Anons

Bu gün, 00:59- Aktyordan Avropa rəsmilərinə müraciət: “İnsan hüquqları enerji maraqlarına qurban verilməməlidir”

Dünən, 00:58- “Toplum TV işi”: “İstəyirlər media, məhkəmə müstəqil olmasın”

20-07-2026, 00:56- Bəxtiyar Hacıyev: “Leyenin səfərindən sonra mənə və digər məhbuslara qarşı təzyiqlər artıb”

19-07-2026, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb

19-07-2026, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz

18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”

18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”

16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”

15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib

15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"

14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...

14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb

13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?

7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə

29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib

29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək

28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”

17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib

16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb

15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb

Haqqımızda Əlaqə

Artur Rəsizadə nəyin hesabatını verməlidir?

Tarix:16-03-2018, 15:13 Baxış Sayı:152

Artur Rəsizadə nəyin hesabatını verməlidir?

Bugün Baş nazir Artur Rəsizadə parlamentdə növbəti hesabatını verib.  Baş nazir 14 il ərzində ölkədəki iqtisadi inkişafdan danışıb,  orta aylıq əmək haqqı 6,8 dəfə, banklardankı əmanətlərin 30 dəfə artırıldığını,   ölkədə 1 milyon 900 mindən çox yeni iş yeri açıldığını,   orta ömür uzunluğunun yüksəldiyini bildirib.  Sonda isə qeyd edib ki,  ölkədə dayanıqlı ictimai-siyasi sabitlik, prezidentin siyasətinin xalq tərəfindən dəstəklənməsi ilə birbaşa əlaqədardır.

Əlbəttə, hesabatlılığın 25 il öncə ləğv edildiyi ölkədə baş nazirin obyektiv hesabat verəcəyini gözləmək absurd olardı.  Amma ağsaqqal nazirimiz heç olmasa görüntü xatirinə tənəzzülün toz-torpaqğından  sitat gətirməliydi.  Ölkənin milli valyutası 100 faizdən artıq dəyər itirib, Avropa ölkələri Azərbaycanlı mühacirlərlə dolub,  ölkədə minimum əməkhaqqı 130 manatdı, intiharlar adi statistikaya çevrilib, xarici borc 20 milyard manatı ötüb, büdcə kiçilərək  9-10 milyard dollar həddinə düşüb, ölkənin idxaldan asılılığı artıb, Qarabağ münaqişəsinin həllində yalnız geriləmə müşahidə olunur və belə bir reallıqda Artur Rəsizadə iş yerlərinin artmasından,  orta ömürün yüksəlməsindən danışır.

Milyonlarla Azərbaycan kişisi ölkə xarcində iş yeri axtarırsa, 1.9 milyon iş yeri harda açılıb? 130 manat əməkhaqqı ilə hansı zəruri ehtiyacları ödəmək mümkündür?  Niyə Azərbyacanın adı yalnız “qara siyahı”larda öndədir?  Niyə heç bir sərvəti olmayan Ermənistanda əməkhaqqı Azərbaycandan yüksəkdir? Niyə təhsil, səhiyyə, iqtisadiyyat iflic vəziyyətə düşüb? Niyə kommunal xərclər 100 faiz artdığı halda, milli valyuta 100 faiz dəyər itirdiyi halda, qiymətlər 50-60 faiz qalxdığı halda, maaşlar 10 faiz artır?

Artur Rəsizadə bu sualların cavabını verməlidir.  Reallıq budur ki, Azərbaycanda hər yeni il əvvəlki ilə şükr elətdirir.  Fakt budur ki, Azərbaycanın 25 milyardlıq büdcəsi kiçilərək 9 milyard dollar olub. Bütün statistik göstəricilər tənəzzülün sürətinin yüksəldiyini  ifadə edir.

Həm də Azərbaycanda xalqın iradəsiylə formalaşan parlament olmadığına görə kimin nə hesabat verməsinin heç bir önəmi yoxdur. Artur Rəsizadə  çıxışında “biz Yupiterdə 2 şəhər salmışıq”söyləsə, yenə də deputatlar hesabata əl çalacaqlar.

25 ildir ki, xalqa hesabat verməkdən imtina edənlərin yalançı inkişaf  hesabatı verməsi təbiidir. Kaş,  Artur Rəsizadə yaşının bu vaxtında cəsarət edib, ölkənin başına gətirilənlərin hesabatını verə biləydi.

 

скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL