Bu gün, 00:59- Aktyordan Avropa rəsmilərinə müraciət: “İnsan hüquqları enerji maraqlarına qurban verilməməlidir”
Dünən, 00:58- “Toplum TV işi”: “İstəyirlər media, məhkəmə müstəqil olmasın”
20-07-2026, 00:56- Bəxtiyar Hacıyev: “Leyenin səfərindən sonra mənə və digər məhbuslara qarşı təzyiqlər artıb”
19-07-2026, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb
19-07-2026, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz
18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”
18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”
16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”
15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib
15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"
14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...
14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb
13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?
7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə
29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib
29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək
28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”
17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib
16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb
15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb
Fransa Milli Assambleyasının deputatı, Fransa-Azərbaycan Dostluq Qrupunun üzvü Jülyen Borovszikin “Report”un Qərbi Avropa bürosuna müsahibə verib.
Həmin müsahibəni təqdim edirik:
- Azərbaycan və Fransa arasındakı əməkdaşlığın hazırkı səviyyəsini necə qiymətləndirirsiniz?
- Biz daha böyük nailiyyətlər əldə edə bilərik və elə buna da çalışırıq. Mən deputat seçilən kimi, ilk növbədə, Fransa-Azərbaycan Dostluq Qrupuna üzv olmuşam və təkliflər planı da hazırlamışam. Bunun üçün işçilərimdən birini Azərbaycana göndərmişdim. Mənim deputat seçildiyim bölgənin əhalisinin əsas məşğuliyyəti kənd təsərrüfatıdır. Biz bu sahədə Azərbaycanla əməkdaşlıq etməyə qərar vermişik. Məsələn, bizim bölgədə at saxlamaq ənənəsi mövcuddur. Atlar azərbaycanlılar üçün də böyük əhəmiyyət kəsb edir və milli ənənənin ayrılmaz hissəsi sayılır. Bizim bölgənin atları ilə Azərbaycan atlarının fərqləri böyükdür. Bu baxımdan, onların mübadiləsini təşkil etmək olar. Hər halda məqsəd Azərbaycan ənənələrini Fransada tanıtdırmaq, əlaqələrimizi durmadan genişləndirməkdir.
- Sizcə, Fransada Azərbaycanla bağlı həqiqətlərin insanlara düzgün çatdırılmasına mane olan səbəblər hansılardır?
- Azərbaycanı Fransada kifayət qədər tanımırlar desəm yanlışlıq olar. Çünki Azərbaycan yenidən müstəqilliyini əldə etdiyi dövrdən etibarən bu sahədə çox uğurlu addımlar atıb. Lakin təəssüflə qeyd etmək istəyirəm ki, Azərbaycanın geosiyasi və geostrateji mövqeyi Fransada çox az tanınır. Bu gün Fransa əhalisinə Azərbaycanın çətin geosiyasi mövqeyi, bu çətinliyin əsas səbəbkarı olan hansı dövlətlərin əhatəsində yerləşdiyi barədə ətraflı məlumat verməliyik. Biz insanları Azərbaycanın qonşuluğundakı problemlər, regionda tutduğu mövqeyi barədə mütəmadi olaraq məlumatlandırmalıyıq.
Digər çətinlik Azərbaycanla bağlı mənfi məlumatların yayılması və əksər hallarda erməni lobbisi tərəfindən verilən yalan informasiyaların Azərbaycan haqqında yanlış fikirlərin və mənfi imicin yaranmasına səbəb olmasıdır.
Bu məsələdə daha bir məqama toxunmaq istərdim. Paris və ona yaxın ərazilərdə Azərbaycanı kifayət qədər tanıyırlar, bu, müsbət haldır. Lakin məhz Paris və ətraf şəhərlərdə erməni lobbisi daha çox yalan məlumatlar yaya bilir. Fransanın müxtəlif bölgələrinə gəldikdə isə vəziyyət tamamilə başqadır. Azərbaycan mənim ölkəmin ucqar rayonlarında az tanınır. Lakin bunun müsbət tərəfi həmin ərazilərdə erməni lobbisinin fəaliyyətinin zəif, yaxud heç olmamasıdır. Bunun sayəsində ermənilərin Azərbaycan əleyhinə ənənəvi informasiyaları yayıla bilmir. Beləliklə, bu bölgələrdə biz daha sağlam əlaqələr qura bilərik.
- Bəs Fransada erməni lobbisinin yaydığı mənfi məlumatlara necə son qoya bilərik?
- Hesab edirəm ki, erməni lobbisinə qarşı çıxmaq çox qəliz məsələlərdəndir. Ona görə də onlarla üz-üzə gəlməməyin lehinəyəm. Əksinə, Azərbaycan ilə Fransa arasında əməkdaşlığı möhkəmləndirməli, bu ikitərəfli əlaqələr çərçivəsində həyata keçirilən konkret tədbirləri intensivləşdirməliyik. Belə olduğu halda, əhali konkret işlərin şahidi olacaqlar. Sizcə, konkret əməlləri görən insanlar yalan, əsassız, başqalarının hissiyyatına toxunun yazılara inanarlar? Fransa ilə Azərbaycanın əməkdaşlıq edə biləcəyi sahələr, birgə reallaşdıra biləcəyi layihələr saysız-hesabsızdır.