Bu gün, 00:59- Aktyordan Avropa rəsmilərinə müraciət: “İnsan hüquqları enerji maraqlarına qurban verilməməlidir”
Dünən, 00:58- “Toplum TV işi”: “İstəyirlər media, məhkəmə müstəqil olmasın”
20-07-2026, 00:56- Bəxtiyar Hacıyev: “Leyenin səfərindən sonra mənə və digər məhbuslara qarşı təzyiqlər artıb”
19-07-2026, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb
19-07-2026, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz
18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”
18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”
16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”
15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib
15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"
14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...
14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb
13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?
7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə
29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib
29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək
28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”
17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib
16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb
15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb
23 Noyabr 2017-ci il tarixdə Bakı şəhər sakini Qafarov Pünhan Mehman oğlu Almaniya Federativ Respublikasından qayidan zaman Bakı Beynəlxalq Havalimanında Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanılmış, daha sonra isə AR Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Əməkdaşları tərəfindən qanunsuz şəkildə həbs edilərək qeyd edilən idarəyə aparılmışdır. Bu barədə xəbər agentliyimizə müsahibə verən saxlanılan Qafarov Pünhanın atası Qafarov Mehman məlumat vermişdir. Tutulan şəxsin atası Qafarov Mehman verdiyi məlumata əsasən oğlunun saxlanılmasından 10 gündən artıq müddət keçməsinə baxmayaraq oğlu ilə görüşə bilmədiyini, hətta vəkili ilə belə görüşməsinə şərait yaradılmadığını, hətta oğlunun həyatda olub-olmaması ilə bağlı heç bir məlumat verilmədiyini bildirmişdir.
Bu hadisələrə səbəb kimi isə atası Qafarov Mehman bildirmişdir ki, 2016-cı ildə Qafarov Pünhan Mehman oğlu siyasi fəaliyyətinə və fikirlərinə görə dəfələrlə Bakı şəhərində Polis təqibinə və zorakılığına məruz qalmış, bunun nəticəsində oğlu Almaniya Federativ Respublikasına gedərək siyasi Sığınacaq tələbi irəli sürmüşdür. Almaniya höküməti isə oğlunun müraciətini “Əsassız” hesab edərək müraciətdən imtina etmiş və Qafarov Pünhanı haqsız olaraq departasiya etmişdir. Atası oğluna AR qayıtmaması barədə dəfələrlə xəbərdarlıq etdiyini, lakin Qafarov Pünhanın başqa heç bir seçimi olmadığını qeyd etmişdir.
Həbsdə olan Qafarov Pünhanın atasına AR Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin (Bandotdel) özünü təqdim etməyən mayor rütbəli məmuru tərəfindən bildirmişdir ki, Qafarov Pünhan xarici ölkədə siyasi sığınacaq tələb etdiyi üçün saxlanılmışdır və həmin məmur belə şəxslər barədə məlumatların artıq onlarda olduğunu bildirmişdir. Atası oğluna görə çox narahat olduqlarını və onun həbsdə hansı işgəncələrə məruz qalması barədə təsəvvür belə etmək istəmədiyini bildirmişdir. Xatırladaq ki, Azərbaycanın cinayətkar diktatura hakimiyyəti xarici ölkədə sığınacaq tələb etmiş və ölkəyə qayıtmaq məcburiyyətində qalmış çoxsaylı insanlara qarşı etdiyi amansız təzyiq və işgəncələrlə birdaha sübut edir ki, Azərbaycanda hansısa söz və ya fikir azadlığından söhbət belə gedə bilməz.