Bu gün, 00:59- Aktyordan Avropa rəsmilərinə müraciət: “İnsan hüquqları enerji maraqlarına qurban verilməməlidir”
Dünən, 00:58- “Toplum TV işi”: “İstəyirlər media, məhkəmə müstəqil olmasın”
20-07-2026, 00:56- Bəxtiyar Hacıyev: “Leyenin səfərindən sonra mənə və digər məhbuslara qarşı təzyiqlər artıb”
19-07-2026, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb
19-07-2026, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz
18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”
18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”
16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”
15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib
15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"
14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...
14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb
13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?
7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə
29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib
29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək
28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”
17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib
16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb
15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb
Dünya boyunca xalqlar sakit həyata üstünlük verir
Son zamanlar dünyada demokratiyanın böhranlı dövrünü yaşadığı müşahidə edilir. Bir çox ekspertlər hesab edir ki, dünya iri dövlətlərin demokratiyanı iqtisadi və təhlükəsizlik maraqlarından arxa sıraya keçirməsinin fəsadlarını yaşamaqdadır. Elə bir vəziyyət yaranıb ki, dünyanın bir çox xalqları “demokratiya-qarşıdurma”, yoxsa “sabitlik-çörək” dilemması qarşısında qalıblar. Bu seçimdə isə üstünlüyün sabitliyə verildiyini söyləmək mümkündür.
Bu barədə AMİP-in beynəlxalq əlaqələr katibi, politoloq Elşən Mustafayev bildirdi ki, hər zaman bir çox avtoritar, demokratiya olmayan dövlətlərdə böyük dünya gücləri tərəfindən demokratiya sabitliyə qurban verilib, indi də belədir. Hətta bir çox hallarda bunu açıq halda bəyan da ediblər. Əslində isə həmin sabitliyin istənilməsi sırf iqtisadi maraqların qorunması ilə bağlıdır: “Bu maraqlara, strateji planlara xələl gəldiyi vaxt isə demokratiya daha önə çəkilir və artıq sabitlik arxa plana keçirdi. Hazırda bu istiqamətdə heç nə dəyişməyib. Sadəcə, maraqlar dəyişdikcə dövlətlərdə olan rejimlərə münasibət dəyişir. Amma əslində ağıllı yanaşılarsa bu prosesdən hamı öz xeyrini götürə bilər. Yəni avtoritar, diktatura rejimləri altında boğulan xalqlar özləri rejim dəyişikliyi etmək iqtidarında olmayanda məhz kənardan hansısa məqsədlərlə olan təzyiqlərdən maksimum yararlanmağa çalışırlar. Bu, həmişə belə olub və gələcəkdə də belə olacaq. Buna bütün dünyada demokratiyanın böhran keçirməsi kimi qiymət verməzdim. Demokratiya iri dövlətlərin və yerli hakimiyyətlərin yanaşmasının sayəsində ”üçüncü sort" dövlətlərdə böhran keçirir. Nə qədər əksini desələr də bu illər ərzində Qərbdə demokratiya, insan haqları, iqtisadi azadlıqlarla bağlı ilə hər hansı ciddi problem yaşanmayıb. Problem obrazlı desək üçüncü sort dünya dövlətlərində, onların hakimiyyətlərindədir. Öz xalqları dil tapmaq əvəzinə Qərbin qaranlıq dairələri ilə qarşılıqlı təmənnalı münasibətlər qururlar və bu maraqlar toqquşanda isə demokratiya olmaması ittihamları ilə üzləşib təzyiq altına düşürlər, xalqdan da hər hansı dəstək ala bilmirlər. Bu zaman sabitlik pozulur. “Demokratiyanı sabitliyə qurban vermək olmaz” bəyanatları səsləndirilir. Bu gün hər şey bu qədər sadədir".