Anons

Bu gün, 00:59- Aktyordan Avropa rəsmilərinə müraciət: “İnsan hüquqları enerji maraqlarına qurban verilməməlidir”

Dünən, 00:58- “Toplum TV işi”: “İstəyirlər media, məhkəmə müstəqil olmasın”

20-07-2026, 00:56- Bəxtiyar Hacıyev: “Leyenin səfərindən sonra mənə və digər məhbuslara qarşı təzyiqlər artıb”

19-07-2026, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb

19-07-2026, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz

18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”

18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”

16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”

15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib

15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"

14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...

14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb

13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?

7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə

29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib

29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək

28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”

17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib

16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb

15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb

Haqqımızda Əlaqə

Əfqan Muxtarlı: ‘Məni İlham Əliyev həbs etdirib’

Tarix:2-03-2018, 14:47 Baxış Sayı:158

Əfqan Muxtarlı: ‘Məni İlham Əliyev həbs etdirib’

«Mən istər Azərbaycanda olanda, istərsə də Gürcüstanda yaşadığım müddətdə Əliyevlərin korrupsiyası barədə silsilə jurnalist araşdırmalarım olub. Məhz həmin araşdırmalara görə də cəzalandırılmışam…», – həbsdə olan jurnalist Əfqan Muxtarlının sözləridir.

Martın 2-də Şəki Apellyasiya Məhkəməsində Ə.Muxtarlının apellyasiya şikayəti üzrə məhkəmə iclası keçirilib. Şikayət Ə.Muxtarlının 6 il azadlıqdan məhrum edilməsinə dair Balakən Rayon Məhkəməsində çıxarılmış hökmdən verilib.

Rəfael Əliyevin sədrlik etdiyi hakimlər kollegiyası jurnalistin şikayətinə qismən məhkəmə istintaqı aparılmaqla baxılmasına qərar verdiyindən, bugünkü məhkəmədə Ə.Muxtarlının özünə də ifadə vermək imkanı yaranıb. O, birinci instansiya məhkəməsindəki qədər geniş ifadə verməsə də, necə tutulması və həbsinin səbəbləri haqda qısa danışıb: «Məni Gürcüstandan oğurlayıb gətiriblər. Azərbaycan hökuməti bu işi həyata keçirməmişdən əvvəl təbii ki, Gürcüstan tərəfi ilə razılaşıb. Bizimkilər məni oğurlayıb gətirməyə razılıq almaqdan ötrü onları inandırmışdılar ki, bu iş xırda məsələdir. Hadisədən sonra Gürcüstan başa düşdü ki, xırda məsələ deyilmiş. Gürcüstan mənimlə bağlı məsələyə görə beynəlxalq təzyiqlərlə üzləşdi, cavab verməli oldu. Məsələ o qədər böyüdü ki, Gürcüstanın prezidenti mənim oğurlanmağımla əlaqədar iki dəfə bəyanat verməli oldu, orada cinayət işi başlandı…».

Konkret faktları cəmiyyətə açıqlamışam»

Ə.Muxtarlı həbsinin səbəblərindən danışarkən deyib ki, onun cəzalandırılması haqda göstəriş birbaşa prezidentdən gəlib. Onun sözlərinə görə, səbəb də Əliyevlər ailəsi haqda silsilə araşdırmalardır: «Mən Silahlı Qüvvələrə ayrılan vəsaitlərin yeyilməsi, Əliyevlərin Göygölü zəbt etmələri, oradakı villaları, bu ailənin Gürcüstandakı biznes fəaliyyəti haqda silsilə araşdırmalar aparmışam, konkret faktları, sübutları cəmiyyətə açıqlamışam. Ona görə də şəxsən İlham Əliyevin göstərişi ilə həbs olunmuşam…».

Bu cinayət işində Qafur Məmmədov adlı zərərçəkmiş də var. İttihamda yazılıb ki, Ə.Muxtarlı Azərbaycan-Gürcüstan sərhədini Balakən rayonu ərazisində qanunsuz keçərkən ona mane olmaq istəyən bu hərbçini vurub.

Martın 2-də keçirilən məhkəməyə Q.Məmmədov gəlməmişdi. Zərərçəkmişin dindirilməsi vacib sayan məhkəmə heyəti prosesi martın 14-nə saxlayıb.

 

скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL