Anons

Bu gün, 00:59- Aktyordan Avropa rəsmilərinə müraciət: “İnsan hüquqları enerji maraqlarına qurban verilməməlidir”

Dünən, 00:58- “Toplum TV işi”: “İstəyirlər media, məhkəmə müstəqil olmasın”

20-07-2026, 00:56- Bəxtiyar Hacıyev: “Leyenin səfərindən sonra mənə və digər məhbuslara qarşı təzyiqlər artıb”

19-07-2026, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb

19-07-2026, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz

18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”

18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”

16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”

15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib

15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"

14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...

14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb

13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?

7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə

29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib

29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək

28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”

17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib

16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb

15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb

Haqqımızda Əlaqə

İlham Əliyev hakimiyyəti Türkiyə ilə yaxın münasibətlərdən qaçır

Tarix:2-02-2018, 08:36 Baxış Sayı:161

İlham Əliyev hakimiyyəti Türkiyə ilə yaxın münasibətlərdən qaçır

Prezident İlham Əliyev fevralın 1-də Türkiyənin Əmək və Sosial müdafiə naziri Jülide Sarıeroğlunun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşündə deyib ki, “Azərbaycan-Türkiyə münasibətləri dünya miqyasında nümunəvi xarakter daşıyır.” Bu sözləri eşidən ilk anda insanın ağlına iki ölkə arasındakı viza məsələsi gəlir. Uzun illərdir Türkiyə tərəfindən birtərəfli qaydada ləğv ediən, Azərbaycan hökuməti tərəfindən indiyəcən ləğvinə qərar verilməyən viza məsələsi. Türkiyə Azərbaycan tərəfindən viza rejiminin ləğv edilməsi arzusunu dəfələrlə dilə gətirib. Bu istəyi keçən ilin dekabr ayında ölkənin İqtisadiyyat naziri Nihat Zeybekçi belə ifadə edib: “Qardaşlar arasında viza olarmı? Vizaları ləğv etdiyiniz anda turizmin necə inkişaf etdiyini görəcəksiniz. Milyonlarla Türkiyə vətəndaşı sizin ölkələrə axacaq. Turizm böyük iqtisadiyyat, böyük inkişaf deməkdir, pul deməkdir. Bu sahələrdə də razılığa gələcəyik, şübhəm yoxdur. Bir az səbrlə işləmək, addım-addım irəliləmək lazımdır”. Amma nazirin çağırışına Azərbaycan hökuməti tərəfindən heç bir reaksiya verilməyib və indiyə qədər də bu sahədə real addım atılacağına dair hər hansı fikir yoxdur. Əliyev hökuməti nədən Türkiyə ilə viza rejiminin aradan götürülməsindən qaçır? Problemin əsl səbəbləri nədədir? Bu suallara Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Gültəkin Hacıbəyli aydınlıq gətirir:
-Təbii ki, mövqelərdə ziddi ziddiyyət var və Azərbaycan prezidentinin fikirləri ilə Türkiyənin İqtisadiyyat nazirinin açıqlamaları bu ziddiyyəti açıq şəkildə ortaya qoyur. Türkiyəli nazirin bu israrı hətta diplomatik etiketin üzərindədir və onun fikirlərindən aydın görünür ki, Türkiyə vətəndaşlarının Azərbaycana viza ilə gəlişi qardaş ölkə rəhbərliyini qane etmir. Əslində, bu bizi də qane etmir və Azərbaycanın milli maraqlarına uyğun deyil. Türkiyə və Azərbaycan bir millətin iki dövlətidir və bütün obyektiv məqamları nəzərə alsaq belə, Türkiyə ilə Azərbaycan arasında birtərəfli qaydada viza rejiminin saxlanılmasının heç bir ciddi və məntiqi əsası ola bilməz. Ölkəmiz ağır iqtisadi böhran içindədir, lakin turizm sektoru inkişaf edə bilmir və inkişaf perspektivləri də zəifdir. Bu şəraitdə nazir Zeybəkçinin də qeyd etdiyi kimi, ölkəmizə daha çox Türkiyəli turistin gəlməsində maraqlı olmalıyıq. Türkiyə Azərbaycana ən həssas, ən doğma mənəvi bağlarla, eyni zamanda taleyüklü strateji maraqlarla bağlı olan dövlətdir, o baxımdan Türkiyədən Azərbaycana heç vaxt ziyan gəlməz. Azərbaycan hakimiyyəti öz viza siyasətini daha çox bir neçə məqamla əsaslandırmağa çalışır. Birinci arqument Türkiyədən Azərbaycana dini ekspansiyanın artması ehtimalıdır. Dövlət institutları öz vəzifələrini yetərincə icra edəcəkləri halda, belə bir təhlükə ciddi sayıla bilməz. İkinci məqam, Türkiyə ilə viza rejimi ləğv olunacağı halda, İranın eyni tələblə çıxış etməsilə bağlıdır. Təbii, İran da qonşu dövlətdir və biz ortaq mədəniyyətə və tarixə malik olduğumuz cənub qonşumuzla dostluq münasibətlərinin inkişafında maraqlıyıq. Ancaq Qarabağın işğalı faktına görə hətta Avropa Birliyi ilə konfrontasiyanı göz önünə alıb Ermənistanla sərhədlərini 24 ildir bağlı saxlayan Türkiyə və Rusiya ilə birlikdə Ermənistanın siyasi-iqtisadi mövcudluğunun əsas təminatçısı olan, Ermənistanın ən çətin günlərində ona ikinci nəfəs verən İranın istənilən müqayisəsi qüsurludur. Göründüyü kimi, hakimiyyətin sığındığı başlıca arqumentlərin ciddi əsası yoxdur. Bəs viza rejimi nədən qaldırılmır?! Azərbaycan siyasi rəhbərliyi bütün məsələlərdə olduğu kimi burada da dar hakimiyyət və biznes maraqlarından çıxış edir. İlk öncə, mahiyyət etibarilə milli olmayan Azərbaycan hakimiyyəti hətta Ərdoğan iqtidarı ilə çox yaxın və dərin əlaqələri olsa belə, Türkiyəyə heç vaxt tam güvənmir, Türkiyə cəmiyyəti və xalqı ilə həmişə məsafə saxlamaqda maraqlıdır. Çünki Azərbaycan xalqının Türkiyəyə olan gerçək həssaslığını bilir və Türkiyənin xalqımıza potensial təsir imkanlarından ehtiyatlanır. Buna görə də Türkiyə ilə münasibətlərində səmimi deyil. İkinci səbəb isə daha bəsitdir. Türkiyə vətəndaşları Azərbaycana gəlmək üçün Türkiyədəki konsulluq idarələrimizdən viza almaq məcburiyyətindədirlər. Azərbaycana gələn türklərin sayını nəzərə alsaq, kifayət qədər böyük bir gəlir mənbəyindən söhbət getdiyi bəlli olacaq. Və Azərbaycan tərəfi sözsüz ki, korrupsiya elementinin də daxil olduğu bu gəliri itirmək istəmir. Bundan əlavə, Azərbaycan iqtisadiyyatının ən işlək mexanizmi olan korrupsiya və monopoliya rejimi daha öncədən Azərbaycanda fəaliyyət göstərən türk iş adamlarını əksəriyyət etibarilə ölkədən didərgin salıb. Siyasi idarəetmə sahəsində problemləri olsa da, açıq bazar iqtisadiyyatı və sərbəst rəqabət üzərində bərqərar olan Türkiyə iqtisadiyyatı Azərbaycan hakimiyyəti üçün təhlükə mənbəyidir və bu nümunədən mümkün qədər məsafə saxlamağa çalışırlar.

скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL