Bu gün, 00:59- Aktyordan Avropa rəsmilərinə müraciət: “İnsan hüquqları enerji maraqlarına qurban verilməməlidir”
Dünən, 00:58- “Toplum TV işi”: “İstəyirlər media, məhkəmə müstəqil olmasın”
20-07-2026, 00:56- Bəxtiyar Hacıyev: “Leyenin səfərindən sonra mənə və digər məhbuslara qarşı təzyiqlər artıb”
19-07-2026, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb
19-07-2026, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz
18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”
18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”
16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”
15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib
15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"
14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...
14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb
13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?
7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə
29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib
29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək
28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”
17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib
16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb
15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb
Politoloqdan maraqlı şərh: “Ona qarşı sərt mövqe sərgiləmək...”
Martın 11-də Gürcüstanın baş naziri Georgi Kvirikaşvili Azərbaycana səfərə gəlməli idi. Onun Bakıda keçirəcəyi bir sıra rəsmi görüşlərdə Azərbaycan və Gürcüstanın birgə iştirakı ilə regionda həyata keçirilən layihələr, regional təhlükəsizlik, ikitərəfli münasibətlərin inkişaf perspektivlərinin müzakirə ediləcəyi gözlənilirdi.
Gürcü baş nazirin Bakı səfəri bir sıra müzakirələr yaradıb. Buna səbəb də son günlərdə Gürcüstan hökumətinin ermənilərlə yaxınlaşması və bu yöndə Azərbaycan, Türkiyə kimi özünə yaxın hesab etdiyi ölkələrə saymamazlıq etməsidir. Fevralın 26-da Gürcüstan prezidenti Georgi Marqvelaşvilinin Borçalıda Xocalı soyqırımı qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad eləməkdən imtina etməsi və bunun ardınca İrəvana səfər edən gürcü baş nazirin qondarma “erməni soyqırımı” abidəsini ziyarət edərək əklil qoyması, Ermənistanı “dost ölkə” adlandırması ciddi narazılıq doğurub.
Bu müzakirələrin getdiyi bir vaxtda martın 9-da Gürcüstanın müdafiə naziri Levan İzorianın, ardınca da baş nazirin ölkəmizə gəlişi bəzi suallara yol açıb. Belə fikirlər var ki, Gürcüstan hökuməti buraxdığı səhvin fərqindədir və bir növ “könül almaq” istəyir.

Politoloq Nəzakət Məmmədova Gürcüstanla Ermənistan arasındakı yaxınlığa səbəb olan bir neçə vacib məqama toxundu: “Məsələn, ticarət dövriyyəsi son ildə 24 faiz artıb. Düşünürəm ki, ilk növbədə Ermənistanın Avropa Birliyi ilə tərəfdaşlıq sazişi bağlamasının bu məsələlərə böyük təsiri olub. Ermənistanın müəyyən imkanları yaranıb ki, məsələn, Gürcüstana özünün İranla sərhəddə yaratdığı azad ticarət zonasından istifadə təklif etsin. Bununla da Gürcüstan öz məhsullarını İrana ixrac edə bilər. Son dövrlərdə yeni geosiyasi reallıqlar meydana çıxıb. Bu, Ermənistanın müəyyən qədər Avropa ilə yaxınlaşması, Gürcüstanın isə Rusiyaya qarşı əvvəlki kimi düşmənçilik mövqe tutmaması, İran üzərindən sanksiyaların götürülməsi, Türkiyənin Qərbdən uzaqlaşıb Rusiya ilə yaxınlaşması şəklində təzahür edir. Bütün bunların nəticəsində ayrı-ayrı geosiyasi güc mərkəzlərinin təsirində olan Ermənistan və Gürcüstanın da yaxınlaşması labüd olub. Ermənistanın Avropa Birliyi ilə saziş imzalaması Qafqazın ən Qərbpərəst dövləti kimi Gürcüstanın ona meyllənməsinə şərait yaradır”.
Politoloqa görə, Gürcüstanın hazırkı iqtidarı artıq birtərəfli Qərbpərəst siyasət yürütmür: “Azərbaycan və Gürcüstanla birgə regional layihələr həm də bunun nəticəsi idi. Hazırkı iqtidar Şeverdnadze dövründəki kimi bütün region ölkələri ilə mehriban qonşuluq münasibəti saxladığını iddia edir. Lakin vəziyyətə təsir edən daha bir mühüm məqam ondan ibarətdir ki, Qərbpərəst liberal düşüncəli Saakaşvilidən sonra Gürcüstanın rəhbərliyinə biznesmenlər gətirilir. Gürcüstanın hazırkı baş naziri də keçmiş bankirdir. Ermənistanın yeni prezidenti Sərkisyan isə biznesmen, Britaniyanın HSBC Bankının Qafqazda fəaliyyətini təşkil etmiş şəxsdir. Görünür, iki ölkənin siyasi elitasında biznesmenlərin təmsil olunması bu yaxınlaşmaya müəyyən təsir edə bilər. Burada Rusiya amilinin də rolu ola bilər. Artıq Qərbin Gürcüstanda mövqeləri zəifləməyə doğru gedir. Məsələn, əhali arasında Milli Demokratiya İnstitutunun keçirdiyi sorğuya əsasən, gürcülərin 29 faizi NATO-ya inteqrasiyaya qarşıdır. Onlar 2008-ci ildəki kimi Gürcüstan-Rusiya müharibəsinin yenidən alovlana biləcəyindən, Qərbin yenə də Gürcüstanı Rusiya qarşısında tək qoyacağından, habelə pravoslav gürcü kilsəsinin katolik Avropa tərəfindən təhdidlə üzləşəcəyindən narahatdır”.
Politoloq Gürcüstanla dövlətlərarası əlaqələrin indiki səviyyədə davam etdirilməsinin vacib olduğunu da söylədi:“Gürcüstan prezidentinin Xocalı qurbanlarının xatirəsini yad etməkdən imtina etməsi də bütün bu sadaladığımız halların nəticəsidir. Lakin baş nazirinin İrəvanda uydurma ”soyqırımı" kompleksinə baş çəkməsi protokol qaydalarında nəzərdə tutulsa da, hər halda hazırda balans siyasəti yeridən Gürcüstan bununla Azərbaycan və Türkiyəni narazı saldığını bilməli idi. Azərbaycan Gürcüstanda çox güclü lobbiçilik siyasəti aparır. Bunu gürcü və erməni siyasətçiləri, habelə ruslar da etiraf edir. Bu gün Azərbaycanın Gürcüstan siyasətini qənaətbəxş hesab etmək olar. Azərbaycan əlindən gələni edir ki, Gürcüstandakı mövqelərini qoruyub saxlasın. Məhz bunun nəticəsidir ki, Ermənistan Gürcüstana daxil ola bilmir. Azərbaycan həm Gürcüstanın enerji bazarında hakim mövqedədir, həm də bu ölkədən nəqliyyat və tranzit ölkə kimi istifadə edir. Gürcüstan baş nazirinin səfəri zamanı isə ona qarşı sərt mövqe sərgiləmək doğru olmazdı. Çünki Gürcüstan tərəfi deyə bilər ki, biz suveren ölkəyik və istənilən ölkə ilə, o cümlədən Ermənistanla qonşu dövlət kimi əlaqə saxlamaq hüququmuz var. Odur ki, Azərbaycan Gürcüstanın baş nazirinin qondarma “soyqırımı” abidəsini ziyarət kimi protokol məsələlərini önəmsəməməli, indiyə qədər apardığı siyasəti davam etdirməli, Gürcüstanın tranzit və enerji bazarında bizim üçün mühüm tərəfdaş ölkə olması yanaşmasından çıxış etməklə öz mövqeyini heç kəsə verməməlidir. Xüsusən Ermənistanın Gürcüstan vasitəsilə xarici aləmə çıxışı maksimum məhdudlaşdırılmalıdır. Əgər protokol qaydasına görə, soyqırım abidəsinə görə hansısa ölkə ilə münasibətlərin səviyyəsini düşürməyə qalsa, bir çox ölkə rəhbərləri Ermənistana səfəri zamanı bu kompleksə baş çəkirlər. O zaman Türkiyə və Azərbaycan dünyanın bir sıra ölkələri ilə diplomatik gərginlik yaşamalı olardı. Hətta bilirik ki, Orta Asiyanın türkdilli respublikalarının bəzi rəhbərləri də bunu etmişdi. Gürcüstan erməni soyqırımını rəsmi şəkildə tanımayıbsa?, qondarma abidəyə baş çəkilməsi xüsusi bir təhdid ifadə etmir. Bu, adi protokol qaydasıdır".