Bu gün, 00:59- Aktyordan Avropa rəsmilərinə müraciət: “İnsan hüquqları enerji maraqlarına qurban verilməməlidir”
Dünən, 00:58- “Toplum TV işi”: “İstəyirlər media, məhkəmə müstəqil olmasın”
20-07-2026, 00:56- Bəxtiyar Hacıyev: “Leyenin səfərindən sonra mənə və digər məhbuslara qarşı təzyiqlər artıb”
19-07-2026, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb
19-07-2026, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz
18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”
18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”
16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”
15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib
15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"
14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...
14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb
13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?
7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə
29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib
29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək
28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”
17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib
16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb
15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb
Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Türkiyənin TRT WORLD kanalına geniş müsahibə verib.
Prezidentin köməkçisi "Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli, azərbaycanlı əsir və girovların azad edilməsi məsələsində Ermənistanın Azərbaycanla və beynəlxalq təşkilatlarla danışıqlar aparmaq və işləmək niyyəti varmı" sualına cavabda bildirib ki, Ermənistan artıq 30 ilə yaxındır Azərbaycan torpaqlarının 20 faizini işğal altında saxlayır. İşğal nəticəsində bir milyondan çox azərbaycanlı öz doğma yurd-yuvasından didərgin salınaraq qaçqın və məcburi köçkün həyatı yaşayır. BMT Təhlükəsizlik Şurası işğala son qoyulması, Ermənistan ordusunun Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxarılması, qaçqın və köçkünlərin doğma yurdlarına qayıtması barədə 4 qətnamə qəbul edib. Digər beynəlxalq təşkilatların da bu cür qərar və qətnamələri var. Lakin Ermənistan beynəlxalq qurumların qərar və qətnamələrinə məhəl qoymur, Azərbaycanın torpaqlarını işğal altında saxlamaqda davam edir. Bunun da səbəbi beynəlxalq aləmdə mövcud olan ikili standartlardır. Ermənistan bu ikili standartlardan istifadə edərək beynəlxalq təşkilatların, o cümlədən bu münaqişənin həlli ilə birbaşa məşğul olan ATƏT-in Minsk qrupunun qərarlarına əməl etmir. Münaqişənin sülh yolu ilə həllinə dair Azərbaycanın dəyişməz mövqeyi ondan ibarətdir ki, ölkənin ərazi bütövlüyü bərpa olunmalı, qaçqınlar və məcburi köçkünlər öz doğma yurdlarına qayıtmalıdırlar. Əsir və girovlarla bağlı məsələyə gəldikdə, deməliyəm ki, minlərlə azərbaycanlı hələ də Ermənistanda əsirlikdədir. Azərbaycan bütün əsirləri qaytarsa da, Ermənistan azərbaycanlı əsir və girovları qaytarmaq istəmir. Ermənistan bu məsələdə də beynəlxalq təşkilatların tələblərinə əməl etmir.
Müxbirin, "cəbhə xəttində atəşkəsin tez-tez pozulduğunu, 2016-cı ilin apreldə də hərbi qarşıdurmanın və həmin döyüşlərdə Azərbaycan ordusunun uğurlu əməliyyatlarının şahidi olduğumuzu, Ermənistan hakimiyyətinin danışıqlar prosesindən boyun qaçırdığını nəzərə alsaq, yeni hərbi qarşıdurmanın başlanması təhlükəsi ehtimalı barədə nə deyə bilərsiniz" sualını cavablandıran Prezidentin köməkçisi bildirib ki, qoşunların təmas xəttində hər an qarşıdurma baş verə və bu da hər an müharibəyə çevrilə bilər. Ermənistan hər gün atəşkəsi pozur, işğal etdiyi yüksəkliklərdən kəndlərimizi, dinc sakinlərimizi atəşə tutur. 2016-cı ilin aprelində də belə oldu. Ermənistan ordusu strateji yüksəkliklərdən yaxınlıqdakı kəndləri atəşə tutdu. Azərbaycan Ordusu məcbur olub əks-hücuma keçdi və böyük uğur qazandı. İnsanlar öz doğma torpaqlarına, ata-baba yurdlarına qayıtmaq istəyirlər. Əgər sülh danışıqları nəticə verməsə, Azərbaycan dövləti öz ərazilərini azad etmək üçün bütün vasitələrdən istifadə edəcək. Azərbaycan Ordusu buna tam hazırdır. Aprel döyüşləri ordumuzun gücünü göstərdi. Təəssüflər olsun ki, Azərbaycana qarşı bu savaşı təkcə Ermənistan həyata keçirmir, bunun arxasında həm də çox güclü erməni lobbisi, həmçinin bəzi beynəlxalq güclər, erməni lobbisi tərəfindən maliyyələşdirilən dairələr, siyasətçilər dayanırlar.