Bu gün, 00:59- Aktyordan Avropa rəsmilərinə müraciət: “İnsan hüquqları enerji maraqlarına qurban verilməməlidir”
Dünən, 00:58- “Toplum TV işi”: “İstəyirlər media, məhkəmə müstəqil olmasın”
20-07-2026, 00:56- Bəxtiyar Hacıyev: “Leyenin səfərindən sonra mənə və digər məhbuslara qarşı təzyiqlər artıb”
19-07-2026, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb
19-07-2026, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz
18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”
18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”
16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”
15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib
15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"
14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...
14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb
13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?
7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə
29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib
29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək
28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”
17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib
16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb
15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb
Vladimir Putin artıq iki onillikdir ki, Rusiya siyasətinin lideridir.
Hakimiyyətdə həm prezident, həm də baş nazir kimi olduğu illər ərzində ölkədə iqtisadi bum, hərbi genişlənmə və Rusiyanın böyük güc kimi yenidən qurulması kimi mühüm proseslər baş verib.
Bir çox rusiyalı üçün həyat standartları yaxşılaşıb və stabillik anlayışının yeni forması və milli qürur yaranıb. Lakin bir çoxlarının dediyi kimi bütün bunlar Rusiyanın demokratiyası bahasına başa gəlib.
1. Kasıbların sayı azalıb

Yoxsulluq əvvəlkindən daha az olsa da, Rusiya hələ də dünyanın bir çox ən böyük iqtisadiyyatlarının orta səviyyəsindən yuxarıdadır.
2. Lakin son zamanlar maaş artımı dayanıb
Cənab Putinin prezident kimi ilk seçildiyi dövrdə maaşlar hər il 10%-dən çox artırdı.
2012-ci ildə yenidən prezident kürsüsünə seçildikdən sonra, bir sıra böhran və iqtisadi sanksiyalar fonunda bu artım əlçatmaz oldu.
3. Artıq daha çox insan maşın sahibidir və mikrodalğalı sobaların sayı evlərdən daha çoxdur
Rusiyanın Lada ilə olan sevgi münasibəti hələ də güclüdür. 2017-ci ildə satılan 1 milyon 595 min 737 yeni maşından 311 min 588-i Lada olub.
Rusiyada maşın sahibi olan insanların sayı keçmiş Şərq Bloku ölkələri Polşa və Macarıstanla paralel şəkildə artsa da, Avropa Avtomobil İstehsalçıları Assosiasiyasına əsasən, hər 100 evə 76 maşının satıldığı qonşu Finlandiyadan aşağıdır.

4. Rusiyalılar Ikea-ya vurulublar
Rusiyada ilk Ikea mağazası 2000-ci ildə Moskva yaxınlığında yerləşən MEGA ticarət mərkəzində açılıb.
Bu mağaza dərhal Ikea-nın dünya üzrə 10 ən çox gəlir gətirən dükanları sırasına girməyi bacarıb.
2015-ci ilə qədər ölkə Ikea imperiyasını ən sürətlə böyüyən ikinci bazarına çevrilib.

Artıq Sankt Peterburqdan Novosibirskə qədər şirkətin Rusiya boyunca 14 mağazası var. Onlardan üçü Moskvadadır.
Bununla belə, hər şey heç də səsləndiyi qədər asan olmayıb.
Cənab Putinin kiçik yaşlı uşaqlara gey dəyərlərinin ötürülməsinə qarşı qadağa barədə qanununu poza biləcəyindən çəkinən Ikea, internet dükanını bağlamalı olub.
Rusiyada fəaliyyəti çərçivəsində şirkət korrupsiya əleyhinə ciddi siyasətini qorumaq uğrunda da mübarizə aparıb.
5. Və şampan…
Rusiyalıların alkoqollu içki qəbulu barədə müzakirələr də mövcuddur.

Rəsmi rəqəmlərdə göstəricilər aşağı düşsə də, Səhiyyə naziri bunun 80% olduğunu iddia edir.
Vodka içənlərin sayının azalması isə “qərbə xas” sayılan pivə və şərab mədəniyyətinin artmasından qaynaqlanır.
Bir vaxtlar pivə Rusiyada yüngül içki kimi qəbul edilirdi. Artıq bəzi oliqarxlar öz şərabxanalarını açıblar.
6. Hər yerdə olduğu kimi internet hər şeyi ələ keçirib

Rusiyada internetin öz nəhəngləri mövcuddur – ən yuxarı sosial media platforması VK-dır (VKontakte).
Dünya Bankı analizlərinə görə, Facebook-un 20 milyon istifadəçisi ilə müqayisə bu platformadan istifadə edənlərin sayı 90 milyondur.
Yandex axtarış sistemi isə ikinci sırada gəlir.
Rus dili və alqoritmləri əsasında qurulduğuna görə Yandex üçün Google ilə rəqabət üstünlüyü yaranır.
7. Fəqət sirk izləyənlərin sayı aşağı düşür
Moskva Dövlət Sirki kimi Rusiya üzrə 60-dan çox daimi məkanı ilə sirklər milli təsisat hesab olunur. Lakin onlar qərbli rəqibləri tərəfindən güclü rəqabət ilə qarşılaşıblar.

Və 2010-cu ildən bəri sirk tamaşalarına maraq kəskin şəkildə – 60% aşağı düşüb.
Bu enişi izah etmək üçün heç bir faktor müəyyənləşdirə bilmədik: dəyişən zövqlər, rəqib attraksionlar və internetin inkişafı kimi bir çox nüanslar rol oynaya bilər.
8. Eləcə də ictimai kitabxanalar
Demək olar ki, hər yerdə olduğu kimi internetin yaranması ilə kitabxanaya gedənlərin sayı azalıb.

9. Rusiya əhalisinin sayı yenidən artmağa başlayıb
Prezident Putinin ən böyük məqsədlərindən biri də 1991-ci ildə kommunizmin dağılması nəticəsində yaranan əhali sayının kəskin enişidir.
2012-ci ildə yenidən prezident seçilməmişdən əvvəl cənab Putin doğuşların sayını artırmaq üçün 53 milyard dollar xərcləməyi təklif etmişdi.

Bəlkə də təsadüfən 2012-ci ildə Rusiyada doğuş göstəricisi son 21 ildə ölüm göstəricisini ilk dəfə keçmişdi.
Göstəricinin 2017-ci ildə aşağı düşməsi cənab Putinin rəqibləri üçün hücum əsası oldu. 2016 və 2017-ci illərdə 10.6% eniş göstəricisi real rəqəmlərlə hər min nəfərə 12.9-dan 11.5-ə enən doğuş deməkdir.
Ən yüksək doğuş göstəricisi Qafqaz respublikaları Çeçenistan və Dağıstandadır. Moskvada doğulan uşaqlara verilən ən məşhur adlar isə Aleksandr və Sofiyadır.
10. Və Putin orduya həmişəkindən daha çox pul xərcləyir
Güclü ordu Rusiya milli kimliyinə həmişə hakim olub, lakin Soyuq Müharibə zamanı Birləşmiş Ştatlar ordusu ilə ayaqlaşmaq cəhdi Sovet İttifaqıni bankrot etmişdi.

Sovet İttifaqının çöküşü silahlı qüvvələrin büdcəsini heçə endirmişdi. Təchizat və silahlar azalmış və əhval-ruhiyyə aşağı düşmüşdü.
Vladimir Putin bu enişin qarşısını vaxtında alaraq Rusiyaya müasir hərbi güc bəxş edib.
Bir sıra müasirləşdirmə üsulları ÜDM üzrə xərc faizlərinin az qala ikiqat artmasına səbəb olub.
Və cənab Putinin prezidentlik fəaliyyəti nəticəsində Rusiyanın inkişaf edən hərbi gücünü Çeçenistan, Gürcüstan, şərqi Ukrayna və Suriyada görmüşük.