Anons

Bu gün, 00:59- Aktyordan Avropa rəsmilərinə müraciət: “İnsan hüquqları enerji maraqlarına qurban verilməməlidir”

Dünən, 00:58- “Toplum TV işi”: “İstəyirlər media, məhkəmə müstəqil olmasın”

20-07-2026, 00:56- Bəxtiyar Hacıyev: “Leyenin səfərindən sonra mənə və digər məhbuslara qarşı təzyiqlər artıb”

19-07-2026, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb

19-07-2026, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz

18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”

18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”

16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”

15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib

15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"

14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...

14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb

13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?

7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə

29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib

29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək

28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”

17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib

16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb

15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb

Haqqımızda Əlaqə

Əfqan Muxtarlıya 6 il həbs cəzası verildi; “Bizi susdura bilmәyәcәksiz”

Tarix:12-01-2018, 15:35 Baxış Sayı:153

Əfqan Muxtarlıya 6 il həbs cəzası verildi; “Bizi susdura bilmәyәcәksiz”

Jurnalist Әfqan Muxtarlının mәhkәmәsi başa çatıb. Məhkəmənin hökü ilə Əfqan Muxtarlı 6 il  müddətinə azadlıqdan məhrum edilib. Mәhkәmә Balakәn rayonunda keçirilirdi.

Yekun prosesdә dövlәt ittihamçısı vә jurnalistin özü çıxış edib. Prokuror Ә.Mixtarlıya 8 il hәbs cәzası verilmәsini istәyib.

Dövlət ittihamçısının çıxışından öncə məhkəmədə Ə.Muxtarlının vəkillərinin bir neçə vəsatəti olub. Müdafiəçilər məhkəmədə əlavə şahidlərin dindirilməsini istəyiblər. Həmin şahidlər də Müsavat partiyasının keçmiş və indiki başqanları İsa Qəmbərlə Arif Hacılı, partiyanın icra aparatının rəhbəri Gülağa Aslanlı və digərləri olub.

Amma hakim Hümbət Səlimov bu vəsatəti təmin etməyib.

Daha bir vəsatət isə Ə.Muxtarlının oğurlanması faktı üzrə Gürcüstanda cinayət işinin başlanması ilə əlaqədar qonşu ölkənin Daxili İşlər Nazirliyi və Baş Prokurorluğunun birgə bəyanatının iş materiallarına əlavə edilməsi haqda olub. Bu vəsatət ötən məhkəmə iclasında qaldırılsa da, müzakirəsi bu dəfəyə saxlanılıb.

Vəkillərin məhkəməyə təqdim etdiyi sənədlər Azərbaycan dilinə tərcümə edilib, notarial qaydada təsdiqlənib. Prokuror bu sənədlərin cinayət işinə aidiyyəti olmadığını bildirərək, işə əlavə olunmasına etiraz edib. Hakim də vəsatəti təmin etməyib.

Bundan sonra hakim məhkəmə istintaqının başa çatdığı elan edilib və çıxışlar mərhələsi başlayıb.

Prokuror deyib ki, Ə.Muxtarlıya CM-nin 206 (qaçaqmalçılıq), 315 (hakimiyyət nümayəndəsinə zor tətbiq etmə) və 318 (dövlət sərhədini qanunsuz keçmə) maddələri ilə verilmiş ittihamlar məhkəmədə sübuta yetirilib. Onun sözlərinə görə, jurnalistin üzərində 10 min avro ilə Balakən ərazisində Gürcüstan-Azərbaycan sərhədini qanunsuz keçməsi, onu saxlamağa çalışan əsgər Qafur Məmmədovu vurması məhkəmədə zərərçəkmiş və şahid ifadələri, ekspert rəyləri ilə təsdiqini tapıb. Prokuror çıxışının sonunda Ə.Muxtarlıya 8 il həbs cəzası verilməsini istəyib.

Dövlət ittihamçısından sonra çıxış edən vəkillər Elçin Sadıqov  Nemət Kərimli isə əksinə, Ə.Muxtarlı haqqında cinayət işinin də, ona verilən ittihamların da saxta olduğunu bildiriblər. Vəkillər deyib ki, Əfqanın cibində pul sərhədi keçməsi, hərbçilərə müqavimət göstərməsi haqda cinayət işinin materiallarında yazılanlar sadəcə, uydurulmuş ssenaridir. Müdafiəçilər bildirib ki, gerçəkdə belə bir hal olmayıb, çünki Ə.Muxtarlını Tiflisdə yaşadığı evin yaxınlığında mülki geyimlilər oğurlayıb, gətirib Azərbaycandakılara təhvil veriblər.

Vəkil Nemət Kərimli deyir ki, Gürcüstan prezidentinin bəyanatı, qonşu ölkədə cinayət işinin başlanması da Əfqanın oğurlanıb gətirildiyini sübut edir. Müdafiəçi Gürcüstan prezidentinin “bu oğurluq ölkə adına utancverici haldır” bəyanatını yada salıb: “Bu cümlədə açıq şəkildə ifadə olunur ki, Əfqan Muxtarlı oğurlanıb gətirilib”.

Digər vəkil Elçin Sadıqov Ə.Muxtarlı ilə eyni ərəfədə həbs olunan AXCP sədrinin müavini Gözəl Bayramlının cinayət işindəki sənədə diqqət çəkib. Bildirib ki, materiallar arasında Azərbaycanın Dövlət Təhlükəsizliyi Xidmətindən alınan sənədlər var və orada Ə.Muxtarlının Tiflisdə izlənməsindən bəhs olunur.

Müdafiəçilər məhkəmənin obyektiv olmamasından, tərəflərin bərabərliyi prinsipinə əməl olunmamasından gileyləniblər. Bildiriblər ki, müdafiə tərəfinin heç bir vəsatəti təmin olunmayıb.

Vəkillər məhkəmədə şahid qismində dindirilən hərbçilərin ifadələrinin də sübut kimi qəbul olunmasına etiraz ediblər. Bildiriblər ki, həmin şahidlər dindiriləndə məhkəmə zalının qapısı məqsədli şəkildə açıq saxlanmış, onlar da qapı arxasından bir-birinin ifadələrini eşidib, əvvəl danışılana uyğun ifadə vermişdilər. Qanunun tələbi isə belədir ki, şahidlər bir-birindən xəbərsiz dindirilməlidir. Vəkillərin sözlərinə görə, hərbçi şahidlər öz yoldaşlarının ifadələrini eşitdiklərini dindirmədə də təsdiqlədilər. Bu əsasla hərbçi şahidlərdən yalnız birinin ifadəsi sübutlar siyahısından çıxarılsa da, müdafiəçilər hesab edir ki, bu, hamısına aid edilməliydi.

Müdafiəçilər deyir ki, işi araşdırmış təhqiqatçının da ittiham tərəfinin şahidləri siyahısına daxil edilib, məhkəmədə dindirilməsi halı ilə praktikada ilk dəfədir qarşılaşırlar.

Ə.Muxtarlının araşdırma yazılarına görə, siyasi sifarişlə həbs olunduğunu vurğulayan vəkillər çıxışlarının sonunda ona bəraət verilməsini istəyiblər.

Ardından Ə.Muxtarlı məhkəmədə son sözünü deyib. Azərbaycan hökumətinin korrupsiya əməlləri, hakim ailənin biznesi, əmlakları haqda araşdırmalarına görə həbs olunduğunu deyən jurnalist də Tiflisdən oğurlanıb Bakıya gətirildiyini, işgəncəyə məruz qaldığını söyləyib. Bütün bunlara baxmayaraq, öldürülmədiyinə görə özünü şanslı sayan Ə.Muxtarlı bundan sonra da susmayacağını bəyan edib: “Elmar Hüseynovu öldürdünüz, Rafiq Tağını öldürdünüz, bloqqer Mehman Qələndərlini istintaq təcridxanasında öldürüb qanını batırdınız, Rasim Əliyevi öldürdünüz… Amma biz gəldik, yazırıq və yazacağıq. Bizi susdura bilməyəcəksiniz. Mən şanslıyam ki, Gürcüstandan Bakıya gətiriləndə öldürülmədim. İstintaq təcridxanasında da öldürmədilər məni. Uzağı 7 il həbs cəzası verəcəksiniz. Bu da bizi susdurmağa bəs etməyəcək. Bizi həbs etsəniz də, öldürsəniz də bizdən sonrakılar bu mübarizəni davam etdirəcək. Bizim əsas məqsədimiz İlham Əliyevi devirmək deyil, bizim ən ali məqsədimiz insanlara ümid verməkdir”.

Ə.Muxtarlı araşdırmalarından da danışıb. Bildirib ki, Göygölün zəbt olunması, orada prezidentin ailəsinə məxsus villa, Silahlı Qüvvələrdəki yeyintilər, Azərbaycanın hakim ailəsinin Gürcüstana turizm, sənaye sahələrində yatırması haqda araşdırma yazıları onu hədəfə çevirib: “Azərbaycan xalqından oğurladıqları pulları investisiya olaraq, Gürcüstana yatırırlar…”, –Ə.Muxtarlı son sözündə belə deyib.

Bu yerdə hakim Hümbət Səlimov onun çıxışını yarımçıq dayandırıb və ittihamların mahiyyəti haqda danışmağı tələb edib. Jurnalist bildirib ki, elə danışdıqlarının hamısının həbsinə birbaşa aidiyyəti var.Ə.Muxtarlı çıxışının yarımçıq dayandırılmasına da etiraz edib. Bildirib ki, heç kim onun sözünü kəsə bilməz, sona qədər mübarizə aparacaq, sözünü deyəcək: “Siz mənə söz verə, mənim sözümü kəsə bilməzsiniz. Mən sözümü ömrümün axırına qədər deyəcəm”.

Ə.Muxtarlının bu fikirlərindən sonra məhkəməni izləməyə gələnlər onu alqışlayıblar. Bu da hakimi əsəbləşdirib və Ə.Muxtarlının son sözünü kəsərək məhkəmə zalını tərk edib. Hökm üçün müşavirəyə gedən hakim məhkəmə nəzarətçilərinə də göstəriş verib ki, jurnalisti alqışlayan şəxslər hökm elan olunanda zala buraxılmasın. Müşavirәdәn sonra isә hökm oxunub.

 

скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL