29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib
29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək
28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”
17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib
16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb
15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb
13-05-2026, 21:06- Həbsdə olan jurnalistin anasının ölkədən çıxışına qadağa qoyulduğu bildirilir
13-05-2026, 21:05- Paşinyan: “Robert Koçaryan 1 mart hadisələrinə görə cəzalandırılmalıdır”
12-05-2026, 21:04- İnanclı məhbusun bacısı həbsxana şəraitindən şikayət edir: “Qardaşım sakit ölümə tərk edilib”
10-05-2026, 21:02- Hacı Vəliyev: “Həbsimin, mənə qarşı işgəncələrin sifarişçisi Azərbaycan hakimiyyətidir”
9-05-2026, 21:01- Avropa Parlamentində Azərbaycandakı repressiyalar və siyasi məhbuslar müzakirə olunub
8-05-2026, 20:59- “Amerikanın Səsi”nin prezidenti Ülviyyə Əlinin azadlığa buraxılmasına çağırıb
7-05-2026, 20:59- Dözülməz ağrılardan şikayətlənən Tofiq Yaqubluya lazımi tibbi yardım göstərilmədiyi deyilir
7-05-2026, 12:30- 2026-ci ildə Azərbaycanda ən az 17 hərbçi qeyri-döyüş şəraitində həyatını itirib
7-05-2026, 11:38- İran rəsmisi: "ABŞ SEPAH-a hörmətsizlik etməsə, dünya çempionatında iştirak edəcəyik"
6-05-2026, 11:36- Hacı Vəliyevə 2 il 6 ay həbs cəzası verildi
6-05-2026, 11:35- ABŞ Senatı Sevinc Vaqifqızı və Fərid Mehralızadənin azadlığını tələb edən qətnamə qəbul edib
5-05-2026, 11:34- Milli Onkologiya Mərkəzində müalicə almış şəxs: “Bəzi dərmanlar yalnız həkimin yönləndirdiyi apteklərdə və baha satılırdı”
4-05-2026, 13:30- Ülviyyə Əli təcridxanadan yazır: “Keyfiyyətli tibbi yardımdan məhrum buraxılmaq siyasi sui-qəsddir”
4-05-2026, 11:30- Prezidentin eşitmək istəmədiyi suallar - Abzasçılar yazır
Gürcüstanda son günlər ciddi siyasi proseslər baş qaldırıb. Qonşu ölkə sanki ikinci dəfə inqilaba hamilədir. Etirazçılar ötən il dekabrın 1-də öldürülən iki məktəblinin əsl qatillərinin tapılmamasına etiraz edirlər. Aksiya iştirakçıları Tiflis Şəhər Məhkəməsinin çıxardığı qərarı “ədalətsiz” sayırlar.
Artıq baş prokuror İrakli Shotadze istefa verib. Baş nazir Georgi Kvirikaşvili xalqla danışmaq üçün parlamentin önünə gəlib. Camaat ona butulka və başqa əşyalar atıb. Prezident Georgi Marqvelaşvili etirazçılarla qurulan çadırlardan birində görüşüb. Lakin bu da aksiyaların səngiməsinə səbəb olmayıb. Gürcüstan hökumətinin istefasını tələb edən aksiya iştirakçıları Rustaveli prospektini bağlayıb. Siyasi partiyalar da aksiyalara dəstək verəcəklərini açıqlayıblar.
Politoloq Şahin Cəfərli seçki yolu ilə Gürcüstanda hakimiyyət dəyişikliyinin ola biləcəyini düşünür: “Gürcüstanda hökumət dəyişə bilər, amma bunun inqilab yolu ilə deyil, seçki vasitəsilə gerçəkləşəcəyini düşünürəm. Ölkədə Avropa standartlarında olmasa da, seçki institutu var, vətəndaş hüquq və azadlıqları müəyyən qədər təmin olunub. Bunun ən bariz nümunəsi odur ki, bu gün kim istəsə, paytaxtın mərkəzində istənilən vaxt etiraz aksiyası keçirə bilir, buna hər hansı maneə törədilmir. Telekanallar müxalifətin və müxalif mövqeli QHT nümayəndələrinin üzünə açıqdır. Təsəvvür edin ki, hökumət başçısı mitinqə gəlib çıxış etmək istəyir, amma vətəndaşlar onu dinləmir və meydandan qovurlar. Bu, ölkədə demokratiyanın inkişafını, insanların özünəinamını, arxayınlığını göstərir. Gürcü insanı anlayır ki, öz konstitusion hüququndan istifadə edib meydana çıxsa, etirazını ifadə etsə, başına bir iş gəlməyəcək”.
![]()
Politoloq mövcud vəziyyəti 15 il qabaq, “qızılgül inqilabı” öncəki situasiya ilə eyniləşdirilməsini doğru saymır: “O vaxt Gürcüstan ağır sosial-iqtisadi problemlər məngənəsində boğulurdu, demokratik hüquqlar təmin olunmurdu, demokratik seçki institutu yox, ölkəyə faktiki olaraq kriminalitet nəzarət edirdi. Yəni ölkədə inqilabi şərait var idi. Düzdür, bu gün də Gürcüstanda iqtisadi problemlər var, sosial ədalət təmin olunmayıb, məmur özbaşınalığı halları baş verir, seçkilər də ideal deyil və pozuntulara yol verilir. Amma seçki yolu ilə hakimiyyəti dəyişmək imkanları qalır. Belə bir məqamda inqilaba ehtiyac yoxdur. İnqilab o halda aktuallaşa bilər ki, kütləvi seçki saxtakarlığı baş versin və xalqın səs vermədiyi siyasi qüvvə hakimiyyəti mənimsəsin, iqtidarını zorla qorumağa çalışsın. Hesab edirəm ki, bu variantın gerçəkləşməsi ehtimalı azdır. Hazırkı Gürcüstan hökumətinin Rusiyaya meylli olması fikri yanlışdır. Əksinə, avroatlantik inteqrasiya prosesi məhz bu hökumətin dövründə sürətlənib, ABŞ və Avropa ilə münasibətlər yeni səviyyəyə qaldırılıb. Sadəcə olaraq, ”Gürcü Arzusu" Rusiya ilə münasibətlərdə ehtiyatlı mövqe tutur, Moskva ilə dialoqu davam etdirir, mümkün olan sahələrdə ikitərəfli əlaqələri inkişaf etdirməyə çalışır. Bu, rusiyayönümlü olmaq demək deyil. Qərb də hazırkı hökumətin ehtiyatlı siyasətindən məmnundur. Bizdə belə bir təsəvvür var ki, Qərb kəskin anti-Rusiya mövqeli siyasi qüvvələri daha çox sevir və dəstəkləyir. Əslində belə deyil. Əksinə, Qərb maraqlıdır ki, Gürcüstan Rusiya ilə münasibətlərini açıq konfrontasiya həddinə çatdırmadan sakit şəkildə avroatlantik inteqrasiya siyasətini davam etdirsin. Qərb Rusiyanı ifrat dərəcədə qıcıqlandırmaq istəmir və Gürcüstanı onun təsir dairəsindən qəflətən yox, tədricən uzaqlaşdırmaq siyasəti aparır. Hətta onu deyim ki, Saakaşvilinin seçkiləri uduzaraq hakimiyyətdən getməsində Qərbin ona dəstək verməməsinin də rolu var idi.
Saakaşvilinin radikallığı, Rusiya ilə açıq qarşıdurmaya, müharibəyə getməsi Qərbi razı salmadı. Qərb bu gün də eyni səbəblə Saakaşviliyə dəstək vermir və onun hakimiyyətə qayıtmasında maraqlı deyil. Gürcüstandakı son etirazlarda Qərbin rolu yoxdur, onlar sadəcə, proseslərin Konstitusiya və qanunlar çərçivəsində cərəyan etməsini istəyir və hökumətə bu istiqamətdə zaman-zaman xəbərdarlıq edirlər. Hazırda Saakaşvilinin partiyası - Vahid Milli Hərəkat etiraz aksiyalarına dəstək verir. Onlar aksiyaların təşkilatçısı, oğlu cinayətə qurban getmiş Zaza Saralidzenin çağırışı ilə etirazlara qoşulublar. Əgər etirazların miqyası böyüyərsə və aksiyalar davamlı olarsa, ölkədə erkən parlament seçkilərinin keçirilməsi gündəmə gələ bilər. Etirazlar dinc, konstitusion məcrada davam edəcəksə, hökumət çətin ki, güc tətbiqinə əl atsın. Gürcüstan Avropa Birliyi ilə assosiasiya sazişi imzalayan, AB ilə vizasız rejimə keçən ölkədir. Avropa Birliyi ölkədə baş verənlərə nəzarət edir və onların proseslərə ciddi təsiri var. Güc tətbiqi o vaxt mümkün ola bilər ki, Qərb buna xeyir-dua versin. Qərbin dəstəyi olmadan Gürcüstanda heç bir hökumət kütləvi zorakılığa əl ata bilməz. Əgər aksiyalar güc yolu ilə yatırılarsa, onda aydın olacaq ki, Qərbin buna razılığı və dəstəyi var".