Bu gün, 00:59- Aktyordan Avropa rəsmilərinə müraciət: “İnsan hüquqları enerji maraqlarına qurban verilməməlidir”
Dünən, 00:58- “Toplum TV işi”: “İstəyirlər media, məhkəmə müstəqil olmasın”
20-07-2026, 00:56- Bəxtiyar Hacıyev: “Leyenin səfərindən sonra mənə və digər məhbuslara qarşı təzyiqlər artıb”
19-07-2026, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb
19-07-2026, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz
18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”
18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”
16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”
15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib
15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"
14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...
14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb
13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?
7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə
29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib
29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək
28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”
17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib
16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb
15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb
Azərbaycan yenə də bütün Avropanın diqqət mərkəzində oldu. Təəssüf ki, hansısa iqtisadi və ya elmi nailiyyətinə görə yox. Milli Məclisin deputatı və Avropa Şurası Parlament Assambleyasında ölkənin nümayəndə heyətinin rəhbəri Səməd Seyidov qurumun korrupsiya qalmaqalını araşdırmasından sonra hamının dilinə düşdü.
Araşdırmaların yekunlarına əsasən AŞPA komitəsi korrupsiya ittihamı ilə əlaqədar Seyidov, Aqramunt, Preda və Xuclaya qarşı sanksiya tətbiq edib. Sanksiya nəticəsində azərbaycanlı deputat seçkilərin monitorinqində iştirak edə bilməz, AŞPA-da məruzəçi ola bilməz, komitə və alt komitələrə sədr seçilə bilməz, AŞPA-nı tədbirlərdə təmsil edə bilməz və AŞ Nazirlər Komitəsinə sorğular göndərə bilməz.
Baxmayaraq ki, sanksiyanın tətbiqinə dair xəbər srağagün yayılıb, S.Seyidov buna bir gün sonra reaksiya verib. Deputat özünə qarşı bütün ittihamları rədd edərək bildirib ki, bu ittihamların heç bir əhəmiyyəti yoxdur. Bundan əlavə, o deyib ki, sanksiyalar Qərbin ikili standartının təzahürüdür. Deputat AŞPA-da dindirmənin detallarından danışıb: "Bizə təzyiq göstərdilər ki, etiraf edək ki, burada başqa işlərlə məşğul oluruq, belə olarsa, adımız siyahıya düşməyəcək, sanksiya tətbiq etməyəcəklər. Təbii ki, biz etiraf etmədik. Çünki bu, doğru deyildi. Məhz buradan da onların məqsədi aydın olur. Onların niyyəti qərəzli idi və bunu da həyata keçirdilər".
AŞPA-da S.Seyidova qarşı sanksiyanı ümumilikdə ölkə rəhbərliyinə qarşı sanksiyaların başlanması kimi qəbul etmək olarmı? Azərbaycan Qərbin sanksiyasına nə ilə cavab verəcək?
Politoloq Hikmət Hacızadənin fikrincə, S.Seyidovla baş verənlər ölkə rəhbərliyinə qarşı Qərb sanksiyalarının başlanmasıdır. "Qorbaçovun dediyi kimi, proses getdi. Avropa korrupsiya, ələ almalar, kürü diplomatiyası ilə ciddi məşğul olmağa başlayıb. Proses güclənəcək və bu, bütün dünyada bütün istiqamətlər üzrə güclənir, təkcə Azərbaycana qarşı yox. Bu məqamda FİFA ilə qalmaqalı, offşorlar üzrə qərarları yada salmaq olar. Bu, dünya üzrə antikorrupsiya prosesidir ki, artıq dayandırmaq mümkün deyil. Çünki demokratik ölkələrin cəmiyyətləri öz hökumətlərindən təkcə daxili siyasətdə deyil, həm də xarici siyasətdə şəffaflıq tələb edirlər", - politoloq vurğulayıb. O hesab edir ki, sanksiyalar, o cümlədən maliyyə sanksiyaları artacaq və müxtəlif formalar alacaq. Azərbaycan da öz növbəsində Avropa Şurasından çıxmaqla hədələməyə başlayacaq.
"Hakimiyyət AŞ ilə diplomatik və iqtisadi əlaqələrin pozulması ilə hədələyir". Onlar deyəcəklər ki, "bizə belə Avropa əməkdaşlığı lazım deyil". Mən əminliklə deyə bilmərəm ki, Azərbaycan öz hədələrini həyata keçirəcək, ya yox. Əgər bu, baş verərsə, həm Qarabağ məsələsində, həm də digər məsələlərdə ölkəmiz üçün faciə olacaq", - H.Hacızadə vurğulayıb.
Politoloq Zərdüşt Əlizadə əmindir ki, S. Seyidovun ətrafında baş verənlər Azərbaycana qarşı sanksiyanın başlanması deyil.
"Bu, Seyidova və korrupsiyada şübhəli bildikləri digər deputatlara qarşı ümumi əməliyyatdır. Bununla da hər şey qurtaracaq. Səməd Seyidov deyir ki, öz təmiz adını geri qaytarmaq üçün mübarizə aparacaq. Ancaq mən başa düşmürəm ki, AŞPA ilə necə mübarizə aparmaq olar? Qərar qəbul olunub. Yenidən rüşvət verəcəklər ki, qərarı geri götürsünlər? Hesab edirəm ki, hər şey dəyişməz qalacaq, həm ölkə daxilində, həm də onun hüdudlarından kənarda. İri layihələrin həyata keçirilməsində, Milli Məclisə seçkilərdə Azərbaycanla bağlı böyük korrupsiya qalmaqalları hamıya məlumdur, hətta məhkəmə prosesləri də olmuşdu. Lakin bu, vəziyyətə heç bir təsir göstərmədi, çünki rüşvətxorluq artıq milli düşüncəyə çevrilib", - o vurğulayıb.
Politoloqun fikrincə, deputata qarşı sanksiya Azərbaycanın Avropa Şurası ilə münasibətlərinə heç bir təsir göstərməyəcək.
"Nə Azərbaycan təşkilatın tərkibindən çıxacaq, nə də AŞ Azərbaycanı kənarlaşdıracaq. Avropalılar bunda maraqlı deyil. Çünki ölkə üzvlük haqqı ödəyir, birgə iri layihələr həyata keçirir. Ümumilikdə, Azərbaycana qarşı sanksiya olmayacaq, çünki sözəbaxandır. Təkcə Rusiya Qərbin sözünə baxmır. Buna görə də ona qarşı müxtəlif təzyiq formaları tətbiq edilir. Azərbaycan Qərbin xoşuna gələn hər şeyi edir: Ermənistana toxunmur, Qərb ölkələrinə neft-qaz nəql edir və s. Sanksiya barədə unutmaq lazımdır", - Z.Əlizadə vurğulayıb.