29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib
29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək
28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”
17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib
16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb
15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb
13-05-2026, 21:06- Həbsdə olan jurnalistin anasının ölkədən çıxışına qadağa qoyulduğu bildirilir
13-05-2026, 21:05- Paşinyan: “Robert Koçaryan 1 mart hadisələrinə görə cəzalandırılmalıdır”
12-05-2026, 21:04- İnanclı məhbusun bacısı həbsxana şəraitindən şikayət edir: “Qardaşım sakit ölümə tərk edilib”
10-05-2026, 21:02- Hacı Vəliyev: “Həbsimin, mənə qarşı işgəncələrin sifarişçisi Azərbaycan hakimiyyətidir”
9-05-2026, 21:01- Avropa Parlamentində Azərbaycandakı repressiyalar və siyasi məhbuslar müzakirə olunub
8-05-2026, 20:59- “Amerikanın Səsi”nin prezidenti Ülviyyə Əlinin azadlığa buraxılmasına çağırıb
7-05-2026, 20:59- Dözülməz ağrılardan şikayətlənən Tofiq Yaqubluya lazımi tibbi yardım göstərilmədiyi deyilir
7-05-2026, 12:30- 2026-ci ildə Azərbaycanda ən az 17 hərbçi qeyri-döyüş şəraitində həyatını itirib
7-05-2026, 11:38- İran rəsmisi: "ABŞ SEPAH-a hörmətsizlik etməsə, dünya çempionatında iştirak edəcəyik"
6-05-2026, 11:36- Hacı Vəliyevə 2 il 6 ay həbs cəzası verildi
6-05-2026, 11:35- ABŞ Senatı Sevinc Vaqifqızı və Fərid Mehralızadənin azadlığını tələb edən qətnamə qəbul edib
5-05-2026, 11:34- Milli Onkologiya Mərkəzində müalicə almış şəxs: “Bəzi dərmanlar yalnız həkimin yönləndirdiyi apteklərdə və baha satılırdı”
4-05-2026, 13:30- Ülviyyə Əli təcridxanadan yazır: “Keyfiyyətli tibbi yardımdan məhrum buraxılmaq siyasi sui-qəsddir”
4-05-2026, 11:30- Prezidentin eşitmək istəmədiyi suallar - Abzasçılar yazır
Deputat Fazil Mustafa hökuməti faydalı ideyalarla qidalandırmaq üçün ölkə prezidentinin yanında İctimai Palatanın yaradılmasının vaxtının yetişdiyini bildirib. O qeyd edib ki, ölkə prezidenti yanında İctimai Palatadan tərif söyləmək üçün deyil, ölkənin gələcəyi üçün məsuliyyətli davranan və müxtəlif sferaları təmsil edən düşüncə adamlarının cəlb olunması ilə cəmiyyətin problemlərinə aid faydalı müzakirə mühiti yaradıb üzə çıxan tezislərdən istifadə etmək olar.
Deputatın Prezident yanında İctimai Palata (İP) yaradılması təklifinə müxalifət düşərgəsindən münasibət bildirilib.
ADP sədrinin müavini Taliyət Əliyev vaxtilə Demokrat Partiyası tərəfindən də hakimiyyətə belə bir çağırışlar edilib. Hakimiyyət isə bu ideyanı yaxına buraxmayıb. Lakin ölkə prezidentinin yanında belə bir İctimai Palatanın yaradılması rasional bir addım olardı. Bir şərtlə ki, həmin İctimai Palata sağlam prinsiplər əsasında təşkil olunmalı, ölkədə fəaliyyət göstərən ictimai-siyasi institutların təmsilçiliyi bərabər və ədalətli şəkildə həyata keçirilməli və bu Palata imitasiya xarakteri daşımamalıdır: “Əgər bu prinsiplər əsasında prezidentin yanında İP yaranarsa, bu, ölkənin pozitiv istiqamətdə inkişafına böyük stimul vermiş olar, eyni zamanda bu, dövlət orqanlarının fəaliyyətinə effektli ictimai nəzarət funksiyasını həyata keçirər. Son illər bir neçə nazirliklərdə QHT-lərin təmsilçiliyi əsasında buna bənzər qurumlar yaradırlar. Lakin bu qurumların təşkil olunması, orada təmsilçilik qeyri-şəffaf olduğuna və bu qurumların daha çox formal xarakter daşıdığına görə heç bir effekti hiss edilmir”.

AĞ Partiyanın sədri Tural Abbaslı da Prezident yanında İctimai Palatanın yaradılması təklifini müsbət qarşıladığını bildirdi: “Belə qurumlar bir çox ölkələrdə var və xeyli faydalı işlər görə biliblər. Ümumiyyətlə, bu ideyanın kökündə bir birlik, dialoq və müzakirə mühiti yarada bilmə istəyi dayanır. Fazil bəyin təklifi ən azından cəmiyyətdə ilkin qarşılıqlı hörmətə dayanan müzakirə mühiti yaratmaq baxımından önəmli ola bilər. İctimai Palata tipli qurumun lazımi effekti verməsi üçün hökumət siyasi iradə nümayiş etdirərək köklü islahatlara start verməlidir. Düşünürəm ki, bu islahatlara başlanılmayan hər bir gün Azərbaycan üçün itkidir”.
![]()
AMİP katibi Əli Orucov da sözügedən ideyanın gündəmə gətirilməsinə müsbət yanaşdıqlarını dedi və bildirdi ki, bir çox ölkələrdə bu təcrübənin tətbiqi müsbət effekt verib: “Məsələn, Rusiya təcrübəsində İctimai Palata adlı qurum fəaliyyət göstərir və bu, qanunla tənzimlənir. Həmin təcrübəyə görə, Rusiya Federasiyası İctimai Palatasının tərkibində ictimaiyyətin, elm adamlarının, tanınmış şəxslərin, federasiya subyektlərinin nümayəndəlikləri də təmsil olunurlar. Bu qurum məşvərətçi qurumdur, əməkhaqqı ödənilmir və könüllülük əsasında formalaşdırılır. Rusiyada İctimai Palata haqqında, daha doğrusu, ictimai nəzarətin əsasları haqqında Federasiya qanunu var. Azərbaycan hökuməti bu təcrübədən yararlana bilər. Düşünürəm ki, Azərbaycanda belə bir təcrübədən istifadə həm dövlət hakimiyyət orqanlarına ictimai nəzarəti gücləndirə, həm də problemlərin doğru-düzgün, vaxtında həllinə kömək edə bilər. Çünki əksər hallarda məmurlar problemləri və mövcud reallıqları gizlədirlər bu da düzgün qərarların qəbuluna neqativ təsirini göstərir. AMİP olaraq hətta biz rəsmən dövlət qurumlarına həm İctimai Palata ilə, həm də korrupsiyaya qarşı mübarizə ilə bağlı yaradılan komissiyada ictimaiyyətin, hətta partiyaların da təmsil olunmasını təklif etmişdik. Təəssüf ki, bu təkliflərimizə, ümumiyyətlə, cavab verilmədi. Hakimiyyət orqanlarına ictimai nəzarət nə qədər güclü olsa, həmin qurumların fəaliyyəti də, faydalı iş əmsalları da, məsuliyyət yükü də böyük olar. Hər nazir vəzifədən uzaqlaşdırılandan sonra milyonlarla vəsaiti mənimsədiyi faktları üzə çıxır. İctimai Palata, ictimai nəzarət olarsa, bu cür eybəcərliklər də olmaz. İctimai Palata dövlət başçısına ciddi kömək funksiyasını daşımış olar”.