29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib
29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək
28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”
17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib
16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb
15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb
13-05-2026, 21:06- Həbsdə olan jurnalistin anasının ölkədən çıxışına qadağa qoyulduğu bildirilir
13-05-2026, 21:05- Paşinyan: “Robert Koçaryan 1 mart hadisələrinə görə cəzalandırılmalıdır”
12-05-2026, 21:04- İnanclı məhbusun bacısı həbsxana şəraitindən şikayət edir: “Qardaşım sakit ölümə tərk edilib”
10-05-2026, 21:02- Hacı Vəliyev: “Həbsimin, mənə qarşı işgəncələrin sifarişçisi Azərbaycan hakimiyyətidir”
9-05-2026, 21:01- Avropa Parlamentində Azərbaycandakı repressiyalar və siyasi məhbuslar müzakirə olunub
8-05-2026, 20:59- “Amerikanın Səsi”nin prezidenti Ülviyyə Əlinin azadlığa buraxılmasına çağırıb
7-05-2026, 20:59- Dözülməz ağrılardan şikayətlənən Tofiq Yaqubluya lazımi tibbi yardım göstərilmədiyi deyilir
7-05-2026, 12:30- 2026-ci ildə Azərbaycanda ən az 17 hərbçi qeyri-döyüş şəraitində həyatını itirib
7-05-2026, 11:38- İran rəsmisi: "ABŞ SEPAH-a hörmətsizlik etməsə, dünya çempionatında iştirak edəcəyik"
6-05-2026, 11:36- Hacı Vəliyevə 2 il 6 ay həbs cəzası verildi
6-05-2026, 11:35- ABŞ Senatı Sevinc Vaqifqızı və Fərid Mehralızadənin azadlığını tələb edən qətnamə qəbul edib
5-05-2026, 11:34- Milli Onkologiya Mərkəzində müalicə almış şəxs: “Bəzi dərmanlar yalnız həkimin yönləndirdiyi apteklərdə və baha satılırdı”
4-05-2026, 13:30- Ülviyyə Əli təcridxanadan yazır: “Keyfiyyətli tibbi yardımdan məhrum buraxılmaq siyasi sui-qəsddir”
4-05-2026, 11:30- Prezidentin eşitmək istəmədiyi suallar - Abzasçılar yazır
CHP Məhərrəm İncəni namizəd göstərir, iqtidar və müxalifət cəbhəsində birləşmələr davam edir...
Türkiyədə 4 müxalifət partiyasının qurduğu seçki ittifaqının mayın 3-nə təyin olunan elan olunma mərasimi təxirə salınıb. BBC-nin məlumatına görə, təxirə salınmanın əsas səbəbi ittifaq anlaşmasının mətni üzərində razılaşmanın əldə olunmaması və partiyaların seçki hazırlıqları olub.
Ancaq Səadət Partiyasının təmsilçisi BBC-yə deyib ki, ittifaqla bağlı hər hansı anlaşmazlıq yoxdur. Sadəcə, hazırda “kiçik detallar” üzərində danışıqlar davam edir. Ancaq “Hürriyyet” qəzetinin məlumatına görə, seçki ittifaqının ictimaiyyətə açıqlanmasının təxirə salınmasının əsas səbəbi namizəd siyahısı ilə bağlı olub. Əsas problem isə Səadət və Demokrat partiyalarından olan namizədlərin CHP və İYİ Partiyanın hansı seçki dairələrdən irəli sürülməsi ilə bağlıdır. Gecikməyə səbəb olan daha bir detal kimi Səadət Partiyasının ittifaq anlaşmasını partiyanın ali qurumu sayılan “Ağ saçlılar” Şurasının müzakirəsinə təqdim etməsi qərarı göstərilir.
İlkin ehtimallara görə, bu həftəsonu sözügedən 4 partiyanın - CHP, İYİ Parti, Səadət və Demokrat partiyalarının liderinin və ya ittifaq mövzusunda anlaşmanı hazırlayan sədr müavinlərinin birgə konfransında elan ediləcək.

Bu arada Demokrat Partiyası 24 iyun seçkilərində Meral Akşenerin prezidentliyə namizədliyini dəstəkləmə qərarı qəbul edib. CHP-nin prezident seçkilərində namizədini mayın 3-də açıqlayacağı gözlənilirdi. CHP-nin qrup toplantısında çıxış edən partiyanın potensial namizədi hesab olunan İlhan Kəsici deyib ki, partiyanın prezidentliyə namizədi Məhərrəm İncə olacaq. Sitat: “Namizədimiz Məhərrəm İncə olacaq. Partiya funksionerləri artıq onun özü ilə danışıb”.
Adı namizəd kimi hallanan Məhərrəm İncə özü isə “Cümhuriyet” qəzetinə açıqlamasında deyib ki, belə bir qərar olarsa, qürur duyar: “Atatürkün partiyasının üzvü olaraq Atatürkün əyləşdiyi kürsüyə namizəd göstərilməkdən qürur duyaram. Əlbəttə, qərarı sədrimiz və deputatlarımız verəcək. Həm partiyamız, həm də millətimiz üçün xeyirli olmasını arzu edirəm”.
Artıq AKP də öz namizədini rəsmiləşdirib. Mayın 3-də hakim partiya fraksiyası toplantısında hazırkı prezident Rəcəb Tayyib Ərdoğan 316 səslə AKP-nin prezidentliyə namizədi elan olunub. Ərdoğanın namizədliyini irəli sürmək üçün Mərkəzi Seçki Qurumuna AKP sədrinin müavini və baş nazir Binali Yıldırımla birlikdə MHP sədri Dövlət Baxçalı birgə gedəcək. Cümə günü Ərdoğanın namizədliyi rəsmən irəli sürüləcək.

Böyük Birlik Partiyası da AKP və MHP-nin yaratdığı “Cumhur İttifaqı”na qoşulur. Bu barədə partiyanın sədr müavini Üzeyir Tunc məlumat verib. Tunc deyib ki, BBP qurumları seçkilərə AKP-nin siyahısı ilə girməklə bağlı qərar qəbul edib. Bu barədə qərar AKP-yə də bildirilib və 24 iyun seçkilərində BBP hakim partiyanın siyahısı ilə gedəcək.
Qeyd edək ki, mayın 3-də Türkiyə lirəsi növbəti “rekord”unu vurub. Bir dollar 4,23 lirə həddinə çatan Türkiyə valyutası sürətlə ucuzlaşmaqda davam edir. Qrup toplantısında çıxış edən baş nazir Binali Yıldırım deyib ki, kredit dərəcələndirmə şirkəti Standard & Poors Türkiyənin xarici valyuta krediti notunu aşağı salması “seçki prosesinə təsir etmək məqsədilə qurulmuş ssenaridir”.
Baş nazir deyib ki, bu addımlar Türkiyədə seçkilər öncəsi siyasi proseslərə təsir etmək, yəni dolayısı ilə iqtidara zərbə vurmaq məqsədi güdür. Sitat: “Bir dərəcələndirmə qurumu heç bir proqramda olmadığı halda bir gecədən qəflətən Türkiyənin kredit dərəcəsini aşağı saldı. Səbəblərinə də baxırsan, ipə-sapa yatmayan şeylər. Türkiyə reallığı ilə uyğun gəlməyən, tamamən siyasi, əsas məqsəd seçki prosesində AKP-yə necə zərər verə bilərlər. Sizin verdiyiniz dərəcənin bizim üçün dəyəri yoxdur, bizim üçün qiymət, millətin verdiyi qiymətdir. 24 iyunda o qiymətin alınacağı gündür”.
Baş verənlər göstərir ki, Türkiyədə bütün siyasi qurumlar 24 iyun növbədənkənar seçkilərinə ciddi şəkildə hazırlaşır, siyasi ittifaq və birliklərin qurulması ilə bağlı danışıqlar davam etdirilir. Bu hərəkətlilik həm iqtidar cəbhəsində, həm də müxalifət cəbhəsində sürətlənib. Belə məlum olur ki, hakimiyyət seçkilərə vahid namizədlə gedir. İqtidar koalisiyasının vahid namizədi Rəcəb Tayyib Ərdoğan olacaq. Müxalifət isə prezident seçkilərinə bir neçə namizədlə gedəcək.
Müxalifətin əsas namizədi İYİ Partiyanın sədri Meral Akşener, CHP-dən böyük ehtimalla Məhərrəm İncə, Səadət Partiyasından isə Təməl Karamollaoğlu olacaq. İdeoloji fikir ayrılığı, xüsusən də dindar mühafizəkar və sol cəbhəsi arasındakı kəskin rəqabət prezidentliyə vahid namizəd üzərində anlaşmağa imkan vermədi. İndi müxalifətin yeganə ümidi prezident seçkilərinin ikinci tura qalması, o cümlədən parlament seçkilərində əldə olunacaq üstünlükdür. Müxalifət bloku parlamentdə çoxluğu qazanarsa, bu, hakim koalisiya üçün böyük məğlubiyyət ola bilər.