Anons

Bu gün, 00:59- Aktyordan Avropa rəsmilərinə müraciət: “İnsan hüquqları enerji maraqlarına qurban verilməməlidir”

Dünən, 00:58- “Toplum TV işi”: “İstəyirlər media, məhkəmə müstəqil olmasın”

20-07-2026, 00:56- Bəxtiyar Hacıyev: “Leyenin səfərindən sonra mənə və digər məhbuslara qarşı təzyiqlər artıb”

19-07-2026, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb

19-07-2026, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz

18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”

18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”

16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”

15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib

15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"

14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...

14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb

13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?

7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə

29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib

29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək

28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”

17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib

16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb

15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb

Haqqımızda Əlaqə

Hamı namizəd olsun

Tarix:2-02-2018, 14:06 Baxış Sayı:172

Hamı namizəd olsun

Bu il Azərbaycanda prezident seçkiləri keçiriləcək. Əlbəttə, Azərbaycan xalqı üçün çoxdandır ki, seçki rəhmətə gedib. Hamı bilir ki, İo Kio babalar sehirli xalatı geyinib, seçki qutusundan “sürpriz” çıxaracaq. Ona görə də xalq seçkiləri boykot edib, yalnız karusellər hesabına seçki məntəqələrinin qarşısında süni kütləvilik yaradılır. Son dövrlər isə seçki saxtakarlığı daha asan ifşa olunur. Anındaca topa bülletenlərin qutuya atılması, məntəqə sədrlərinin saxtakarlıq canfəşanlıqları telefona çəkilir və sosial şəbəkələrdə yerləşdirilir. Yəni, seçici getdikcə daha çox və əyani şəkildə əmin olur ki, ölkədə keçirilən seçkilər sadəcə imitasiyadı.

Artıq məlum olduğu kimi hakim partiyanın namizədi bu il də İlham Əliyev olacaq. Bu il də müsbətə doğru heç bir addım atılmayıb, hakimiyyətin mahiyyəti dəyişməyib, keçmiş seçkilərdəki ifşalardan dərs çıxarılmayıb.  Amma bir həqiqət də var ki, seçkiyə  könüllü gedən adamlar müxalifət namizədinə səs verir. Hətta kütləvi saxtakarlıqdan sonra da Milli Şuranın  vahid namizədi Cəmil Həsənlinin 200 mindən artıq səs aldığını etiraf etdilər. Bugünə qədər keçirilən seçki prosesləri və onların nəticələri göstərir ki, bu ölkədə seçkiyə getmək əsas şərt deyil. Seçkidə kimə səs verməyin də əhəmiyyəti yoxdur. Əsas olan səs verdiyin namizədin arxasında dayanmaqdı. Daha doğrusu verdiyin səsin arxasında dayanmaqdı. Bir halda ki, hökumət seçki “ənənə”lərini dəyişmir, o zaman xalq seçmək ənənəsini dəyişməlidir. Yəni, məntəqədə seçki qutusuna atdığı bülleteni, meydanda da varlığı ilə təsdiqləməlidir.

Bir sözlə, ölkənin gələcəyi üçün, dövlətin maraqları naminə hər bir vətəndaş namizədliyini verməlidir. Prezidentliyə yox, səsinə sahib çıxmağa namizəd olmalıdır. Bəli, xalq da haqqını alana qədər meydanlara namizəd olmalıdır, susmamağa namizəd olmalıdır, əsl vətəndaşlığa namizəd olmalıdır.

Əgər xalqın seçib-seçilmək haqqı əlindən alınıbsa, deməli əlində heç nəyi qalmayıb. Həqiqətən də hakimiyyətin mənbəyi olmaq istəyiriksə, xalq olmağı bacarmalıyıq. Unutmayaq ki, seçki qutusuna atılan saxta səslər həm də taleyimizn qutusuna atılan bombalardı. Biz seçməyi bacarmalıyıq ki, bir qrup adam bizi istədiyi seçim qarşısında qoya bilməsin. Səsimizin arxasında durmasaq, önümüzdə divar kimi durmağa davam edəcəklər.

скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL