Anons

Bu gün, 00:59- Aktyordan Avropa rəsmilərinə müraciət: “İnsan hüquqları enerji maraqlarına qurban verilməməlidir”

Dünən, 00:58- “Toplum TV işi”: “İstəyirlər media, məhkəmə müstəqil olmasın”

20-07-2026, 00:56- Bəxtiyar Hacıyev: “Leyenin səfərindən sonra mənə və digər məhbuslara qarşı təzyiqlər artıb”

19-07-2026, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb

19-07-2026, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz

18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”

18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”

16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”

15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib

15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"

14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...

14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb

13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?

7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə

29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib

29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək

28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”

17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib

16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb

15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb

Haqqımızda Əlaqə

Afrin əməliyyatı sona yaxınlaşır

Tarix:13-03-2018, 10:26 Baxış Sayı:139

Afrin əməliyyatı sona yaxınlaşır

Qərb növbəti dəfə kürdləri yarı yolda qoymağa hazırlaşır

Suriyanın Afrin bölgəsini silahlı terror dəstələrindən təmizləmək üçün yanvarın 20-dən başlayan Afrin əməliyyatı həlledici mərhələyə qədəm qoyub. Türkiyənin "Anadolu" Agentliyinin Türkiyə ordusu Baş Qərargahına istinadən verdiyi məlumata görə, “Zeytun budağı” əməliyyatı çərçivəsində zərərsizləşdirilən terrorçuların sayı 3347 nəfərə çatıb. Son ana qədər 1100 kvadratkilometr ərazi azad edilib.

Bazar günü davam edən əməliyyatlar zamanı 18 əməliyyat nöqtəsi terrorçulardan alınıb. Hazırda Türkiyə ordusunun Afrin şəhər mərkəzinə 1,5 kilometr məsafədə olduğu bildirilir. O da məlum olub ki, Afrin rayon mərkəzinə doğru şərq və cənub xəttində şərqdən cənub-şərqə doğru 1,5 kilometr irəlilədikdən sonra Afrin mühasirəyə düşəcək. Afrinin cənubdan mühasirəyə alınması üçün 3,5 kilometr məsafə qalıb. Hələlik Afrinin sonuncu - 6-cı rayonu olan Mabatlının təmizlənməsi əməliyyatı başlamayıb. Davam edən əməliyyatlar nəticəsində daha 8 kənd azad edilib.

Qeyd edək ki, yanvarın 20-dən başlayan əməliyyat nəticəsində bu günə qədər 197 ərazi vahidi, o cümlədən 159 kənd və 33 post azad edilib. Bu arada bölgədə fəaliyyət göstərən media orqanları Afrini tərk edən mülki əhali və maşın karvanlarının şəkillərini yayıb. Ehtimal olunur ki, mülki əhali artıq Afrin mərkəzini tərk edərək gedir. Afrindən qaçanların bir qisminin Suriya hökumətinin nəzarətində olan bölgələrə yerləşdiyi, bir qisminin isə kürd bölgələrinə, o cümlədən Menbicə doğru getdiyi ehtimal olunur. Ancaq qəribədir ki, daha əvvəl mülki əhalinin Afrindən çıxmasına imkan verməyən silahlılar artıq bunu etmirlər və ya edə bilmirlər. Mümkündür ki, bu, Afrində planlaşdırılan müdafiə tədbirlərinin bir qismidir.

Afrin operasyonu 50. ile ilgili görsel sonucu

Bu arada Türkiyənin baş qərargah rəisi ordu generalı Hulusi Akar bəyan edib ki, Afrində əməliyyat eyni zamanda İŞİD terrorçularına qarşı həyata keçirilir. Onun sözlərinə görə, İŞİD terrorçuları kürdlərə qatılaraq Türkiyə ordusuna müqavimət göstərir. Baş qərargah rəisi həmçinin əməliyyat zamanı tarixi abidələrin xüsusi şəkildə qorunduğunu, ətraf mühitə zərər vurulmaması üçün diqqət göstərildiyini bildirirb. H.Akar “Zeytun budağı” əməliyyatı zamanı 60-a yaxın terrorçunun əsir alındığını və onların yaralı olanlarının müalicə aldıqlarını bildirib.

Qeyd edək ki, bir neçə gün əvvəl Türkiyə mediasında ABŞ və Türkiyə hakimiyyətləri arasında Suriya mövzusu, xüsusən də Afrin və Menbic əməliyyatları barədə razılaşma olduğu haqda xəbərlər yayıldı. Hələlik bu xəbərləri təsdiqlətmək mümkün deyil. Ancaq hazırda Afrinin yalnız mərkəzinin qaldığını və sürətlə mühasirəyə düşdüyünü nəzərə alsaq, o zaman ABŞ-ın Afrinin getməsi ilə barışdığını deyə bilərik. Əslində kürdlərin də nəzəri baxımdan Afrini itirmələri ilə barışdığını demək olar. Sadəcə, görünür ki, Afrində müdafiə qurmaqla Menbici itirmənin qarışısını almaq istəyirlər. Çünki Ankara artıq bəyan edib ki, Afrindən sonra Menbicə yönələcəklər.

Hələlik qəti demək çətin olsa da, belə anlaşılır ki, kürdlər növbəti dəfə xəyal qırıqlığı yaşayacaqlar. Amerika İŞİD-ə qarşı mübarizədə olduğu kimi, kürdlərin yanında dayanmağa maraqlı olmayacaq.

 

скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL