Anons

Bu gün, 00:59- Aktyordan Avropa rəsmilərinə müraciət: “İnsan hüquqları enerji maraqlarına qurban verilməməlidir”

Dünən, 00:58- “Toplum TV işi”: “İstəyirlər media, məhkəmə müstəqil olmasın”

20-07-2026, 00:56- Bəxtiyar Hacıyev: “Leyenin səfərindən sonra mənə və digər məhbuslara qarşı təzyiqlər artıb”

19-07-2026, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb

19-07-2026, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz

18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”

18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”

16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”

15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib

15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"

14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...

14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb

13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?

7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə

29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib

29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək

28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”

17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib

16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb

15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb

Haqqımızda Əlaqə

Azərbaycanın partiya sədrlərinin İrana dəvət edilməsinin səbəbi...

Tarix:13-02-2018, 10:32 Baxış Sayı:137

Azərbaycanın partiya sədrlərinin İrana dəvət edilməsinin səbəbi...

Kənan Rövşənoğlu: “Burada olduğum müddətdə şahidi oldum ki... ”

İranın Azərbaycandakı səfiri Cavad Cahangirzadə bir sıra yerli siyasi, ictimai xadim və jurnalistin, o cümlədən Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu, Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyevin İrana səfərini təşkil edib.

ADP-nin mətbuat xidməti məlumat yayaraq bildirib ki, səfərdə məqsəd İran İslam İnqilabının 39-cu ildönümü münasibətilə 10-13 fevral tarixlərində Tehranda keçirilən bayram tədbirlərində iştirak etməkdir. Səfər çərçivəsində eyni zamanda İran İslam Respublikasının siyasi təmsilçiləri ilə və dövlət televiziyasında görüşlər də nəzərdə tutulub. Səfər 13 fevral tarixində başa çatacaq.

Qeyd etdiyimiz kimi, VİP sədri, prezidentliyə namizədliyi bu partiya tərəfindən irəli sürülən Əli Əliyev də fevralın 10-dan Tehranda səfərdədir. Partiyanın mətbuat xidmətinin məlumatına görə, Əli Əliyevin bir neçə gün davam edəcək səfəri çərçivəsində İran prezidenti Həsən Ruhani, parlamentin türk əsilli deputatları və siyasi dairələrin təmsilçiləri ilə də görüşü nəzərdə tutulub.

“Yeni Müsavat”ın əməkdaşı Kənan Rövşənoğlu da İran İslam İnqilabının 39-cu ildönümü münasibətilə İrana dəvət olunub. Əməkdaşımız səfərlə bağlı təəssüratlarını bölüşüb:

Kənan Rövşənoğlu ile ilgili görsel sonucu

“Bildiyim qədər İran hər il bu cür tədbir həyata keçirir. Yəni İran hökuməti müsəlman və müsəlman olmayan ölkələrdəki müsəlman icmaları, təşkilatlarında İslam İnqilabını tanımaq, təbliğ etmək, nəticələrini göstərmək üçün belə bir tədbirlər təşkil edirlər.

Bildiyiniz kimi, İran İslam İnqilabı, ümumiyyətlə, müsəlman aləmində hələ ki qalıcı olan yeganə məqsədinə nail olmuş inqilabdır. Digər müsəlman ölkələrində dini inqilablar olub. Lakin onlar ya qalib gəlməyib, ya da ki, qalib gəlsə davam gətirə bilməyiblər.

Burada olduğum müddətdə şahidi oldum ki, dünyanın bir sıra müxtəlif ölkələrindən çoxlu jurnalistlər, ictimaiyyət nümayəndələr, dini sahədə çalışan alimlər, araşdırmaçılar, din xadimləri iştirak edir. Bu cür tədbirlər həm də sanki İranın tanıtım proqramıdır. Bildiyiniz kimi, İran Qərbin ciddi sanksiyalarına məruz qalıb, sıxışdırılır, insan haqları ilə bağlı ittihamlar var. İran bu ittihamlardan xilas olmaq, həm də əksini sübut etmək, vəziyyətin deyildiyi qədər dramatik olmadığını göstərmək üçün bu cür tədbirləri təşkil edir. Burada Rusiyadan, Gürcüstandan, Türkiyədən, Suriyadan, Avropa, Yaxın Şərq ölkələrindən dəvətlər olduğunu gördüm. Onlar arasında müxtəlif peşə sahibləri, o cümlədən həkimlər, diplomatlar da var.

Azərbaycandan gələn nümayəndələr arasında isə İslam Partiyası sədri və partiyanın nümayəndələri, o cümlədən partiyanın sabiq lideri Hacıağa Nurini gördüm, görüşdük".

Xatırladaq ki, fevralın 11-də İranda 1979-cu ildə baş vermiş İslam İnqilabının 39-cu ildönümü qeyd olunub. Belə ki, 39 il öncə monarxiya devrilib və ölkə İslam dövləti elan edilib.

Əvvəlki illərdən fərqli olaraq bu il İran tərəfi Azərbaycandan olan qonaqların Tehranda bayram tədbirlərində iştirakına maraq göstərib.

скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL