Anons

Bu gün, 00:59- Aktyordan Avropa rəsmilərinə müraciət: “İnsan hüquqları enerji maraqlarına qurban verilməməlidir”

Dünən, 00:58- “Toplum TV işi”: “İstəyirlər media, məhkəmə müstəqil olmasın”

20-07-2026, 00:56- Bəxtiyar Hacıyev: “Leyenin səfərindən sonra mənə və digər məhbuslara qarşı təzyiqlər artıb”

19-07-2026, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb

19-07-2026, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz

18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”

18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”

16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”

15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib

15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"

14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...

14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb

13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?

7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə

29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib

29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək

28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”

17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib

16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb

15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb

Haqqımızda Əlaqə

30 il əvvəl Qarabağ uğrunda mübarizəni tələbələr başladı

Tarix:19-02-2018, 14:35 Baxış Sayı:153

30 il əvvəl Qarabağ uğrunda mübarizəni tələbələr başladı

AXCP sədri Əli Kərimli növbəti feysbuk statusunda 30 il əvvəl tələbələrin Qarabağ uğrunda mübarizəyə məhz bu gün başlamalarından yazıb:

“Bu gün tarixi bir gündür. Tam 30 il bundan öncə 19 fevralda Bakıda ilk yürüş-mitinqimizi keçirdik. Bakı Dövlət Universitetində gizli fəaliyyət göstərən “Yurd” birliyi fəallarının təşkilatçılığı ilə minlərlə tələbə auditoriyalara girməkdən imtina edib, “Qarabağ” tələbilə yürüşə başlamışdı. İnşaat və Politexnik institutlarının (o zaman belə adlanırdılar) tələbələri də yürüşə qatılmışdılar. Erməni separatizmi yenidən aktivləşmiş, Qarabağı Azərbaycandan almaq niyyətilə bir neçə təşkilat yaratmışdılar. Xankəndi və Yerevanda Qarabağ tələbilə ilk mitinqlərini keçirmişdilər, Ermənistanda yaşayan azərbaycanlıların artıq bir neçə min nəfəri zorakılıqla öz ev-eşiklərindən qovulmuşdular. Məhz belə bir məqamda Bakıda “Qarabağ!” tələbilə tələbələrin ilk yürüş-mitinqi keçirildi.
Beləliklə, tam 30 ildir ki, ölkəmizdə “Qarabağ!”, “Azərbaycan!”, “Azadlıq!” hayqıran vətənpərvərlərin nəsibi küçə və meydanlarda polis dəyənəyilə üzləşmək, savaşa gedib şəhid olmaq, qazi, veteran olub, sonra da maddi məhrumiyyətlər içində ömür sürmək, həbs olunmaq, döyülmək, işsiz və pulsuz qalmaq, ölkədən didərgin düşməkdir. Qarabağ, Vətən, millət vecinə olmayan fərarilər isə hər zaman yüksək vəzifələrdə, alverdədirlər. Müstəqil də olduq, bir şey dəyişmədi. 25-30 il bundan qabaq Moskva qarşısında ləbbeyk, baş üstə deyib müstəqilliyə də, Qarabağa da arxa çevirənlər bu gün də Moskvanın himayəsinə sığınıb, milləti çapıb talayır, ölkənin vətənpərvər insanlarına izahedilməz bir hikkə ilə nifrət edirlər.

Xalqımız bu dəhşətli ədalətsizliyә son qoymalıdır. Unutmayın ki, ədaləti bu dünyada bərqərar etmək insanın, millətin öz vəzifəsidir”.

скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL