Bu gün, 00:59- Aktyordan Avropa rəsmilərinə müraciət: “İnsan hüquqları enerji maraqlarına qurban verilməməlidir”
Dünən, 00:58- “Toplum TV işi”: “İstəyirlər media, məhkəmə müstəqil olmasın”
20-07-2026, 00:56- Bəxtiyar Hacıyev: “Leyenin səfərindən sonra mənə və digər məhbuslara qarşı təzyiqlər artıb”
19-07-2026, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb
19-07-2026, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz
18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”
18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”
16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”
15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib
15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"
14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...
14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb
13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?
7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə
29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib
29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək
28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”
17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib
16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb
15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb
Milli Şura sədri Cəmil Həsənli bugünlərdə həbs edilmiş AXCP üzvlərinə DİN-in Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində (“bandotdel”) işgəncə verilməsi faktı ilə bağlı növbəti yazı paylaşıb. Yazıda bildirilir:
“Bandotdel” antikonstitusion bir qurumdur və işgəcə yuvasıdır. Burada Saleh Rüstəmova, onun qardaşı oğluna dəhşətli işgəncələr verib, saxta ifadələr alıblar. Vəkillər istintaq prosesinə buraxılmayıb. Saxlanılan şəxsləri zorla vəkildən imtinaya məcbur ediblər. Ardınca Babək Həsənli, Aqil Əli Məhərrəm və Ruslan Nəsirlini “Bandotdel”ə aparıblar. Adamların əməllərində heç bir cinayət tərkibi olmadığı halda dəhşətli işgəncədən əlavə onları elektrik cərəyanına da qoşublar.
Azərbaycan insan haqları ilə bağlı beynəlxalq konvensiyaya qoşulub. Beynəlxalq konvensiyaya qoşulmaqla öz üzərinə öhdəlik götürüb ki, məhbuslara, istintaq altında olanlara qarşı zor tətbiq edə, işgəncə verə bilməz. Amma görürüsünüz ki, tamamilə əksinədir. Hətta, çox ehtiyatlı hərəkət edən Qırmızı Xaç Komitəsi təsdiq edib ki, cəbhəçi məhbuslara ağır işgəncələr verilib.
Açığını demək lazımdır – ölkədə Gestapo və Lubyanka metodlarını kölgədə qoya biləcək cinayətlər törədilir. Bütün bunlar DİN orqanlarına qanunun aliliyini anlamayan, işgəncələri gündəlik iş normasına çevirən çoxlu sayda adamların rəhbər vəzifələrə gətirilməsi ilə bağlıdır. DİN konstitusyon nəzarətdən çıxıb. Məhbuslara işgəncə verilməsi, saxlanılan şəxslərə qarşı elektrik cərəyanından istifadə edilməsi haqqında faktlar ortadadır. Əgər bunları edən şəxslər qanun qarşısında cavab vermirsə, deməli bu “Bandotdel”lik deyil, DİN-in iş metodurdur, İlham Əliyevin repressiya siyasətinin “Bandotdel” təzahürüdür.