qazanıb. Ancaq mülayim islamçı “Nahda” prezident seçkilərinə qatılmayıb. Bununla da ölkədə fərqli qrupların siyasi iştirak etdiyi plüralist siyasi sistem formalaşıb.

Tunisdə ərəb baharı ile ilgili görsel sonucu

Ancaq bununla belə, ölkədə bir neçə hökumət dəyişib, iqtisadi sahədə geriləmə olub və Tunis bir neçə dəfə böyük terror hücumuna məruz qalıb. Yeri gəlmişkən, Yaxın Şərqdə savaşan İŞİD, “əl-Qaidə” və digər terror təşkilatları tərkibində savaşan əcnəbi terrorçuların sayına görə Tunis liderlik edir.

Daha çox kənd təsərrüfatı və turizm ölkəsi olan Tunisdə inqilabdan sonra iqtisadi inkişaf olmayıb. Siyasi baxımdan ölkədə inkişaf olsa da, iqtisadi baxımdan irəliləmə olmayıb, əksinə, etirazçıların da şüarlarından göründüyü kimi, vəziyyət daha da pisləşib. İlk etirazlar yanvarın 8-də başlayıb və tezliklə Tunisin 18 yaşayış məntəqəsinə keçib. Etirazçılar yolları bağlayıb, təkər yandırıb və polisə daş atıb. Bunun qarşılığında polis gözyaşardıcı qazdan istifadə edib, etirazçılardan 44 nəfəri həbs olunub.

Tunisdə ərəb baharı ile ilgili görsel sonucu

“Euronews” xəbər verib ki, Tunis hökuməti 2018-ci il dövlət büdcəsində bir sıra “kəmərsıxma” əməliyyatı aparıb. Əsas addımlardan biri də 18 faizlik Əlavə Dəyər Vergisinin 1 faiz daha da artırılması olub. Bundan başqa, sosial ödəmələrlə bağlı vergilər, idxal məhsulları na vergilər artırılıb. Vergilərin artırılması öz növbəsində bazarda bahalaşmaya səbəb olub. Bundan başqa, Tunisin milli valyutası olan dinar ciddi şəkildə ucuzlaşıb, devalvasiya gedib. Tunis rəsmi xəbər agentliyinin (TAP) xəbərinə görə, 2016-cı ildə 4,2 faiz olan inflyasiya 2017-ci ilin dekabrında 6,4 faizə yüksəlib. Bəzi analitiklər isə inflyasiyanın bu il 8-9 faiz arasında dəyişəcəyini göstərirlər. Buna paralel olaraq ölkədə qiymətlər 8,3 faiz bahalaşıb. Ölkə əhalisinin 40 yaşdan aşağı kişilərin 60, qadınların isə 83 faizi qeyri-rəsmi işlərdə işləyir. Tunisdə yerli araşdırma mərkəzlərinin hesabatına görə, “gizli iqtisadiyyat”ın ölkənin milli gəlirindəki payı 35 faiz təşkil edir və Tunisdə istehlak olunan malların 30 faizi deməkdir.

Qeyd edək ki, Tunis iqtisadiyyatında əsas pay sahibi olan və milli gəlirin 12 faizini verən, hər 10 nəfərdən birinin çalışdığı turizm sektoru da hazırda ağır günlər keçirir. Məsələ burasındadır ki, 2015-ci ildə Tunis paytaxtındakı Bardo muzeyinə və Suse turizm bölgəsində istirahət zonasına təşkil edilən və əsasən xarici turistləri hədəf alan terror hücumları nəticəsində 70-dən çox insan öldürülüb. Bu hücumlardan sonra turizm sektoru ciddi şəkildə zəifləyib və sektor geriləyib. Bu isə iş yerləri və gəlirə ciddi təsir edib.

Görünən odur ki, siyasi sınaqdan çıxa bilən Tunis iqtisadi sınaqdan çıxa bilmir. Bütövlükdə regionda müharibənin davam eləməsi, qeyri-sabitlik, terror təhlükəsi digər Yaxın Şərq və Afrika ölkələri kimi, Tunisi də zərbə altında qoyur. Bu da onu göstərir ki, bütövlükdə regionda sabitlik və istiqrar əldə olunmadıqca, hansısa ölkənin ayrılıqda sabitlik və inkişafa nail olması mümkün deyil.

Ancaq etirazların Tunisdə yeni inqilaba səbəb olması barədə iddialar reallığı əks etdirmir. Çünki 7 il əvvəlkindən fərqli olaraq indi Tunisdə demokratiya var, fərqli siyasi qruplar özlərini ifadə edə bilir, parlamentdə təmsil olunurlar. Ciddi iqtisadi şüarlarla başlayan etirazlar da ən yaxşı halda hökumətin istefa verməsinə və yeni hökumət təşkili, yaxud da yeni seçkilərin keçirilməsinə səbəb ola bilər.

скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL