Bu gün, 00:59- Aktyordan Avropa rəsmilərinə müraciət: “İnsan hüquqları enerji maraqlarına qurban verilməməlidir”
Dünən, 00:58- “Toplum TV işi”: “İstəyirlər media, məhkəmə müstəqil olmasın”
20-07-2026, 00:56- Bəxtiyar Hacıyev: “Leyenin səfərindən sonra mənə və digər məhbuslara qarşı təzyiqlər artıb”
19-07-2026, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb
19-07-2026, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz
18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”
18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”
16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”
15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib
15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"
14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...
14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb
13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?
7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə
29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib
29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək
28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”
17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib
16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb
15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb
ABŞ prezidenti Donald Trampın ölkəsinin üç il öncə İranla bağladığı nüvə sazişindən çıxdığını bəyan etməsi dünyanın gündəmindən düşmür. İran ətrafında cərəyan edən proseslər onu göstərir ki, cənub qonşumuza qarşı böyük bir koalisiya formalaşmaqdadır.
Rəsmi Tehran ətrafında baş verənlər Azərbaycanı da ciddi narahat edir. İran ilk növbədə, cənub qonşumuzdur, bu ölkə ilə Azərbaycan arasında siyasi, iqtisadi əlaqələr ən yüksək səviyyədədir. Bütün bunlar Azərbaycanı da çətin seçim qarşısında qoyur. İrana yönəlik hərəkətlilik və ya sanksiyalar Azərbaycana da təsirsiz ötüşməyəcək.
Politoloq Elşən Mustafayev hesab edir ki, rəsmi Bakı İranla əlaqələrini davam etdirməlidir: “Hələ xeyli vaxt öncə Trampın İranla bağlı nüvə sazişinə yenidən baxacağı gözlənilirdi. Müxtəlif səviyyələrdə bunun anonsu dəfələrlə verilmişdi. Obama hakimiyyətinin son ilində İrana qarşı sanksiyaların yumşaldılmasına gedərkən ABŞ-da çoxları bunu doğru olmayan addım adlandırmışdı. Onlar belə əsaslandırmışdılar ki, İrana qarşı uzun illər tətbiq olunmuş sanksiyaların səbəbi aradan qaldırılmadan və verilən sözlərə əmin olmadan sanksiyaları aradan götürmək olmaz. İndi yenidən İranın nüvə proqramının dünyaya təhlükə yaratması ilə bağlı ittihamlar artıb. Uranın nüvə silahı yarada biləcək həddə qədər zənginləşdirilməsi iddiasından əl çəkmədiyi deyilir.
Bir başqa səbəb isə İranın Yaxın Şərq problemində , xüsusilə Suriya məsələsində Rusiya ilə birgə Əsəd rejimini dəstəkləməsi, müxaliflərə qarşı acıq şəkildə hərbi əməliyyatlarda iştiirak etməsidir. Hesab edirəm ki, Trampın bu qərarı komandası tərəfindən düşünülmüş, razılaşdırılmış bir qərardır və kağız üstündə qalmayacaqdır. Eyni zamanda İranla hər hansı bir müharibənin ola biləcəyi ehtimallarını da indiki durumda qəbul etmirəm. Amma sanksiyaları daha da gücləndirməklə İran iqtisadiyyatını çökəltməyə yönəldilən siyasət yeridiləcəksə, daxildə narazılıqlar artar və daxili müxalifətin formalaşıb güclənməsi halı baş verər. Yox, əgər İran İsrailə, yaxud Səudiyyə Ərəbistanına qarşı hansısa addım atarsa, o zaman koalisiya qüvvələri münasibətləri hərbi müstəviyə keçirə bilər. Hadisələr yalnız sanksiyalarla yekunlaşacağı halda region ölkələri üçün heç bir təhlükə gözlənilmir. Azərbaycan İranla olan əvvəlki əlaqələrində qalmalıdır. İnanıram ki, bizdən sanksiyaların hansısa mərhələsində belə iştirak etmək istənilməyəcək. Ona görə də buna balanslı siyasət yox, normal, əvvəlki münasibətlərin davamı kimi baxardım. Yəni hər hansı əndişədən söhbət gedə bilməz. Yeni sanksiyalar İrana daha ağır zərbələr vuracağı halda ola bilsin ki, region ölkələri, xüsusilə də Azərbaycan və Türkiyə miqrasiya problemi ilə üzləşsin. Hələlik isə bu gözlənilmir”.

Sabiq maliyyə naziri, iqtisadçı alim Fikrət Yusifov bildirdi ki, öncəliklə Azərbaycanın maraqlarına uyğun addımlar atılmalıdır: “İran bizim yaxın qonşumuz və dostluq etdiyimiz bir ölkədir. Ermənistanla Azərbaycan arasındakı Dağlıq Qarabağ münaqişəsində İran bəzən sözdə bizim, işdə isə Ermənistanın yanında olsa da, rəsmən Azərbaycanın ərazi bütövlüyünü tanıyır və bizimlə bir çox sahələrdə əməkdaşlıq edir. İran üzərindən Barak Obama hökuməti sanksiyaları götürməyə başladıqdan sonra Azərbaycanla İran arasında qarşılıqlı əməkdaşlıq yeni bir mərhələyə qədəm qoymağa başladı. Bu, özünü ilk növbədə regional layihələrin reallaşdırılmasında göstərdi. Xəzərin hüquqi statusunun müəyyən olunmaması səbəbindən istifadə edilməyən mübahisəli yataqların birgə işlənməsinə dair ilkin razılığın əldə olunması dediyimiz sıraya aid olan məsələlərdir.
Bütün bunlar İranla Azərbaycan arasında iqtisadi əlaqələrin daha da dərinləşdirilməsi deməkdir. Lakin vəziyyətin birdən-birə belə kəskin dəyişməsi, İrana qarşı əvvəllər mövcud olmuş bütün sanksiyaların bərpa edilməsi və yeni sanksiyalar təhlükəsi başqa ölkələr kimi bizi də düşünməyə vadar edir. ABŞ-ın nüvə sazişindən çıxmasını bu gün Rusiya və Çinlə yanaşı İngiltərə, Fransa, Almaniya kimi dövlətlər dəstəkləməsə də, sonda bu məsələdə əks mövqedə əvvəllər olduğu kimi yenə də Rusiya ilə Çin qalacaqdır. Heç şübhəsiz, bir qədər keçdikdən sonra İsrail və ABŞ İranın nüvə sazişini pozmasına dair yeni ”dəlillər" ortaya qoyacaqlar. Bundan sonra isə İngiltərə, Fransa, Almaniya həmişə olduğu kimi ABŞ-ın yedəyinə qoşulacaqlar. Hesab edirəm ki, bu vəziyyət yetişdirildikdən sonra İranın başqa seçimi qalmayacaq və o öz nüvə proqramını reallaşdırmağa üz tutacaqdır. Bu isə İrana qarşı hərbi müdaxiləni qaçılmaz edəcək. İsrail artıq çoxdan İrana hərbi müdaxilə etmək istəyindədir. Əgər bu müdaxilə birləşmiş müttəfiqlər tərəfindən həyata keçiriləcəksə, belə olan halda bölgədə kifayət qədər böyük bir humanitar fəlakət yaranacaqdır. Yaranmış vəziyyətdə biz nə etməliyik? Təbi ki, mövcud duruma uyğun olaraq Azərbaycanın maraqlarını təmin edən addımlar atmağa borcluyuq. Biz sivil dünyanın bir parçasıyıq və heç vaxt ona qarşı çıxış edə bilmərik. Əks halda, bu sanksiyaların daha acı nəticələrini yaşamalı olarıq".