Anons

Bu gün, 00:59- Aktyordan Avropa rəsmilərinə müraciət: “İnsan hüquqları enerji maraqlarına qurban verilməməlidir”

Dünən, 00:58- “Toplum TV işi”: “İstəyirlər media, məhkəmə müstəqil olmasın”

20-07-2026, 00:56- Bəxtiyar Hacıyev: “Leyenin səfərindən sonra mənə və digər məhbuslara qarşı təzyiqlər artıb”

19-07-2026, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb

19-07-2026, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz

18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”

18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”

16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”

15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib

15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"

14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...

14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb

13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?

7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə

29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib

29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək

28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”

17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib

16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb

15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb

Haqqımızda Əlaqə

Qarabağ danışıqları yenə Serj Sərkisyanla aparılacaq?

Tarix:6-03-2018, 10:52 Baxış Sayı:161

Qarabağ danışıqları yenə Serj Sərkisyanla aparılacaq?

Politoloq: “Onun baş nazir seçiləcəyi hələ dəqiq deyil”

Ötən həftə martın 2-də Ermənistanda parlament ölkənin yeni prezidentini seçdi. Hakim Respublika Partiyasının namizədi Armen Sarksiyan Ermənistanın yeni prezidenti seçilib.

Ermənistanda son konstitusiya dəyişikliyinə əsasən, prezident əsasən mərasim funksiyalarını həyata keçirən, real icraedici funksiyaların olmadığı şəxs sayılacaq. Real hakimiyyət isə baş nazir və parlament arasında bölüşdürələcək. Buradan da görünür ki, Ermənistanda yeni prezidentin seçilməsi formaldır.

Ermənistanda idarəçilik sistemində dəyişikliklər 2 apreldən sonra tətbiq ediləcək. Aprelin 2-də Milli Məclis hökuməti və baş naziri seçəcək.

İndiyə qədər yüksək səviyyədə aparılan Dağlıq Qarabağ danışıqlarında məlumdur ki, Azərbaycanı və Ermənistanı prezidentlər təmsil edib. 2 aprel seçkisindən sonra Qarabağ danışıqlarının Ermənistanın baş naziri, yoxsa prezidenti ilə aparılacağı günün aktual suallarındandır. Nəzərə çatdıraq ki, Serj Sərkisyanın baş nazir iddiası var.

Politoloq Qabil Hüseynli öncə bildirdi ki, Serj Sərkisyan baş nazir olmaq üçün çalışsa da onun baş nazir seçiləcəyi hələ dəqiq deyil. Çünki Serj Sərkisyanın sədrlik etdiyi Respublika Partiyasının parlamentdəki yerlərinin sayı baş nazir seçmək üçün kifayət deyil. Ona görə də Serj Sərkisyan gərək parlamentdəki digər partiyalardan biri ili koalisiya qurmalıdır: “Üstəlik də bir neçə ay öncə Serj Sərkisyanın bəyanatı olmuşdu ki, o, nə prezident, nə də baş nazir postuna iddia etmir. İndi fikrini dəyişibsə və baş nazir olmaq istəyirsə güman ki, bu baş verəcək. O da mümkündür ki, yeni baş nazir yenə də Karen Karapetyan (hazırda baş nazirdir-red.) olsun. Mən hələ də ehtimal edirəm ki, Karen Karapetyan baş nazir olaraq qala bilər. Onun arxasında Rusiya dayanır. 2 apreldən sonra yüksək səviyyəli Dağlıq Qarabağ danışıqlarının Ermənistanın prezidenti, yoxsa baş naziri ilə aparılacağına gəlincə, Ermənistan parlamentli respublika üsul-idarəçiliyinə keçib ona görə də prezidentin əvvəlki səlahiyyətlərinin böyük hissəsi baş nazirə keçir, baş nazir ölkədə icra hakimiyyətinin başçısı və Təhlükəsizlik şurasının sədri olur. Bütün bunlar isə o deməkdir ki, Qarabağ danışıqlarında Ermənistanın prezidenti yox, baş naziri iştirak edəcək. Əgər Serj Sərkisyan baş nazir seçilərsə, Azərbaycan danışıqları yenə də onunla aparmalı olacaq. İstər Serj Sərkisyan olsun, istər başqası, baş nazir kim olsa danışıqlar onunla aparılacaq.  

Yeni konstitusiyaya görə, Ermənistan prezidentinin danışıqlarda iştirak etmək səlahiyyəti faktiki olaraq yoxdur. Prezident hətta Təhlükəsizlik şurasının üzvü belə deyil. Baş nazirin aparacağı danışıqların istiqaməti də müəyyən mənada parlamentdən asılı olacaq. Çünki Ermənistanda əsas qərarverici struktur parlament olacaq”.

Politoloq hesab edir ki, Ermənistanın baş naziri S.Sərkisyan yox, Qarabağ müharibəsinin iştirakçısı olmayan bir şəxs, məsələn, Karen Karapetyan olarsa danışıqlar prosesində müəyyən qədər yumşalma olması mümkündür. Serj Sərkisyandan fərqli olaraq Karapetyan nisbətən loyal mövqe nümayiş etdirə bilər.

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov isə modern.az-a deyib ki, Ermənistanda yeni prezidentin seçilməsinə baxmayaraq heç nə dəyişilməyib. Onlar ənənəvi siyasətindən istifadə edib faktiki Serj Sarkisyan hakimiyyətinin saxlanılması üçün məcburi şəkildə əllərindən gələni edərək gözə kül üfürmək üçün konstitusional “islahatlar” düzəldiblər. Bu konstitusional reformlar əsasında parlament tərəfindən yeni müəyyən olunmuş prezident hansısa böyük səlahiyyətlərə malik olmayacaq. Bütün səlahiyyətlər baş nazirə keçir. Ermənistanda kimin baş nazir olacağı isə aydındır. Bu köhnə prezident Serj Sərkisyandır.

скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL