29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib
29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək
28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”
17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib
16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb
15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb
13-05-2026, 21:06- Həbsdə olan jurnalistin anasının ölkədən çıxışına qadağa qoyulduğu bildirilir
13-05-2026, 21:05- Paşinyan: “Robert Koçaryan 1 mart hadisələrinə görə cəzalandırılmalıdır”
12-05-2026, 21:04- İnanclı məhbusun bacısı həbsxana şəraitindən şikayət edir: “Qardaşım sakit ölümə tərk edilib”
10-05-2026, 21:02- Hacı Vəliyev: “Həbsimin, mənə qarşı işgəncələrin sifarişçisi Azərbaycan hakimiyyətidir”
9-05-2026, 21:01- Avropa Parlamentində Azərbaycandakı repressiyalar və siyasi məhbuslar müzakirə olunub
8-05-2026, 20:59- “Amerikanın Səsi”nin prezidenti Ülviyyə Əlinin azadlığa buraxılmasına çağırıb
7-05-2026, 20:59- Dözülməz ağrılardan şikayətlənən Tofiq Yaqubluya lazımi tibbi yardım göstərilmədiyi deyilir
7-05-2026, 12:30- 2026-ci ildə Azərbaycanda ən az 17 hərbçi qeyri-döyüş şəraitində həyatını itirib
7-05-2026, 11:38- İran rəsmisi: "ABŞ SEPAH-a hörmətsizlik etməsə, dünya çempionatında iştirak edəcəyik"
6-05-2026, 11:36- Hacı Vəliyevə 2 il 6 ay həbs cəzası verildi
6-05-2026, 11:35- ABŞ Senatı Sevinc Vaqifqızı və Fərid Mehralızadənin azadlığını tələb edən qətnamə qəbul edib
5-05-2026, 11:34- Milli Onkologiya Mərkəzində müalicə almış şəxs: “Bəzi dərmanlar yalnız həkimin yönləndirdiyi apteklərdə və baha satılırdı”
4-05-2026, 13:30- Ülviyyə Əli təcridxanadan yazır: “Keyfiyyətli tibbi yardımdan məhrum buraxılmaq siyasi sui-qəsddir”
4-05-2026, 11:30- Prezidentin eşitmək istəmədiyi suallar - Abzasçılar yazır
Məişət mebeli və əşyalarının alqı-satqısı ilə məşğul olmuş keçmiş Texnom mağazasının Sumqayıtda “150-yə yaxın şəxsi aldatdığı” iddia olunur.
Məsələ ilə bağlı BBC News Azərbaycancaya şikayət etmiş bəzi Sumqayıt sakinləri deyirlər ki, onlar kreditlə götürdükləri malların pulunu mağazaya ödəsələr də, ödənilmiş pul banka “gedib çıxmayıb”.
Bu şəxslərdən bəziləri isə kredit borcunu “ödəyib bitirdikdən 6-7 ay sonra” bilib ki, “əslində ödədikləri pulun ya yarısı, bəzi hallarda isə heç bir hissəsi banka çatdırılmayıb”.
Texnom mağazası isə bu iddiaları rədd edir.
“2016- cı ildə krediti bağlasam da, 2018-ci ildəsorğuya çağırıldım”
Sumqayıtda bəzi sakinlər kredit borclarının olmasını bankdan kredit almaq istəyərkən öyrənsələr də, digərləri Korrupsiya ilə Mübarizə Baş İdarəsindən sorğuya dəvət üçün gələn zənglə xəbər tutublar.
“2015-ci ildə kreditə götürdüyüm televizorun borcunu 2016-cı ildə ödəyib bitirdim. Bir il keçdikdən sonra dəniz kənarında yerləşən bir bankdan (adı yadımdan çıxıb) mənə zəng gəldi ki, bəs borcunuz var, gətirin ödəyin.
Mağazaya gedib xəbərdarlıq etdim ki, borcumu ödəmişəm, bir də mənə zəng gəlməsin. İki dəfə belə hal baş verdikdən sonra doğrudan da zəng gəlmədi 2018-ci ilə kimi..”, bunu 2015-ci ildə sözügedən mağazadan televizor almış Firuddin Baxşəliyev deyir.
O bildirir ki, 2018-ci ildə bu məsələ ilə əlaqədar Korrupsiya ilə Mübarizə Baş İdarəsinə çağırılıb. Orada ondan etdiyi ödənişlərlə bağlı qəbzləri istəyib deyiblər ki, “iş araşdırılır”.
“Borcu bircə gün gecikdirəndə”
Həm bank, həm də mağaza tərəfindən aldadıldığını iddia edən zərərçəkənlər sual edirlər ki, “necə olur ki, ayrı vaxt borcu bircə gün gecikdirəndə bankdan bütün qohum-əqrəbaya zəng gedir, ancaq burda üstündən 7-8 ay keçəndən sonra xatırlayıblar ki, bizim onlara borcumuz var?”
Alıcı İntiqam Həsənov deyir ki, 2015-ci ildə Texnom mağazasından qaynanasının adına kreditlə paltaryuyan maşın götürüb.
“18 aylıq krediti vaxtından əvvəl ödəyib bitirdik. Ancaq krediti bağladıqdan 7 ay keçəndən sonra bəlli oldu ki, ödədiyimiz pulun az hissəsi banka ödənib. Qalanı isə durur. Üstəlik, devalvasiyadan sonra üstünə də pul gəlib”.
İntiqam Həsənovun sözlərinə görə, bütün bunlardan bankların birindən kredit istəməyə gedəndə xəbər tutublar.
“Bizə problemli müştəri olduğumuz üçün kredit verilməyəcəyini dedilər. Səbəb kimi isə Texnom mağazasından aldığımız paltaryuyan maşına ödənilməli olan 608 dolları göstərdilər”.
İntiqam Həsənov əllərində ödənişi etmələri ilə bağlı qəbzlərin olduğunu və bunları məhkəməyə təqdim edəcəklərini deyirlər.
“Təhvil alınmamış mala görə” borc ödəmək
Ümidvar Tağıyev isə 2015-ci ildə oğlunun toyu ərəfəsində “evi təmir etdirdikdən sonra mətbəx mebelinə pulu qalmadığından” Texnom mağazasından kreditlə 1000 manatlıq mebel sifariş edib.
“Kreditə götürüb az-az verəcəkdik. Üstündən bir xeyli keçdi. 500-600 manatliq ucuz mebel gətirdilər. Keyfiyyətsiz idi, rəngi və materialı da istədiyimiz kimi deyildi, üstəlik, gecikdirmişdilər. İstəmədiyimizi deyib, geri qaytardıq. Düşündük ki, bitdi getdi.
Ancaq 6-7 ay keçdikdən sonra bankdan zəng etdilər ki, borcunuz var. Dedik, mal götürməmişik axı, nə borcu? Vaxtı və pulun məbləğini deyəndə başa düşdük ki, bu, həmin məsələdir”.
Ümidvar Tağıyev bildirir ki, məsələni öyrəndikdən sonra şəhər prokurorluğuna, polis idarəsinə, Korrupsiya ilə Mübarizə Baş İdarəsinə və şəhər məhkəməsinə müraciət edib.
“Texnom” ittihamları rədd edir:
Sumqayıtda yerləşən keçmiş “Texnom”dan (mağaza artıq fəaliyyətini dayandırıb) şikayətçilərin ittihamlarını rədd edirlər. Mağazanın sahiblərindən biri olduğunu deyən, soyadını söyləməyən Fuad adlı şəxs BBC News Azərbaycancaya deyib ki, problem insanların pullarının banka ödənməsində yox, 2015-16-cı illərdə baş vermiş devalvasiyadan sonra yaranıb.
Onun sözlərinə görə, 2015-ci il devalvasiyasından sonra müştərilərin ödəməli olduğu məbləğlər artıb.
“Müştəri də malı mağazada sənədləşdirdiyi üçün mağazanı ittiham etdi ki, mal bizə manatla verilib. Biz mağaza kimi bankın sənədlərinə imza atıb, müştəriyə söz verə bilməzdik ki, dollarla kredit götürüb, manatla ödəyə bilərsiniz. Buna bank söz verməlidir. Sonrakı proseslərdə bankın bağlanmasıyla əlaqədar olaraq bütün müştərilər yönəldilər mağazaya”.
Ancaq şikayət edənlər üzərində əl yazısı ilə “dolların kursu qalxsa, müştərinin ödəməli olduğu əlavə vəsaiti mağaza qarşılayacaq” cümləsinin qeyd olunduğu müqaviləni göstərib deyiblər ki, mal alarkən bunu mağaza işçiləri müqaviləyə əlavə ediblər, üstəlik möhür də vurublar.
“Hətta mən dedim ki, əgər malı dollarla satırsınızsa, o zaman almıram. Amma məni əmin etdilər ki, devalvasiya olsa, aradakı fərqi mağaza təmin edəcək”, Kifayət İsmayılova deyib.
Fuad bildirib ki, 4 ildir bu proses gedir: “İndi istintaq yekunlaşıb. İş məhkəməyə göndəriləcək. Görək qərar necə olacaq?”
O bildirib ki, tezliklə “devalvasiya nəticəsində ödənişlərdə yaranmış fərq” ödənəcək: “Borcunu ödəmiş müştərilərin kompensasiyası geri qaytarılacaq, kim də borcunu ödəməyibsə, onun borcu silinəcək”, müsahibimiz deyib.
Şikayətçilərlə arasında problem yaranmış bank isə borcluları məhkəməyə verir, onları problemli müştəri kimi qeydiyyata alaraq, bir daha kredit almalarına əngəl olur.
Bu məsələyə cəlb olunmuş Sumqayıt sakinləri isə özlərinin dili ilə desək,”ümidlə gözləyirlər” ki, 4 ildir sürən bu proses nə vaxtsa bitəcək və onların da adı bank siyahılarındakı “problemli müştəri” qrafasından çıxacaq. Çünki bu qrafa onların kreditə gedən yolunu bağlayıb.