Anons

Bu gün, 00:59- Aktyordan Avropa rəsmilərinə müraciət: “İnsan hüquqları enerji maraqlarına qurban verilməməlidir”

Dünən, 00:58- “Toplum TV işi”: “İstəyirlər media, məhkəmə müstəqil olmasın”

20-07-2026, 00:56- Bəxtiyar Hacıyev: “Leyenin səfərindən sonra mənə və digər məhbuslara qarşı təzyiqlər artıb”

19-07-2026, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb

19-07-2026, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz

18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”

18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”

16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”

15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib

15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"

14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...

14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb

13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?

7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə

29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib

29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək

28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”

17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib

16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb

15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb

Haqqımızda Əlaqə

AŞPA-ın yaz sessiyasında Azərbaycanda siyasi məhbuslarla bağlı dinləmələr

Tarix:10-04-2019, 16:24 Baxış Sayı:223

AŞPA-ın yaz sessiyasında Azərbaycanda siyasi məhbuslarla bağlı dinləmələr

Aprelin 9-da Strasburqda Avropa Şurasının Parlament Asambleyasının yaz sessiyası çərçivəsində AŞPA-nın Monitorinq və Hüquqi Məsələlər və İnsan Hüquqları komitələri Azərbaycanda siyasi məhbus problemi ilə bağlı dinləmələr təşkil edib. Tədbiri açan Hüquqi Məsələlər və İnsan Hüquqları komitəsinin sədri, Azərbaycanda siyasi məhbuslar üzrə məruzəçi Torhildur Sunna Eyvarsdottir (İslandiya) deyib ki, bu ilin martında onlarla siyasi məhbusun azadlığa çıxmasına səbəb olan əvf fərmanından sonra bu problem hələ də tam həllini tapmayıb. Bu günə qədər hüquq müdafiəçilərinin siyasi məhbus kimi tanıdığı 70-ə yaxın insan həbsdədir.

“Bundan başqa, bu yaxınlarda azad edilən şəxslərin bəziləri yenidən və yenə siyasi motivlərlə həbs edilib, gənc fəal Bayram Məmmədov kimi” – deyə, o qeyd edib.

Monitorinq Komitəsinin Azərbaycan üzrə məruzəçisi Ştefan Şennak (Avstriya) qeyd edib ki, Azərbaycanda siyasi məhbuslara qarşı çox vaxt narkotik və vergi ödənişindən yayınma ittihamlarından istifadə olunur. O, rəsmi Bakının ölkədə siyasi məhbus probleminin olmaması barədə iddialarını qəbul etməyib.

“Azərbaycan Avropa Şurasına daxil olarkən üzərinə müəyyən öhdəliklər götürüb və biz bu çərçivədə məsələ ilə məşğul oluruq” , o qeyd edib.

Hüquq müdafiəçisi Leyla Yunus çıxışında deyib ki, 2013-cü ilin yanvarında AŞPA üzvləri Ştrasserin Azərbaycanda siyasi məhbuslar haqqında məruzəsinin əleyhinə səs verib.

“Bununla da onlar Azərbaycanda daha dəhşətli repressiyalara yaşıl işıq yandırıblar. Hamımızı həbs etdilər, bunun nəticəsi olaraq bu gün ölkədə faktiki olaraq vətəndaş cəmiyyəti, müstəqil QHT və KİV yoxdur,” o qeyd edib.

Yunus siyasi məhbuslar probleminə toxunaraq, Ermənistanın xeyrinə casusluqda ittiham olunan və həbsdə işgəncələrə məruz qalan hərbiçilərdən və mülki şəxslərdən ibarət qrupun işini xüsusi qeyd edib. O, 2016-cı ildə Tərtər rayonunda təqsiri sübuta yetirilmədən işgəncə verilərək öldürülən yeddi hərbiçinin siyahısını təqdim edib.

REAL Partiyasının sədri İlqar Məmmədov müzakirələrdə Skype vasitəsilə iştirak edib. O, məhkəmə qərarı olmasına baxmayaraq, hakimiyyətin ona pasport vermədiyini, buna görə Strasburqa gələ bilmədiyini bildirib.

“AŞPA üzvlərinə üz tutaraq qeyd etmək istəyirəm ki, hakimiyyətin Azərbaycanda islahatlar haqqında heç bir təminatına inanmasınlar. Siyasi məhbuslar yaradılması mexanizmi dəyişməyib və burada nəyisə dəyişmək üçün siyasi iradə yoxdur,” o qeyd edib.

“Ölkənin Avropa Şurasına üzv olduğu müddət ərzində insan hüquqları və demokratiya sahəsində vəziyyət durmadan pisləşib. Təəssüf ki, AŞPA qurumları Azərbaycanda siyasi məhbuslar yaranmasının qarşısını almaq üçün heç nə etməyib. `Cəzasızlıq atmosferi` hakimiyyətə belə şeylər etməyə imkan verir,” deyən Məmmədov Avropa Şurasını Azərbaycana qarşı münasibətinə yenidən baxmağa çağırıb.

Nümunə kimi o, rəsmi Bakının Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarına məhəl qoymamasını göstərib. Eyni zamanda, Avropa Şurasının treyninqlər verdiyi hakimlər sonradan siyasi məhbuslara hökmlər çıxarır.

Hüquq müdafiəçisi Rəsul Cəfərov çıxışında hakimiyyətin hüquq müdafiəçilərinin siyasi məhbuslar məsələsini qaldırmaqla Azərbaycanı biabır etməsi və onun imicinə xələl gətirməsi barədə ittihamlarını təkzib edib.

“Biz ölkəmizi sevirik və məhz buna görə siyasi məhbuslar problemini həll etməyi tələb edirik,” Cəfərov Azərbaycan hakimiyyətini bütün siyasi məhbusları azad etməyə çağırıb.

Müzakirələr zamanı Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin sədri Səməd Seyidov müzakirə iştirakçılarını qeyri-obyektivlikdə və siyasi ambisiyalarda ittiham edib. O, toplaşanları Azərbaycanda siyasi təqiblər barədə iddialara inanmamağa çağırıb.

Son olaraq Səməd Seyidov “Bəli, Azərbaycanda siyasi məhbuslar var – onlar Ermənistanın işğal etdiyi rayonlardan olan 1 mln. qaçqınlardır,” deyə bildirib.

Seyidovun auditoriyanı dediklərinə inandırmaq cəhdi yalnız təbəssüm doğurub və tədbirə sədrlik edən Torhildur Sunna Eyvarsdottir deyib ki, o, siyasi məhbus problemi üzrə məruzəçidir və Azərbaycanda nə baş verdiyini yaxşı bilir.

скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL