Anons

Bu gün, 00:59- Aktyordan Avropa rəsmilərinə müraciət: “İnsan hüquqları enerji maraqlarına qurban verilməməlidir”

Dünən, 00:58- “Toplum TV işi”: “İstəyirlər media, məhkəmə müstəqil olmasın”

20-07-2026, 00:56- Bəxtiyar Hacıyev: “Leyenin səfərindən sonra mənə və digər məhbuslara qarşı təzyiqlər artıb”

19-07-2026, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb

19-07-2026, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz

18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”

18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”

16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”

15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib

15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"

14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...

14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb

13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?

7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə

29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib

29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək

28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”

17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib

16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb

15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb

Haqqımızda Əlaqə

Siyasətə qarışdırılanlar

Tarix:21-02-2018, 15:20 Baxış Sayı:168

Siyasətə qarışdırılanlar

Fevralın 20-də YAP Binəqədi rayon təşkilatının inzibati binasında Ağsaqqallar Şurasının konfransı keçirilib.

“İca Hakimiyyətindən verilən məlumata görə, konfransda Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov, Rayon İcra Hakimiyyəti başçısının birinci müavini İlqar Süleymanov, RİH başçısının müavini Vüsar İsmayılov, Binəqədi Rayon Ağsaqqallar Şurasının sədri Akif Rəfiyev, YAP Binəqədi Rayon Təşkilatının sədri Ramiz Göyüşov, Binəqədi Rayon Məhkəməsinin sədri Araz Kazımov, Binəqədi Rayon Polis İdarəsinin rəisi Namiq İsmayılov, Binəqədi Rayon Prokuroru Nazim İmanov, Aparatın şöbə müdirləri, Ağsaqqallar şurasının üzvləri, BRİH başçısı yanında İctimai Şuranın üzvləri, ictimai birliklərin rayon şöbələrinin rəhbərləri və ASAN könüllüləri iştirak edib”.

Alışdığımız, AzTV-lərdən eşitdiyimiz gündəlik xəbərlərdəndir. Növbədənkənar prezident seçkisi qərarından sonra bu tip informasiyalar daha çox eşidiləcək, eşidilməkdədir. Bu tədbir də seçkiyə hesablanmış yığıncaqdır. Elə yığıncağın sonunda icra başçısının səsləndirdiyi sözlər tədbirin mahiyyətini, məqsədini ortaya qoyur: “…Heydər Əliyev yolunun prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir ki, Azərbaycan inkişaf edir, ölkədə sabitlik mövcuddur. Xalqımızın dəstəyi ilə İlham Əliyev hələ uzun müddət bu uğurlu yolu davam etdirəcək”.

Təəccüblü heç nə yoxdur. İlham Əliyevin təyin etdiyi kadr başqa necə danışa bilər. Maraqlısı hakimiyyətin müstəqil qollarından biri olan məhkəmənin siyasətə qarışmasıdır, polisin siyasətə burun soxmasıdır. Həmin tədbirdə Binəqədi Rayon Məhkəməsinin sədri Araz Kazımov da iştirak edib. Ancaq mantiya geyinməyib. Niyəsini özü daha yaxşı bilər; həm mantiya geyinməməyinin, həm də tədbirdə iştirakının. Lap tutaq ki, başqa heç bir məqsəd yoxdur və həqiqətən Ağsaqqallar Şurasının yığıncağıdır. Məhkəmənin sədrinə, rayon prokuroruna, polis rəisinə bunun nə dəxli var? Bəs qəbul etdiyiniz qanunlar, onlar kimin üçündür? Xalqı siyasətdən uzaq tutmağa çalışır, əvəzində siyasətə qarışmamalı adamları çirkaba batırırsız.

ASAN könüllüləri niyə könüllərindən keçmədiyi halda ora yığımısız? Ölkədə o qədər qarmaqarışıqlıq, başıpozuqluqdur ki, nəyi necə etməyi belə unudurlar. Kimin ağlına nə gəlirsə, yeni, kreativ ideya kimi təqdim edir. Başa çıxarılanlar da o qədər dayaz, düşüncəsizdirlər ki, belə təkliflərin fərqində belə deyillər. Başlıcası kütləvilik olsun, əl çalanların, baş əyənlərin sayı artsın. Başa düşdük, könüllülər ordusu yaratmısız, heç bir dəyər vermədiyiniz, problemlərini həll etmədiyiniz, taleyin və ailələrinin ümidinə buraxdığınız gəncliyə qayğı görüntüsü yaratmaq istəyirsiniz, ancaq bu “qayğı” onların özgürlüyündən yox, kimlərəsə yarınmasından, yaltaqlanmasından, əyilməsindən keçməlidir.

Dünya dəyişsə də YAP dəyişmir…

скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL