Anons

29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib

29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək

28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”

17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib

16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb

15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb

13-05-2026, 21:06- Həbsdə olan jurnalistin anasının ölkədən çıxışına qadağa qoyulduğu bildirilir

13-05-2026, 21:05- Paşinyan: “Robert Koçaryan 1 mart hadisələrinə görə cəzalandırılmalıdır”

12-05-2026, 21:04- İnanclı məhbusun bacısı həbsxana şəraitindən şikayət edir: “Qardaşım sakit ölümə tərk edilib”

10-05-2026, 21:02- Hacı Vəliyev: “Həbsimin, mənə qarşı işgəncələrin sifarişçisi Azərbaycan hakimiyyətidir”

9-05-2026, 21:01- Avropa Parlamentində Azərbaycandakı repressiyalar və siyasi məhbuslar müzakirə olunub

8-05-2026, 20:59- “Amerikanın Səsi”nin prezidenti Ülviyyə Əlinin azadlığa buraxılmasına çağırıb

7-05-2026, 20:59- Dözülməz ağrılardan şikayətlənən Tofiq Yaqubluya lazımi tibbi yardım göstərilmədiyi deyilir

7-05-2026, 12:30- 2026-ci ildə Azərbaycanda ən az 17 hərbçi qeyri-döyüş şəraitində həyatını itirib

7-05-2026, 11:38- İran rəsmisi: "ABŞ SEPAH-a hörmətsizlik etməsə, dünya çempionatında iştirak edəcəyik"

6-05-2026, 11:36- Hacı Vəliyevə 2 il 6 ay həbs cəzası verildi

6-05-2026, 11:35- ABŞ Senatı Sevinc Vaqifqızı və Fərid Mehralızadənin azadlığını tələb edən qətnamə qəbul edib

5-05-2026, 11:34- Milli Onkologiya Mərkəzində müalicə almış şəxs: “Bəzi dərmanlar yalnız həkimin yönləndirdiyi apteklərdə və baha satılırdı”

4-05-2026, 13:30- Ülviyyə Əli təcridxanadan yazır: “Keyfiyyətli tibbi yardımdan məhrum buraxılmaq siyasi sui-qəsddir”

4-05-2026, 11:30- Prezidentin eşitmək istəmədiyi suallar - Abzasçılar yazır

Haqqımızda Əlaqə

Rövnəq Abdullayevin oğlunun da böyük varidatı varmış

Tarix:2-05-2019, 18:58 Baxış Sayı:256

Rövnəq Abdullayevin oğlunun da böyük varidatı varmış

SOCAR prezidenti Rövnəq Abdullayevin oğlu Rəşad Abdullayevi Türkiyə ictimaiyyəti məlum “əhliyyət biabırçılığı”ndan tanıyır. 2016-cı ilin mayında sərxoş vəziyyətdə saxlanarkən türk polislərinin üstünə Kaliforniya, Qətər və Azərbaycan sürücülük vəsiqələrini tullayaraq “bəyəndiyini seç” demişdi.
Amma Rəşad Abdullayev həm də atası SOCAR-dan yararlandığı imkanlar hesabına sahib olduğu geniş biznes şəbəkəsi ilə də hər zaman diqqətdə olub. O da Azərbaycanın digər məmur övladları kimi “qeyri-adi istedad sahiblərindən”dir. Şirkətlər, otellər, restoranlar, istirahət və əyləncə mərkəzləri, daşınmaz əmlak biznesi…
Təqdim etdiyim siyahıda SOCAR prezidentinin “hazırdan kökə tapan” oğlunun hələ ki məlum olanlarıdır. Niyə hələ ki? SOCAR yeraltı bir dünyadır, onu təhqiq etməyə illər, böyük əmək lazımdır.

 

1. ALPHA ROGER PROJE İNŞAAT VE GAYRIMENKUL DANIŞMANLIK SANAYİ VE TİCARET ANONİM ŞİRKƏTİ
2013-cü ilin 11 iyununda İstanbul Ticaret Odasında Rövnəq Abdullayevin oğlunun adına qeydə alınıb. Qeydiyyat nömrəsi: 872091/0. Nizamnamə kapitalı 50 min lirədir. Şirkət əvvəllər İstanbulun İs Esentepe məhəlləsindəki Kore şəhidləri küçəsi 40 ünvanında SOCAR prezidentinin oğluna məxsus binada yerləşsə də, sonradan İstanbulun Sarıyer bölgəsində, Ahi Evran küçəsiindəki Polaris Plazanın 8-ci mərtəbəsinə köçüb. Ümumiyyətlə Polaris Plazada İstanbulun böyük şirkətləri yerləşir. İnşaat və daşınmaz əmlak sektorunda fəaliyyət göstərir. Şirkət çoxsaylı binalar, ticarə və iş mərkəzləri tikintisi ilə məşğuldur, inşaat üçün İstanbulda böyük ərazilər satın alıb.

*İdealtepe Hatboyu sk No:35 Deniz Palas aprt.

*Maltepe / İstanbul 20 mənzil

*İdealtepe Mh. Beyazköşk Sk Güldoğan Aprt No:3 İdealtepe 30 mənzil

*İdealtepe Mh. Sümer Sk Manolya Aprt / 25 mənzil

*Ataşehir Yenişehir Mh. Özgür Sk Ceren Aprt. 8 mənzil

*İdealtepe Göz Vakfı 32 mənzil

*İdealtepe Sümer Sk. 25 mənzil (Manolya Aprt-2)

*Maltepe Yalı Mah Feyzullah Sk. 42 mənzil 6 ticarət obyekti

LAYİHƏLƏR

*Ulus 50 daire

*Rüzgarlıbahçe / Beykoz 4 Blok 152 mənzil

*Beykoz 578 Ada Parsel Yapılaşma Etüdü
(http://www.alpharoger.com saytından)

2. ALPHA ROGER GROUP HOLDİNG ANONİM ŞİRKETİ
Rövnəq Abdullayevin oğlu ALPHA ROGER GROUP HOLDİNG ANONİM ŞİRKETİ-ni 2014-cü il yanvarın 7-də İstanbul Ticarət Odasında qeydiyyatdan keçirib. Qeydiyyat nömrəsi: 900746/0. Nizamnamə kapitalı 50 min lirədir.
Bu şirkət də əvvəlcə Rəşad Abdullayevin Zincirlikuyu, Esentepe məhəlləsindəki binasında fəaliyyət göstərib, sonradan Sonradan Sarıyerdəki Polaris Plazaya daşınıb.

3. TRA LOJİSTİK VE DIŞ TİCARET ANONİM ŞİRKETİ
SOCAR prezidentinə məxsus olan bu şirkət 2014-cü ilin fevralın 3-də İstanbul Ticaret Odasında qeydiyyatdan keçib. Şirkətin qeydiyyat nömrəsi 907772/0, nizamnamə kapitalı 50 min lirədir. Türkiyə daxilində və xaricində hava, dəniz, dəmiryolu və avtomobil yolları üzərindən logistika və daşınma ilə məşğuldur. Şirkət Rövnəq Abdullayevin oğlu Rəşad Abdullayevin və Turan Həsənzadənin adına rəsmiləşdirilib, Kamil Demir adlı Türkiyə vətəndaşı tərəfindən idarə edilir.

4. TRA MARKETİNG – TRAMARKETİNG GIDA PAZARLAMA SANAYİ VE TİCARET ANONİM ŞİRKETİ
Bu şirkət adından da bəlli olduğu kimi ərzag məhsullarının idxal və ixracı, topdan və parakəndə satışı ilə məşğul olur, Rəşad Abdullayevin ortağı Turan Həsənzadənin adına qeydiyyatdan keçirilib. Şirkət ünvanında İstanbulda Barbaros Mah. Ihlamur Blv. My Prestige Ataşehir ünvanında yerləşir.

5. ALPHA ROGER MEDİA VE YAYİNCİLİK, SANAYİ TİCARET LİMİTED ŞİRKETİ
Şirkət 2013-cü ilin 11 iyunundan fəaliyyət göstərib. Qeydiyyat nömrəsi 872114/0, nizamnamə kapitalı 10 min lirədir. Adından da göründüyü kimi çap və yayın sahəsində fəaliyyət göstərib. Şirkət Rəşad Abdullayevin adına qeydiyyatdan keçirilib, hazırda ləğv edilib.

6. ALPHA ROGER TURİZM SANAYİ VE TİCARET ANONİM ŞİRKETİ
2013-cü il aprelin 9-dan fəaliyyətdədir. Əvvəllər Aleph Turistik İşletmeler Sanayi ve Ticaret Anonim Şirketi adı altında fəaliyyət göstərib. Şirkət İstanbul Ticaret Odasında SOCAR prezidentinin oğlunun adına qeydiyyatdan keçib, qeydiyyat nömrəsi 863392/0, nizamnamə kapitalı 50 min lirədir. Otel, restoran, gecə klubları, çay evləri, istirahət mərkəzləri işlətməçiliyi ilə məşğuldur.
Şirkətin Türkiyənin bir çox şəhərlərində, o cümlədən İstanbul, Bodrumda ayrıca qeydiyyata alınmış şöbələri var. Məsələn, İstanbuldakı Levent şöbəsi 17 fevral 2017-ci ildə qeydiyyatdan keçib. Fırat Bakar adlı Türkiyə vətəndaşı idarə edir. Ünvanı: LEVENT MAH.BÜYÜKDERE CAD. NO:136/1 BEŞİKTAŞ, İSTANBUL.
Şirkətin Beşiktaşdakı digər şöbəsi isə Levent məhəlləsinin digər səmtindəki Sülün küçəsi 15 ünvanında qeydiyyata alınıb. Şöbə Türkiyə vətəndaşı İlker Atamert tərəfindən idarə olinir. Bu ünvanda Türkiyə boyunca böyük inşaat işləri aparan daha bir şirkət – İpek İnşaat Taahhüt Sanayi ve Ticaret Limited şirkəti də qeydiyyatdan keçib.

7. TOY ROOM gecə klubu
Dünyaca məşhur bu gecə klubu London və Dubaydan sonra İstanbulda açılıb, Nispetiye Mah. Nispetiye Cad. No:15 ünvanında yerləşir. Gecə klubu ALPHA ROGER PROJE İNŞAAT VE GAYRİMENKUL DANIŞMANLIK SAN.TİC.LTD.ŞTİ.-nə aiddir. Gecə klubu Etiler şirkətinə aid məşhur Meridian hotelində yerləşir, Abdullayevin bu oteldə pay sahibi olduğu barədə məlumatlar var.


SOCAR prezidentinin oğluna məxsus bu ünvanda əvvəllər onun Layka restoranı fəaliyyət göstərib. Deyilənlərə inansaq, Rövnəq Abdullayevin oğlu it həvəskarı olduğu üçün əvvəlcə restoranlarına itinin adlnı verib. Bodrumda Rövnəq Abdullayevin oğluna məxsus B-LONG restoranı da əvvəllər Layka adı ilə fəaliyyət göstərib.

8. B-LONG RESTORANI
Bodrumda dəniz sahilində yerləşən restoran Rövnəq Abdullayevin oğluna məxsus ALPHA ROGER TURİZM SANAYİ VE TİCARET ANONİM ŞİRKETİ-nin Bodrum şöbəsi vasitəsilə alınıb və idarə edilir (ünvanı: Yalıkavak-Merkez Mah. Çökertme Cad. 14 Bodrum, Muğla).

9. YALIKAVAK MARİNA BOUTİQUE HOTEL
Otel Bodrumda Yalıkavak-Merkez Mah. Çökertme Cad. 57 ünvanında yerləşir. İşadamı Mübariz Mənsimova məxsus və SOCAR rəhbərinin ələ keçirmək istədiyi Palmarine-də yerləşir. ALPHA ROGER TURİZM SANAYİ VE TİCARET ANONİM ŞİRKETİ-nin Bodrum şöbəsi də bu ünvanda qeqydiyyata alınıb.

10. HİDROPARK LOJİSTİK DIŞ TİCARET LİMİTED ŞİRKETİ
2013-cü ilin 4 oktyabrında təsis olunan bu şirkət Rəşad Abdullayevin şəriki Turan Həsənzadənin və onun ortağı,

Azertexnolayn MMC-nin idarə heyətinin sədri Emruz İsgəndərovun adına İstanbul Ticarət Odasında qeydiyyatdan keçib. İstanbul Umraniyyədə yerləşir.

Cavanşir Həsənli, müstəqil jurnalist
Yazı müəllifin feysbuk hesabından götürülüb.

скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL