Anons

Bu gün, 00:59- Aktyordan Avropa rəsmilərinə müraciət: “İnsan hüquqları enerji maraqlarına qurban verilməməlidir”

Dünən, 00:58- “Toplum TV işi”: “İstəyirlər media, məhkəmə müstəqil olmasın”

20-07-2026, 00:56- Bəxtiyar Hacıyev: “Leyenin səfərindən sonra mənə və digər məhbuslara qarşı təzyiqlər artıb”

19-07-2026, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb

19-07-2026, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz

18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”

18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”

16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”

15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib

15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"

14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...

14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb

13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?

7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə

29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib

29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək

28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”

17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib

16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb

15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb

Haqqımızda Əlaqə

Davosa qədər irəliləyən “inkişaf”

Tarix:24-01-2018, 16:12 Baxış Sayı:180

Davosa qədər irəliləyən “inkişaf”

Əliyev dünyanı doğurdanmı avam hesab edir?

Azərbaycan xaqlına “YAPsayağı inkişaf” çox tanışdı. Hətta devalvasiya kosmik sürət alanda da, qiymətlər Everest zirvəsinə qalxanda da, ölkəmizin adı “qara siyahı”larda rəqs edəndə də, hakimiyyət bunu inkişaf kimi təqdim edir. Artıq öz yalanlarına o qədər inanıblar ki, dillərində “inkişaf himni” bitib. Hətta ölkə xaricində də bu eyforik vəziyyətdən çıxa bilmirlər. Statistik rəqəmlərinin üzə çıxardığı gerçəklikləri, beynəlxalq hesabatlardakı tənəzzül reytinqlərini də unudurlar.

Bugünlərdə ölkə başçısı İlham Əliyeb bir zənbil inkişafla Davosa yollanıb. Ölkə başçısı  Davos Dünya İqtisadi Forumu çərçivəsində “Strateji perspektivlər: Avrasiya” adlı panel müzakirələrdə çıxış edib və dünyaya gözəgörünməz uğurlarımızdan danışıb.

”Bir neçə il əvvəl əsas məqsədlərimizdən biri yoxsulluq və işsizliyi aradan qaldırmaq idi. Biz bu məqsədi uğurla icra etdik. Hazırda Azərbaycanda yoxsulluğun səviyyəsi 5,4 faizə düşüb, işsizlik 5 faizdir. Son 15 ildə əhalimiz 1,5 milyon artıb. Ötən il 177 yeni daimi iş yeri açılıb. Bu bizim siyasətimizi nümayiş etdirir. Biz islahatlar keçirdik və bu islahatlar əhali tərəfindən müsbət qəbul olunub. Azərbaycanda xüsusilə regional inkişafa xüsusi diqqət ayırmışıq. Hazırda regional inkişafla bağlı üçüncü proqram həyata keçiririk. Enerjin layihələrimiz bizim üçün və region üçün çox vacibdir. Bizim təşəbbüs etdiyimiz enerji layihələri regionun enerji xəritəsini dəyişib”- deyə İlham Əliyev bildirib.

Gördüyünüz kimi, vətəndaşə 130 manat minimum əməkhaqqı alan, dövlət büdcəsi xarici borcundan 3 dəfə az olan, 2.5 milyon insanın kredit borcu ödədiyi, korrupsiyanın tüğyan etdiyi, monopoliyaların hakim olduğu, yüzminlərlə insanın mühacirət etdiyi, günahsız insanalrın şərləndiyi ölkənin prezidenti uğurlu siyasətsən, inkişaf templərindən danışır. Hər həftə ölkədən xarici şirkətlər qaçır, ölkədə heç bir xarici dövlətin bank filialı fəaliyyət göstərmir. Çünki belə banklar aşağı faizlə kredit verə bilər və bu da monopolist məmurların qazancını azaldar. Belə bir şəraitdə xarici investroları ölkəyə çağırmaq, ölkədə sahibkarlara şərait yaradıldlığından dəm vurmaq absurddur.Hamı bilir ki, bu ölkədə sahibkarlara dəstək də tapşırıq əsasında həyata keçirilir və iri məmurlara bağlı olan sahibkarlara pay düşür.

Ən absurdu isə budur ki, Azərbaycandakı real vəziyyəti bilənlərə, Azərbaycandakı şəffaf idarəçilikdən danışılır.

Avropa məhkəməsi Azərbyacanla bağlı minlərlə qərar verib. Hüququ pozulan sahibkarların, jurnalsitlərin, siyasətçilərin, sadə vətəndaşların ah-naləsi dünaya yayıılıb, sosial şəbəkələr Azərbaycan reallığını hər gün dünyaya çatdırır və belə bir vəziyyətdə ölkə başçısı beynəlxalq forumda dünyaya yol göstərir.Bütün dünya bilir ki, Azərbyacan insanı Avropa ölkələrinin vətəndaşlığını almaq üçün min bir yola əl atır. Bütün dünya bilir ki, normal idarəçiliyin, islahatların olduğu ölkədə bir qrup məmur milyarderə çevrilə biləmz, offşor hesablarda həmin ölkənin rəhbərlərinin var-dövləti ola bilməz.

Müxtəsər, ölkə başçısı ölkədəki “inkişaf”ı  Davosa qədər aparsa da, hamı bunu tənəzzül kimi qarşıladı. Təbii ki, bu düşüncəylə, dünyanı avam təsəvvür etməklə ölkəni irəli aparmaq, hökumətin imicini yüksəltmək mümkün deyil.

скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL